Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qaranlıq təhlükə: bağnazlıq: Qurandakı həqiqi şəriət

Mündəricat
  1. Yanlış bilinən İslam anlayışı
  2. İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
  3. Qurandakı həqiqi şəriət
  4. Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
  5. Qurandakı həqiqi cihad
  6. Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
  7. Quran qorunmuş kitabdır
  8. Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
  9. Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
  10. Mədinə dövrü və müharibələr
  11. Müharibələr kimlərə qarşı aparılıb?
  12. Quranda müharibəyə verilən tərif
  13. Müqavilə bağlanılmış müşriklər
  14. Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
  15. Müharibə ilə bağlı ayələr və izahları
  16. İslamda müharibə etmək üçün səbəb yoxdur
  17. Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
  18. Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
  19. Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
  20. Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
  21. Kimlər müharibə olmasını istəyir?
  22. Fəslin sonu
  23. Fanatiklərin saxta dini
  24. Fanatiklərin dininə istiqamət verən saxta hədislər
  25. Saxta hədislər necə meydana gəldi?
  26. Məzhəblər arasındakı fərqlər
  27. Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
  28. İslam aləminin Quranı tərk etməsi
  29. Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
  30. Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
  31. Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
  32. İçki içənlərin öldürülməsi
  33. Təraş olanların öldürülməsi
  34. Zina edənlərin öldürülməsi
  35. Qurana görə zinanın hökmü
  36. Oğurluq edənlərin öldürülməsi
  37. Dindən dönənlərin öldürülməsi
  38. Namazı tərk edənlərin öldürülməsi
  39. Namazı tərk edən uşaqların döyülməsi
  40. Zəkat verməyənlərin öldürülməsi
  41. Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
  42. Sərxoşların öldürülməsi
  43. Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
  44. Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
  45. Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
  46. Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
  47. İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
  48. Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
  49. Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
  50. Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
  51. Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
  52. Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
  53. Keçinin balası
  54. Ac saxlanılan dəvə və sahibi
  55. Yatan ceyran
  56. Üzü dağlanmış uzunqulaq
  57. Heyvanlara yaxşılıq edilməsi
  58. Fanatizm iyrəncliyi
  59. Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
  60. Fanatiklərin qadın nifrəti
  61. Qurana görə qadın
  62. Fanatiklərin qadınlara atdığı iftiralar
  63. Qadınların əyri olduğu iddiası
  64. Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
  65. Qadınların dinin yaşanmasına mane olduğu iddiası
  66. Qadınların ağlına uymamağın lazım olduğu iddiası
  67. Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
  68. Qadınların bəzənməsini qadağan edən iddialar
  69. Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
  70. Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
  71. Ərindən boşanan qadının vəziyyəti
  72. Əri ondan razı qalana qədər qadının günahkar sayılması
  73. Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
  74. Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
  75. Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
  76. Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
  77. Nəticə: Qadına ən çox dəyər Quranda verilir
  78. Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
  79. Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
  80. “Humur” - örtmək kəlməsinin təhlili
  81. “Yadribne” - vurmaq felinin təhlili
  82. “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
  83. Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
  84. Yanlış təfsir: “baş örtüklərini salsınlar”
  85. Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
  86. Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
  87. Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
  88. “Qadınların zinətləri” mövzusundakı şərhlər
  89. Bijuteriya və muncuqları haram etmək yanlışlığı
  90. Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
  91. Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
  92. Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
  93. Quranda göstərilən haramlar anlaşılmaz deyil
  94. Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
  95. Quranda baş örtüyü deyil, çadra təsvir edilir
  96. Əhzab surəsinin 59-cu ayəsinin izahı
  97. Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
  98. Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
  99. 2 qadın = 1 kişi yanlışlığı
  100. Qadın və müddətli borclanmadakı şahidlik
  101. Qadınların mirasdakı haqqı
  102. Qadının boşanma haqqı
  103. Boşanma və boşanmadan sonra qadının qorunması
  104. Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
  105. Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
  106. Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
  107. Qadınlara zorla varis olmamaq
  108. Anaya verilən dəyər
  109. Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
  110. Kişilərin üstünlüyü iddiası
  111. “Qadınları döyün” iddiası
  112. Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
  113. Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
  114. Fanatiklərin incəsənətə olan nifrəti
  115. “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
  116. Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
  117. Cənnətdəki sevinc və kədərin həqiqi mənası
  118. “Yumordan uzaq durun” iddiası
  119. Musiqi və şeirin haram olduğu iddiası
  120. Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
  121. Allah musiqini sevir, qullarına da sevdirmişdir
  122. Rəsm və heykəlin haram olduğu iddiası
  123. “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
  124. “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
  125. Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
  126. Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
  127. Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
  128. Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
  129. Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
  130. Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
  131. Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
  132. Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
  133. Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
  134. Fanatiklərin dininə görə yəhudilər və xristianlar
  135. Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
  136. “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
  137. Maidə surəsinin 60-cı ayəsinin təhlili
  138. Təriflənən yəhudilər
  139. Əraf surəsinin 166-cı ayəsinin təhlili
  140. Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
  141. “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
  142. Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
  143. Nisa surəsinin 155-ci ayəsinin təhlili
  144. “Yəhudi və xristianları dost tutmama” aldanması
  145. Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
  146. “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
  147. “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
  148. “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
  149. “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
  150. Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
  151. “Yəhudi ağacı qarqat”
  152. Quranda kitab əhlinə verilən dəyər
  153. Müsəlmanların kitab əhlini dəvət etməsi
  154. Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
  155. Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
  156. Quranda İncil və Tövrat
  157. Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
  158. Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

Şəriət sözünün mənası yol deməkdir. Müsəlman Quranı oxumaqla gedəcəyi yolu asanlıqla anlaya bilər. Quranda bildirilən haramlar olduqca azdır, eyni zamanda qəti və aydın hökmlərlə bildirilmişdir. Onlar müzakirə edilməz və ya şərh edilməzdirlər. Məsələn, adam öldürmək, zina etmək, faiz almaq, donuz əti yemək, qan içmək Quran ayələri əsasında qəti ifadələrlə bildirilmiş haramlardır. Bu, Quranın əhəmiyyətli bir xüsusiyyətidir. Ayələri öz istəklərinə görə şərh edərək haram çıxarmağa çalışan kəslər daim öz aləmlərində mənfəət təmin etməyə çalışarlar. Halbuki Allah haramları Quranda qəti hökmlərlə qadağan etmişdir. Aşağıdakı ayədə olduğu kimi; O sizə ölünü, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni qəti şəkildə haram etmişdir. (Bəqərə surəsi, 173)

Allah Quranda İslam adına haram və halal uyduranlardan da bəhs edir:

Dilinizin uydurduğu yalana əsasən:

“Bu halaldır, o haramdır!” deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.

Nəhl surəsi, 116

Ayədə bildirildiyi kimi, Peyğəmbərimizdən (s.ə.v)-dən sonra Allaha qarşı yalan uyduran çox böyük kütlələr ortaya çıxdı. Bu kütlələr Quranı rəhbər tutmadıqları üçün, istədiklərini haram, istədiklərini də halal buyurmuşdurlar. Lakin elə bir kütlə vardır ki, Allah onların əsas bu xüsusiyyətlərini vurğulayır; “halal buyrulan gözəl şeyləri haram buyurmaları”. Rəbbimiz Quranda belə buyurur:

Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu gözəl şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.

Maidə surəsi, 87

Məhz dünyada şəriət adı altında tətbiq olunan, halbuki tamamilə İslama zidd olan vəhşət sistemini təhlil edərkən, halalları haram buyuran, Qurandan tamamilə uzaqlaşmış kütlələrdən bəhs edəcəyik.

Əvvəlcə, Quranda bildirilən əsl şəriətin, yəni Quranın göstərdiyi əsl yolun tərifini verək:

Qurandakı şəriət; sevmək, hörmət etmək, başqa din və əqidələrə mənsub insanlara şəfqətlə yanaşıb onları qorumaqdır. Qurandakı şəriətdə, demokratiya tələb edir və fikir azadlığı hakimdir. Bu şəriətə tabe olanlar bilikli, təlimdən keçmiş, uzaqgörən, əks fikirlərə hörmətlə yanaşan, xoşbəxt, ekstrovert (başqa insanlara, ətrafdakı obyektlərə yönəlmiş insan), müasir, alicənab, ümidvar, sənət və estetikanı yüksək qiymətləndirən, həmrəyliyə, dostluğa və sevgiyə dəyər verən insanlardır. Qurandakı şəriətdə nifrət, dözümsüzlük, vuruşma, döyüş, zorakılıq, inadkarlıq, təhdid, bədbəxtlik, qəzəb və müharibə yoxdur. Quranla əlaqədar bütün bu anlayışları, kitabın sonrakı səhifələrində ayələrdən dəlillər gətirməklə izah edəcəyik.

Bu deyilənlərə baxaraq, hal-hazırda dünyada Qurandakı şəriətə tabe olan bir müsəlman ölkəsi mövcuddurmu? Əlbəttə ki, xeyr. Bu şəriət Peyğəmbərimiz (s.ə.v)-in dövründən bəri tətbiq olunmayıb. Hal-hazırda guya şəriət qanunlarıyla idarə olunduğunu deyən ölkələr və ya şəriət qanunları yaratmaq istəyən bəzi vəhşət qrupları, İslam əvəzinə qoyduqları mövhumatçı dinin şəriət qanunlarını tətbiq edirlər. Bəzi yalan hədisləri rəhbər tutaraq, Quranı bir kənara qoyurlar. Professor dr. Yaşar Nuri Öztürkün bildirdiyi kimi: “Niyə İslam demirlər də, şəriət deyirlər? Çünki İslam desələr, iddialarını Quranla sübut etməlidirlər. Allah ilə aldadanların “din” dedikləri şeyin Quran tərəfindən təsdiqlənməsi qeyri-mümkündür. Şəriət deyərək məsələni hər yana çəkə bilir, dara düşdükdə də: “üləma belə söyləmişdir, icma bu yoldadır, ata-babalarımız belə qərar vermişdir, əsrlərdir ki, müsəlmanlar belə tətbiq edirlər” - deyərək dirənmələrinə uyğun bir dini önə plana çıxartmağa çalışırlar.

Şəriəti İslamla eyniləşdirmək istəyi Qurana və zamana zidd olan ənənələri din kimi təqdim etmək məqsədi güdür. Yəni şəriəti dinlə eyniləşdirərək köhnəlmiş fiqh kitablarındakı ağıl və Qurandan kənar bəzi qanunları din adı altında xalqa təqdim edirlər”. (Yaşar Nuri Öztürk, Allah ile Aldatmak, Yeni Boyut Nəşriyyatı)

Sonrakı fəsillərdə, şəriət iddiasıyla ortaya çıxan, lakin qəzəb və nifrət saçan qrupların bu şəriətin qaynağını haradan götürdüklərindən bəhs edəcəyik. Rəhbər tutduqları bütün saxta hədisləri və onların əsassız cəhətlərini bir-bir araşdıracağıq. Bu cəmiyyətlərin tabe olduğu şəriətin Qurana nə qədər zidd olduğunu və heç vaxt İslam şəriəti olaraq xarakterizə edilə bilməyəcəyini açıq dəlillərlə göstərəcəyik.