Allah, “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.” (Bəqərə surəsi, 163) ayəsiylə insanlara Özündən başqa bir Yaradıcı, yaxşılıqdan yaxud pislikdən yana tapıla biləcək güc olmadığını bildirmişdir. Allah təkdir, Ondan başqa insanlara xeyir verə biləcək, onları qoruya biləcək, nemət və hüzur verə biləcək başqa qüvvət yoxdur.
Ancaq insanların bir hissəsi bu həqiqəti gərəyi kimi fərqində deyildirlər. Bəzilərinə sual verdikdə, Allahdan başqa İlah olmadığına, Onun hər şeyə qadir olduğuna inandıqlarını söyləyərlər. Lakin bu həqiqətə ürəkdən tam olaraq iman etmədikləri üçün insanlardan, hadisələrdən və hətta bəzən də
“şans” yaxud “təsadüf” adını verdikləri xəyali güclərdən mədət umarlar. Ancaq nə insanların, nə də digər varlıqların heç birinin həqiqi mənada gücü yoxdur. Quranda bildirildiyi kimi, “…Şübhəsiz “izzət və gücün” bütünü Allahındır…”
İman edən insan isə Allahdan başqa İlah olmadığına, “izzət və gücün” yalnız ONA aid olduğuna iman edər və bu həqiqəti həyatının hər anında səmimiyyətlə yaşayar. Allahdan başqa heç bir şeydən; insanlardan, hadisələrdən, əşyalardan mədət ummaz. Yalnız Allaha güvənər. Yalnız Allahdan qorxub, yalnız Ondan kömək gözləyər. Çünki heç bir insan, heç bir varlıq İlahlıq xüsusiyyəti daşıya bilməz; bunların hər biri, Allahın qorumasına möhtac, onlardan yana yaxşılıq etməyə yaxud bir pisliyi uzaqlaşdırmağa güc çatdıra bilməyən varlıqlardır. Allah Quranda bu mövzunu belə açıqlayır:
Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.
Bu həqiqətin fərqində olan möminin ürəyindəki səmimi iman və Allah qorxusu, bütün açıqlığıyla danışıqlarına da əks olunar. Mövzu nə olursa olsun, belə bir insanın üslubundan yalnız Allaha güvəndiyi dərhal aydın olar. Allahdan başqa bir İlah olmadığını qavramış bir insan, necə bir hadisə ilə qarşılaşırsa qarşılaşsın, hər şeyin Allahın idarəsi altında olduğunu bilər. Bəhs olunan vəziyyət insanın bütün həyatını, gələcəyini, təhlükəsizliyini, mal varlığını yaxud sağlamlığını birinci dərəcədən maraqlandıra bilər. Və görünüşə görə bütün şərtlər yalnız bir neçə adamın ağzından çıxacaq qərara, bu kəslərin edəcəyi hər hansı səhvə yaxud əldə edəcəkləri müvəffəqiyyətə bağlı ola bilər. Ancaq qarşılıqsız olaraq iman edən kimsə, bütün bunların yalnız Allahın idarəsi altında olduğunu bilər və buna görə davranar. Bu mövzuya belə bir nümunə verə bilərik:
Bütün mal varlığını ortaya qoyaraq yeni işə sərmayə qoyan iş adamı, məhsullarının bazarda yaxşı yer əldə etməsi üçün müxtəlif reklam və təqdimat kampaniyalarına qatılar. Eyni sektordakı digər firmalarla rəqabət edə bilməsi üçün daha keyfiyyətli istehsal etməsi lazım olacaq. Buna görə bütün bunlar üçün reklam müdirindən satışa çıxarma yaxud satış ilə məşğul olan işçilərinə qədər şirkət bünyəsində işləyən hər kəsdən çox yaxşı fəaliyyət gözləyər. Bu kəslərə lazım olan təlimatları verər. Onları təşviq etmək və hərəkətə keçirmək üçün müxtəlif danışıqlar edər. Çünki mütləq digər firmaların önünə keçə bilməli, onlardan daha müvəffəqiyyətli olmalıdır.
Bu nöqtədə, eyni şərtlər altında olan ancaq Allahdan başqa İlah olmadığını dərk edən insanın rəftarındakı fərqlilik bu olar: Bu kimsə də lazım olan bütün texniki tədbirləri alar. Lakin özünü zəngin edəcək gücün nə reklamda, nə təqdimat və satışa çıxarma işlərində, nə də bu mövzuda mütəxəssis olan işçilərdə olmadığının fərqindədir. Tam tərsinə bütün bunların Allahın diləməsiylə qərar ala bilən, Allahın icazəsi ilə hərəkət edə bilən və yenə Allahın icazəsi ilə müvəffəqiyyət qazana bilən varlıqlar olduğunu bilər. Əgər bu vasitələrdən hər hansı birini Allahdan ayrı müstəqil bir güc kimi qəbul etsə, onu Allaha ortaq qoşmuş olacağının şüurundadır. Bu səbəblə istər fikirlərini izah edərkən, istər işçilərini istiqamətləndirərkən, istərsə də bütün işlərini təqib edərkən bütün bunların Allahın idarəsində olduğunu bilən üslubla danışar. Tərs kimi görünən bir hadisə baş verdiyində heç bir zaman bundan ötəri çətinliyə qapılmaz, əsəbi danışmaz. Bu səhv kimdən yaxud hansı səbəbdən qaynaqlanırsa, bu istiqamətdə lazım olan ən ağıllı tədbirləri alar. Ancaq heç bir zaman bu səhvə səbəb olan adamın müstəqil güc sahibi olduğunu və ya hadisələrin öz-özünə inkişaf etdiyini sanaraq, Allaha şirk qoşula biləcək üslubdan uzaq olar. Çünki əgər ortada bir səhv varsa, bunun insanın taleyində olduğunu və Allah dilədiyi üçün o səhvin edildiyini bilər. Bu vəziyyət onun dünya həyatındakı imtahanının bir parçasıdır; hadisələrin insanların nəzarətində inkişaf etdiyini sanaraq qəflətə qapılacaqmı yoxsa Allahdan başqa bir İlah olmadığının şüurunda hərəkət edəcək? İman sahibi bir insan belə bir vəziyyətdə bütün hadisələrin Allahın dilədiyi şəkildə, xeyir və hikmətlə yaradıldığını bilər. Bu səbəblə gözləmədiyi bir nəticə ilə qarşılaşdığında da hər vaxt təvəkkülünü, Allaha olan təslimiyyətini əks etdirən etidallı və təslimiyyətli bir üslubda olar. Müsəlmanın danışıqlarına əks olunan bu şüur, əhəmiyyətli bir iman əlamətidir. Allahdan başqa İlah olmadığını bilərək yaşayan və danışıqlarına da bunu əks etdirən adam təbii olaraq ətrafına da Allahın böyüklüyünü və ucalığını həmişə xatırlatmış, yəni təbliğ etmiş olar.