Müsəlman kimi danışmaq: Boş və faydasız söhbətlər etməmək
Mündəricat
- Giriş
- Müsəlman kimi Danışmağın Əhəmiyyəti
- Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
- Allahı çox zikr etmək
- Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
- Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
- Allahı tərifləyib ucaldaraq danışmaq
- Allaha qarşı acizliyini bilən üslubla danışmaq
- Danışıqlarda Quranı rəhbər etmək
- Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
- Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
- İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
- Hikmətli danışmaq
- Səmimi üslubla danışmaq
- Doğru danışmaq
- Ağıllı və məntiqli danışmaq
- Müjdəli və sevinc verici söhbətlər etmək
- Şövq və həyəcan yaradan üslubla danışmaq
- Sözün ən gözəlini söyləmək
- Nəfsin istəklərindən danışmamaq
- Təvazökar tərzdə danışmaq
- Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
- Müşavirə etmək
- “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
- Ana-ataya gözəl söz söyləmək
- Arxadan danışmamaq, dedi-qodu etməmək
- Lağ edici üslubla danışmamaq
- Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
- Boş və faydasız söhbətlər etməmək
- Söz kəsməmək və etidallı səslə danışmaq
- Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
- Münafiqanə üslubdan çəkinmək
- Pisliyə yönəldən söhbətlərdən çəkinmək
- Ağız əyməmək
- Gizli söhbətlər etməmək
- Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
- Nəticə

Allaha inanmayan insanlar həyatlarını dünya həyatıyla məhdud olduğunu düşündükləri üçün sonsuz həyatlarını yaşayacaqları axirət üçün hazırlıq etməyə də ehtiyac duymazlar. Necə davranacaqlarını, yaşadıqları müddət içərisində xeyir olaraq nələr qazandıqlarını, necə sona doğru irəlilədiklərini düşünməzlər. Halbuki hər davranış, hər söz, hər düşüncə hesab günündə insanın önünə çıxardılmaq üçün saxlanılır. Sərf edilən hər faydalı və hikmətli söz insanı axirətdə qazanclı çıxaracaq, Allahın razılığını, cənnətini və rəhmətini qazanmasına vəsilə olacaq.
Axirəti düşünməyən insanlar vaxtlarını boş sözlərə dalaraq, nə özlərinə, nə də başqalarına fayda verməyəcək danışıqlarla əylənərək keçirərkən, möminlər hər anlarını xeyirli və hikmətli söhbətlərlə keçirərlər.

Axirətdən yana qəflətə düşüb, boş sözlərlə əylənən insanlar üçün Quranda “...Sən: “Allah!” – de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.” (Ənam surəsi, 91) şəklində bildirilir. Möminlərin boş və faydasız sözlərdən uzaq olduqları isə başqa ayədə, “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər.” (Qəsas surəsi, 55) şəklində ifadə edilir.
Möminlər boş və faydasız sözün nə olduğu mövzusunda ölçülərini Qurana görə təyin edərlər. Dünyada keçirdikləri hər anlarının axirət həyatları baxımından çox qiymətli olduğunu bildikləri üçün, yaşadıqları hər an vicdanlarını dinləyərək boş sözə dalmamağa böyük diqqət göstərərlər. Bir ayədə “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.” (Furqan surəsi, 72) sözləriylə möminlərin boş sözlə qarşılaşdıqları zaman ləyaqətlə keçdiklərindən bəhs edilir.