Allah bir ayəsində “Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.” (Bəqərə surəsi, 263) hökmüylə möminlərə, gözəl sözlü, xoşxasiyyətli və bağışlayıcı üslubun məqbul olduğunu bildirir. Quranda bildirilən bu əxlaqın yaşanması, səmimi iman və Allah qorxusu tələb edir. Çünki bəzi insanların gözəl əxlaq göstərməkdə ən çətinlik çəkdikləri vəziyyətlərdən biri, haqlı olduqları halda qarşılarındakı insanı bağışlamaqdır.
Haqsızlıq edən insanı bağışlaya bilmək, haqlı olduğu halda yumşaq üslub istifadə edə bilmək ancaq Allah qorxusunun qazandıracağı nəfs və vicdan tərbiyəsiylə mümkündür. Quran əxlaqının yaşanmadığı yerlərdə, bəzi insanlar ancaq qarşı tərəfdən ciddi mənfəət gözlədikləri zaman haqlarından imtina edə bilər; lakin belə məqsəd üçün sakit, etidallı və xoşxasiyyətli üslubla qarşılarındakını bağışlaya bilərlər. Ancaq yenə də bu hadisənin kənardan görünən qismidir; içlərində xoşxasiyyət yerinə kin və hirs daşıyarlar. Mənfəətlərini əldə etdiklərində, bir mənfəətlə əlaqəli problem yarananda yaxud artıq dözümləri bitəndə bu kin və hirslərini aşkar edərlər.
Bəzi vəziyyətlərdə də incidici, hirsli üslub istifadə edib sonra “böyüklük məndə qalsın” kimi sözlərlə qarşı tərəfin qüsurunu bağışladıqlarını söyləyərlər. Amma insanın əvvəl nəfsinin təlqinlərinə qapılıb hirsini dilə gətirib ardından da, qarşı tərəfi minnət altında buraxan üslubla bağışladığını ifadə etməsi, həqiqi xoşxasiyyət deyil. Əhəmiyyətli olan bunu gözəl əxlaq göstərərək edə bilməkdir. Peyğəmbərimiz bu mövzunun əhəmiyyətini möminlərə, “Güclü adam insanları məğlub edən deyil, hirsləndiyi zaman nəfsini məğlub edən kimsədir.” sözləriylə xatırlatmışdır. Bu səbəblə möminlər ən haqlı olduqları vəziyyətlərdə belə Quran əxlaqının hökmü olaraq yumşaq, xoşxasiyyət və bağışlayıcı rəftar göstərərlər. Çünki əsas məqbul olanın insanın nəfsiylə zidd düşdüyü vəziyyətlərdə gözəl səbir göstərə bilməsi olduğunu bilərlər. Allahın razılığını qazanmaq üçün, gözəl əxlaqı aradabir deyil, həyatlarının sonuna qədər hər an kəsilməz şəkildə yaşamaq lazım olduğunu dərk edirlər. Bundan əlavə möminlər kənardan nə qədər yumşaq və mərhəmətli rəftar göstərirlərsə, daxilən də eyni mərhəməti yaşayarlar. Əgər bağışlayıcı üslub istifadə edirlərsə, daxilən də həqiqətən bağışlamışlar. Ürəklərində kin və hirs yoxdur. Nəfsləriylə zidd düşdüyü hadisə ilə qarşılaşanda bir anda Quran əxlaqından uzaqlaşıb əziyyət verici üslub istifadə etmənin Allah Qatında məsuliyyəti ola biləcəyini bilərlər. Bu səbəblə də, qarşılarındakı kəslər gözəl əxlaq göstərməsələr də, onlar Allahın razılığını qazanmaq üçün xoşxasiyyətli, şəfqətli, mərhəmətli və bağışlayıcı tərzdə danışarlar. Bir ayədə Allah möminlərə belə bildirir:
Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.