Qaranlıq təhlükə: bağnazlıq: Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Quran Peyğəmbərimizə (s.ə.v) 23 ildə vəhy olundu. İlk 13 ildə Məkkədəki bütpərəstlərin içində kiçik bir qrupu təşkil edən müsəlmanlar böyük təzyiqlərə məruz qaldılar. Bir çox müsəlmana fiziki işgəncələr verildi, bəziləri şəhid edildi, çoxunun evi və malları yağmalandı, davamlı təhqir və təhdidlərlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar şiddət tətbiq etmədən həyatlarına davam etdilər, sadəcə bütpərəstlərdən uzaqlaşdılar və onları daim sülhə dəvət etdilər. Lakin həmin bu bütpərət cəmiyyətlərin hücumları sona çatmadı.
Qureyşlilər, əvvəlcə, hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərliyinə əhəmiyyət verməmiş kimi göründülər. İman etməməklə yanaşı, bütlərinin əleyhində söz söyləmədiyi müddətcə, Peyğəmbərimiz (s.ə.v)-in dəvətinə səs çıxartmadılar. Təkcə Peyğəmbərimiz (s.ə.v)-i gördükləri vaxt, ona qarşı söz hücumuna keçdilər. Öz aləmlərində müsəlmanları lağa qoyub alçaltdılar. Beləliklə də, Qureyşlilərin “söz hücumları” dövrü başlandı. Quranda bu vəziyyət bizə belə çatdırılır:
Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, Öz yaxın qohumlarının yanına fərəhlə qayıdırdılar. İman gətirənləri gördükdə isə deyirdilər:
“Həqiqətən, bunlar azmışlardır!”.
Məkkə bütpərəstlərin mərkəzi mövqeyində çıxış edirdi. Şəhər hər gün Kəbə və ətrafındakı bütləri ziyarət etmək üçün gələnlərlə dolub daşır, buna görə də Qureyşlilər həm pul, həm də etimad qazanırdılar. Qureyşlilər Məkkədə müsəlmanlığın yayılmasını özləri üçün bir təhdid hesab edirdilər, çünki belə olacağı təqdirdə mənfəətlərinə xələl gələcəyini və digər qəbilələrin özlərinə düşmən kəsiləcəyini düşünürdülər. Həmçinin müsəlmanlıqda bütün insanların bərabər hüquqlu olduğunu, nəsil ayrı-seçkiliyinin və zənginlik-yoxsulluq fərqinin aparılmadığını bilirdilər. Buna görə də, Qureyş ağsaqqalları müsəlmanlığın yayılmasına mane olmaq üçün tədbir almalarının lazım olduğu qənaətinə gəldilər. Buna müsəlmanlara istiqamətli işgəncələr, hətta cinayətlər də daxil idi. (İbn Hişâm, 1/287) O dövrün müşrikləri hz. Əbu Bəkr və hz. Osman kimi güclü və etibarlı ailələrə mənsub müsəlmanlara elə də toxuna bilmirdilər. Lakin kimsəsiz, yoxsul müsəlmanlara tarixdə misli görünməmiş vəhşiliklə işgəncələr verirdilər. Əbu Füheykə, Həbbab, Bilal, Süheyb, Əmmar, Yasir və Sümeyyə bu ağır işgəncələrə məruz qalmış dəyərli müsəlmanlardandı.
Safvan ibn Üməyyənin köləsi olan Əbu Füheykə, müşrik sahibi tərəfindən hər gün ayağına ip bağlanılaraq qızğın çınqıl və qumlar üzərində süründürülürdü.
Dəmirçi Həbbab, köz halındakı kömürlərin üzərinə uzadılmış, kömürlər sönüb qaralana qədər, sinəsi kömürlərlə dağlanılıb əziyyətə məruz qalmışdı.
Əmmarın atası Yasir ayaqlarından, iki müxtəlif istiqamətə doğru hərəkət edən dəvəyə bağlanaraq parçalanmış, ərinin belə vəhşicəsinə şəhid edilməsinə dözməyib müşriklərə etirazını bildirən Süməyyə isə Əbu Cəhlin atdığı oxla qətlə yetirilmişdi. (Zâdü'l-Meâd, 2/116; Asr-ı Saâdet, 1/254)
Xələf oğlu Üməyyə, köləsi Bilal Həbəşini hər gün çılpaq vəziyyətdə qızğın qumların üstünə uzadar, sinəsinə böyük bir daş parçası qoyaraq saatlarla günəşin altında saxladar; Peyğəmbər (s.ə.v)-ə qarşı çıxması və müsəlmanlığı tərk etməsi üçün ona əziyyət verərdi. Bir gün əllərini, ayaqlarını möhkəm bağlayaraq boynuna ip keçirmiş və onu qızğın qumlar üzərində Məkkə küçələrində süründürmüşdü. (Zâdü'l-Meâd, 2/116; Asr-ı Saâdet, 1/253) Haşimilərdən qorxduqları və əmisi Əbu Talibin himayəsi altında olduğu üçün əvvəllər Peyğəmbərimizə (s.ə.v)-ə toxuna bilmirdilər. Bir müddət sonra ona dəli, falçı, şair, sehrbaz olduğu kimi böhtanlar atmağa başladılar (haşa). Nəhayət fürsət tapdıqda Peyğəmbərimizi (s.ə.v)-i də təhqir etməkdən, ona işgəncə və hər cür pislik etməkdən çəkinmədilər. Müsəlmanların bu dəhşətli işgəncələrə məruz qalmasının tək səbəbi onların iman gətirməsi və insanlara İslamı təbliğ etməsi idi. Müsəlmanlar, bu təzyiq, işgəncə, zorakılıq və dəhşət mühitində, İslamın əmrinə görə, qətiyyən özlərinə zərər verənlərə zərər verməmiş, hətta ən insani haqqları olmasına baxmayaraq, özlərini belə müdafiə etməmişdilər. Müsəlmanların əks hücuma keçmədiklərini görən Qureyş müşrikləri azğınlıqlarını və işgəncələrinin həddini daha da artırmışdılar. Belə ki, həmin Qureyşlilər artıq gördükləri hər bir müsəlmanı yerindəcə şəhid etməyə başlamışdılar.
Əziyyətlərə qətiyyən qarşılıq verməyən, Quranda qan axıtmağa izin verilmədiyi üçün hətta özlərini belə müdafiə etməyən müsəlmanlar, işgəncələr artdığı üçün Məkkədə qala bilmədilər. Bu vəziyyət Mədinəyə köç etməyi zəruriləşdirdi.