Qaranlıq təhlükə: bağnazlıq: Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Bütün dəlilləriylə görüldüyü kimi Quranda baş örtüyü mövzusuna dəlil göstərilməyə çalışılan Nur surəsinin 31-ci ayəsində qətiyyən baş örtüyü sözü keçmir. Lakin bu səhv, bəzi saxta hədislərin İslam ədəbiyyatına daxil edilməsiylə yayılmış və bu günə qədər gəlib çatmışdır. Fanatiklərin yaratdıqları saxta hədislər, fövqəladə məntiq pozuqluqları və ziddiyyətlərlə doludur. İndi bunlardan bəzi nümunələri görək:
Hz. Aişə (r.ə): “Allah ilk mühacir qadınlara rəhmət eləsin, uca Allah: “Mömin qadınlar baş örtüklərini yaxalarının üstünə salsınlar” ayəsini endirdikdən sonra, onlar ətəklərindən bir parça kəsərək, bununla başlarını örtdülər” deyir. (Buhâri, Tefsir, Tefsir-u Süreti‘n-Nûr, 13 (V, 13) Ebû Dâvûd, Libâs, 33(IV, 3577; Beyhaki, VII, 88)
Həzrəti Aişə anamız belə buyurdu: “İlk mühacir qadınlara Allah rəhmət eləsin! Baş örtüyü ayəsi endikdən sonra, dərhal ipək bel bağlarını yırtıb başlarına örtdülər”. [Buhari, Nesai] Səfiyyə bint Şeybə belə söyləyir: “Biz Aişə ilə bir yerdəydik.
Qureyş qadınlarından və onların üstün xüsusiyyətlərindən bəhs edirdik. Hz. Aişə belə buyurdu: “Şübhəsiz ki, Qureyş qadınlarının bəzi üstün xüsusiyyətləri var. Lakin mən, Allaha and olsun ki, Allahın kitabını daha çox təsdiqləyən və bu kitaba daha güclü inanan Ənsar qadınlarından daha fəzilətlisini görmədim. Necə ki, Nur surəsindəki; “qadınlar baş örtüklərini yaxalarının üstünə salsınlar” ayəsi nazil edildikdən sonra, onların kişiləri bu ayələri oxuyaraq evə qayıtdılar. Bu kişilər! Zövcələrinə, qızlarına, bacı və qohumlarına bunları oxudular. Bu qadınlardan hər biri ətək parçalarından, Allahın kitabını təsdiqləyib, ona iman edərək baş örtüyü hazırladılar. Ertəsi günün səhər, hz. Peyğəmbərin arxasında baş örtükləriylə səhər namazını qıldılar. Sanki onların başları üstündə qarğalar vardı”. (Buhari: Tefsiru Sure 24/12 - Ebu Davud: Libas 29 - Ahmed b. Hanbel: VI 188) (İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, XI cild, səh. 5880)
Göründüyü kimi, bütün bu hədislərdə, Nur surəsinin 31-ci ayəsi nazil edildikdən sonra müsəlman qadınların dərhal öz ətəklərindən bir parça kəsib başlarına sarıdıqları iddia edilir. Onsuz da ən böyük məntiqsizlik burada özünü göstərir. İndi, həmin bu saxta hədislərdəki məntiqsizlikləri və Quranla necə ziddiyyət təşkil etdiklərini bir-bir nəzərdən keçirək:
• Ayədə; “...örtüklərini yaxalarının üstünə salsınlar...” ifadəsi ilə daha əvvəl ətraflı araşdırdığımız kimi, qadınların sinələrini örtmələri bildirilir. Lakin bu hədislərdə, bu ayənin endirilməsindən sonra müsəlman qadınların dərhal paltarlarından bir parça kəsərək sinələrini deyil, əksinə başlarını örtdükləri bildirilir. Halbuki ayədə başların örtülməsinə dair heç bir ifadə qeyd olunmur. Həmin bu hədislərin heç birində müsəlman qadınların ayənin əsil hökmünü yerinə yetirdiklərinə, yəni sinələrini örtdüklərinə dair bir şərh iştirak etmir. • Burada deyilənə görə, qadınlar öz ətəklərindən parçalar kəsmiş və bununla ayənin hökmünə tabe olaraq sinələrini örtmək əvəzinə baş örtüyü kimi başlarına örtmüşdürlər. Daha əvvəl qeyd etdiyimiz kimi, “baş örtüklərini salsınlar” şəklindəki yanlış təfsirin doğru olduğunu göstərmək üçün hədisə əlavə olunan bu tətbiqə görə ətəkdən kəsilən parça o qədər böyük olmalıdır ki, həm başı, həm də sinəni örtə biləcək qədər aşağı enə bilsin.
• Burada, əlbəttə ki, ağla əvvəlcə kəsilmiş ətəyin vəziyyəti gələcəkdir. Ətəkdən başı və sinələri örtəcək qədər böyük bir parçanın kəsilmiş olması, ətəyi sanki mini ətək halına gətirəcək və dolayısilə qadının ayaqları açıq qalacaqdır. Bu deyilənə görə həmin bu qadının sinəsi və qıçları açıqdır, lakin başını örtmüşdür. Halbuki bu hissənin əvvəlindən bəri dəlilləriylə açıqladığımız kimi Nur surəsinin 31-ci ayəsi qadınların “yalnız” sinə nahiyələrini örtmələrini bildirmək üçün nazil edilmişdir.
• “Baş örtüklərini salsınlar” açıqlamasının tərəfdarı olan bəzi təfsirçilərin öz iddialarını haqlı çıxartmaq üçün “onsuz da başda olan bir baş örtüyü” açıqlamasıyla çıxış etdiklərindən bəhs etmişik. Onlar, ayədə baş örtüyü ifadəsinin işləndiyini sübut edə bilmək üçün, belə bir iddia ilə ortaya çıxır və ayənin xitab etdiyi qadınlarda onsuz da baş örtüyünün olduğunu iddia edirlər. Halbuki həmin bu saxta hədislərdə, bu ayə nazil olduqda qadınların öz ətəklərini kəsərək baş örtüyü kimi işlətdikləri iddiası var. Necə olur ki, haqqında danışılan təfsirçilərin ən böyük dayaq qəbul etdikləri bu saxta hədislər onların izahlarıyla bu qədər ziddiyyət təşkil edə bilir?
Ziddiyyət təşkil edə bilər, çünki İslama Qurandan kənar saxta hökmlər daxil etməyə çalışanların dinləri bu qədər böyük məntiqsizliklərlə doludur. Hər batil izahat Quranla ziddiyyət təşkil edər və onda fövqəladə məntiqsizlik olar. Nur surəsinin 31-ci ayəsinin, aydın və olduqca asan başa düşülən bir ayə olmasına baxmayaraq, bu ayədən sırf baş örtüyü sözünün çıxarda bilmək üçün edilən aldadıcı şərhlər hadisənin ciddiliyini göstərir.
Bəhs olunan saxta hədislər əsasında edilən şərhlər və əldə olunan nəticələr isə dəhşət vericidir.
Şafi və Hənbəli məzhəblərində, qadının istisnasız bütün bədəni daim örtülməli yerlərdir (üz və əllər də daxil olmaqla). Hənəfi və Maliki məzhəblərində əllər və üz, bu da fitnə olmayan şərtlərdə açıq qala bilər (Sabuni, Tefsirul Ayatil Ahkam 2/154,155). Əs-Suddi belə buyurmuşdur: “Qadın gözlərindən birini və üzünün açıq qalan göz tərəfindəki yeri örtər. Yalnız bir gözü açıq qalar”. Əbu Həyyan belə buyurmuşdur: “Əndəlüsdə belə bir adət vardı. Qadının bir gözündən başqa heç bir yeri görünməzdi” (Ebu Hayyan, El Bahrul Muhit). Şafi imamları, qadının kəsilmiş dırnaqlarına belə baxmağı qadağan ediblər (İbni Hacer El Heytemi, İslam‘da Helal ve Haramlar 2). Geniş yayılmış açıqlamalardan birinə görə İslamın qadına fərz buyurduğu örtünmə, qadının üzünü də əhatə edir (Fıkhus Siyre). Digər bir mənbədə, qadının kişiyə necə baxmalı olduğu belə bildirilmişdir: “Qadının, yad kişinin sinəsinə, kürəyinə, qıçına şəhvətlənmə ehtimalı olmasa belə baxması caiz deyil. Üzə baxmaq isə, ayaqlara, saça və qıçlara baxmaqdan daha böyük günahdır. Bu yerlərə baxmağın haram olduğu barədə ortaq fikrə gəlindiyinə görə, əvvəla üzə baxmaq da haram olmalıdır”. (Sabuni, Revai 2/156).
Məhz ürküdücü səviyyəyə çatan fanatik zehniyyət, ancaq qadını tamamilə örtüyü təqdirdə rahatlayır. Bəziləri üçün, bu da kifayət etmir, onlara görə hər yerini örtən qadın, özünü ev dustağı etməlidir. Quranda qadına azadlıqlar verən, qadının, kimlərin yanında rahatlıqla hərəkət edə biləcəyini, kimlərin yanında məhrəm yerlərini örtməli olduğunu bildirən olduqca aydın bir ayədən, bu fanatik mahiyyətli və ürküdücü şərhlərin çıxarıla bilməsi əslində qeyri-mümkündür. Lakin nəzərdən keçirdiyimiz saxta hədislər onlara bu imkanı vermiş, onlar da, ayəyə öz şərhlərini əlavə edəcək qədər həddi aşmış və qadını “başdan-ayağa örtülü, kəsilmiş dırnaqları belə haram olan” bir xəyalətə çevirməyi bacarmışdırlar. Bu, fanatik zehniyyətin hüdudlarını görə bilmək üçün, olduqca aydınlaşdırıcı bir nümunədir.
Burada bunu ayrıca olaraq xatırladaq ki, hədis külliyatında Peyğəmbərimiz (s.ə.v)-in dövründə qadın və kişilərin eyni qabdan dəstəmaz aldıqları da qeyd olunur. (Baxın: Buhari, Vudu 43; Ebu Davud, Taharet 39; İbni Mace, Taharet 36; Nesai, Taharet 56) Dəstəmaz alınarkən yuyulmalı yerlərin ayaqlar, dirsəklərə qədər qollar, üz və baş olduğuna görə bu hədisdən, qadınların başları açıq halda kişilərlə yan-yana olduqları aydın olur. Lakin fanatiklərin xüsusiyyəti, mənfəətlərinə uyğun gəlməyən hədisləri nəzərə almamalarıdır. Quranı meyar götürdüyümüzə və Qurandakı hökmlər də olduqca aydın olduğuna görə, qadınların kişilərlə eyni mühitdə başları açıq vəziyyətdə olmaları Qurana uyğun hərəkətdir.