Qaranlıq təhlükə: bağnazlıq: Yanlış təfsir: “baş örtüklərini salsınlar”
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Bəzi tərcümələrdə ayənin, “baş örtüklərini yaxalarının üstünə salsınlar” şəklində təfsir edilmiş bu hissəsində, yuxarıda sözbəsöz ərəbcə mənalarını araşdırdığımız kimi, nə “baş örtüyü”, nə də “salsınlar” ifadəsi işlənmir. Buna baxmayaraq, ayəni bu cür təfsir etmək istəyən insanlar, Quranla ziddiyyət təşkil etdiyi üçün, bunu edərkən mühüm məna itkisi və ziddiyyətlərlə üzləşirlər. Bir çoxu; “onsuz da başlarında olan baş örtüyünü yaxalarının üstünə saldılar” kimi təəccüblü açıqlama verərək, hal-hazırda qadınların başında bir örtük olduğunu iddia edirlər. Dövrün müsəlman qadınlarının “onsuz da başlarında bir örtük” ola bilməsi üçün, bu barədə Quranla bildirilmiş bir şərt, bir hökm olmalıdır. Halbuki Quranın heç bir yerində baş örtüyü ilə əlaqədar bir açıqlama yoxdur. Dolayısilə o dövrün qadınlarının dinin bir hökmü olaraq başlarında bir örtük gəzdirmələri qeyri-mümkündür. Bundan ötrü də, bəzi təfsirlərdəki; “onsuz da başında olan örtük” açıqlaması ciddi bir məntiqi məğlubiyyətdir. İndi bu məntiq pozuqluqlarını nəzərdən keçirək:
- “Onsuz da başda olan bir örtük” iddialarına şərh gətirə bilmək üçün bəzi təfsirçilər, Əhzab surəsinin 59-cu ayəsində işlədilən “çadra” sözünün keçdiyi ayənin, Nur surəsinin 31-ci ayəsindən əvvəl endirildiyini və bundan ötrü də müsəlman qadınların başlarında onsuz da bir örtük olduğunu iddia edirlər. Böyük məntiqsizliklərdən biri də burada ortaya çıxar. Çadra; onsuz da bir qədər sonra ətraflı şəkildə araşdıracağımız kimi, bütün bədəni başdan-ayağa örtən bir geyimdir. Geyilməsindəki əsil məqsəd isı bədəni örtməkdir. Nur surəsinin 31-ci ayəsinin qadınların sinələrini örtmələrinə dair bir hökm olduğunu xatırlasaq, çadra ilə gəzən bir qadının sinəsinin açıq olma ehtimalının olmadığını, bundan ötrü də ayənin, bütün bədənini və başını çadra ilə örtmüş qadınlara xitab etmədiyini anlayırıq. Görünür ki, həmin bu iddianı ortaya atanlar, bu mühüm və təməl xüsusu unutmuşdurlar.
- O dövrün ərəb cəmiyyətlərində qadınlar çılpaq gəzirdilər. Ayə bunun üçün endirilmişdir. Bu ayəyə görə müsəlman qadınlar açıq sinələrini örtməyə başladılar. Ayədə keçən “cuyub” sözünün sinə mənasını verdiyini və bu ayədə qeyd olunan cümlənin əsil mənasının “örtüklərini döşlərinin üstünə örtsünlər” şəklində olduğunu təkrar xatırladaq. 3) “Başda onsuzda örtük olduğu” yanılmasını israrla müdafiə edən bəzi təfsirçilərə görə, haqqında danışılan qadınların başları, “onsuz da” baş örtüsü ilə örtülüdür, lakin bu məntiqə görə onsuz da sinələri açıq gəzirlər! Buna görə, qadınlar başlarını örtməli olduqlarını dərk etmiş, lakin sinələrini örtməli olduqlarını dərk etməmişdirlər (müsəlmanları tənzih edirik). Başlarındakı örtüyə çox diqqət yetirir, amma bədənləri çılpaq halda gəzirlər. Həmin bu təfsirçilərin; “onsuz da olan baş örtüyü” iddiası bu nəticəni ortaya çıxardır. Bu insanlar etdikləri bu şərhlə; “sinələri açıq, lakin başları örtülü” olan bu qadınlara başlarındakı örtüyü aşağıya salmaları və sinələrini də örtmələri barədə nəsihət verildiyini iddia edirlər. Bu böyük məntiqsizlik, baş örtüyü hökmünü zorla Qurana daxil etmək səyinin yaratdığı dəhşətli nəticədir.
- Bu qəribə açıqlamaya görə; “onsuz da başda olan baş örtüsü” o qədər uzundur ki, sinəni hər iki tərəfdən tamamilə örtəcək qədər aşağı enə bilir. Dolayısilə qəbul olunan bu fikrə görə, o dövrün çılpaq gəzən qadınlarının hər birinin başında “onsuz da” bir baş örtüsü vardı ki, bu da çadra qədər uzun idi. Məhz ayənin “baş örtülərini salsınlar” şəklində yanlış təfsir edilməsi, bu təfsirin müdafiəçilərini bu cür böyük məntiq pozuqluqlarına sövq edir. Bu vəziyyət, mənası olduqca açıq olan bu ayəyə, başqa məna verməyə çalışmağın yaratdığı bir nəticədir.
Ayəyə baş örtüyü açıqlamasını əlavə edə bilmək üçün, uydurulmuş saxta hədislərdə isə, olduqca böyük məntiqsizlik var. Bu məsələ sonrakı sətirlərdə izah ediləcək.