Qaranlıq təhlükə: bağnazlıq: Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Fanatiklərin, müxtəlif saxta hədislərin təsiri altında hər cür iyrəncliyi mübah qarşılayan və murdarlığın hakim olduğu həyat tərzləri özüylə birlikdə dəhşətli bir keyfiyyətsizliyi də gətirir. Məhz bundan ötrü də, ümumiyyətlə bəzi İslam cəmiyyətlərində ciddi şəkildə yayılmış bir keyfiyyətsizlik dəbi var. Bu keyfiyyətsizlik anlayışına görə bir müsəlman xarici görünüş etibarilə çirkli, baxımsız, səliqəsiz, estetikadan və nəzakətdən uzaq, kobud, gözəlliyə və nəzakətə əhəmiyyət verməyən, hətta bunlardan anlamayan bir insan modelində ortaya çıxar. Fikir verilsə, qeyd olunan cəmiyyətlərdə “müsəlman” deyiləndə göz qabağında belə bir görüntünün canlanmasına diqqət yetirildiyi görülər.
Bu insanların İslam anlayışına baxdıqda belə keyfiyyətsiz və dəhşət doğuran bir həyat tərzinin ortaya çıxması, əlbəttə ki, heç bir təəccüb doğurmur. Hətta qadınların qaşlarını belə almalarını qadağan edən (bu mövzu barədə sonrakı fəsildə ətraflı şəkildə məlumat veriləcək), yeməkdən sonra əllərini yumaq əvəzinə onları başqasına yaladan, içinə milçək düşən şorbada şəfa olduğunu iddia edən bir anlayışdan keyfiyyət gözləmək, sözsüz ki, qeyri-mümkündür. Saxta hədislərin formalaşdırdığı bu saxta din anlayışı o qədər geniş yayılmışdır ki, bir müsəlmanın gözəl və keyfiyyətli görünməsi həmin şəxslərin sərt reaksiyasına səbəb olur.
İslam adı altında oynanılan bu oyun bütün İslam cəmiyyətlərinə bu və ya digər formada hakim kəsilib və bu qorxunc görüntü, əlbəttə ki, digər cəmiyyətləri də narahat edir.
Halbuki Quranda möhtəşəm keyfiyyət anlayışı var. Peyğəmbərimiz (s.ə.v) Quranı ən mükəmməl tətbiq edən şəxs kimi dövrünün ən keyfiyyətli və ağıllı insanı olmuşdur. Daim təmiz idi, ən keyfiyyətli və ən təmiz paltarları geyinər, ən nəzakətli rəftarı nümayiş etdirərdi. Peyğəmbərimiz (s.ə.v) bu gün yaşasaydı, şübhəsiz ki, yenə bu dövrün ən keyfiyyətli insanı olardı. Çünki Peyğəmbərimiz (s.ə.v) rəhbəri Qurandır və Quran hər dövrdə ən yüksək keyfiyyəti tələb edir.
Bunu xüsusi olaraq vurğulamaq lazımdır ki, kefiyyəti pul, mal-mülk və ya marka geyimlərlə əldə etmək qeyri-mümkündür. Keyfiyyət; təmizlik, özünə diqqət, gözəlliyə və estetikaya dəyər vermək, mükəmməl rəftar və davranış sərgiləmək, şəfqət və ağıllılıq, hörmət və gözəl əxlaq ilə əldə edilən bir xüsusiyyətdir. İnsan hər gün eyni paltarı geyinə bilər, lakin onu təmiz və səliqəli geyinərsə keyfiyyətli olar. Yaxud insan başqasının fikrini qəbul etməyə bilər, lakin onun fikrinə hörmət göstərib ona şəfqətlə davranarsa keyfiyyətli olar. İnsanın keyfiyyətini büruzə verən ən mühüm göstəricilərdən biri onun davranışlardır. Pisliyi, tamahkarlığı və keyfiyyətsiz hərəkətlər etməyi özünə sığışdırmayan kəs, onsuz da, normal olaraq keyfiyyətlidir. Gözəl danışan, gözəlliyi tərifləyən, hər fürsətdə incəsənət və zərifliyi üstün tutan, qarşısındakılara dəyər verən insan keyfiyyətlidir.
Məhz keyfiyyətli insan olmağı tələb edən bütün bu xüsusiyyətlər böyük ölçüdə İslam cəmiyyətlərində unudulmuşdur. Bunun da səbəbi yenə, bəzi İslam cəmiyyətlərinin ən böyük səhv olaraq Quranı tərk etmələri olmuşdur. Keyfiyyətə deyil, kəmiyyətə, sevgiyə deyil, nifrətə, təmizlik və baxıma deyil, natəmizlik və səliqəsizliyə əhəmiyyət verən cəmiyyətlər formalaşmışdır. Bunun tək həll yolu Qurandır. Hal-hazırda ən vacib zərurətlərdən biri, bir müsəlmanın sahib olduğu üstün keyfiyyəti, Qurandan dəlillər gətirməklə həmin bu cəmiyyətlərə göstərməkdir. Qurandan dəlillər gətirmədikcə həmin bu cəmiyyətlər demokratiyadan uzaqlaşmağa, qəzəbli olmağa, keyfiyyətsizliyi yaymağa, incəsənət və təmizliyə əhəmiyyət verməməyə davam edəcəklər. Bu isə hər ötən gün böyüyən ciddi bir bəladır.