Allah “…Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Nisa surəsi, 128) ayəsiylə hər insanın nəfsində qısqanclıq duyğusunun olduğunu, ancaq bunun çəkinilməli xüsusiyyət olduğunu xatırladır. Başqa ayələrdə də, Allah, qısqanclıq edən insanın şərindən uzaq olmağı xatırladır və qısqanclığın necə pisliklərə qapı açdığını belə xəbər verir:
De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən!”
Allahın insanları bu davranış pozuqluğunu yaşayan kəslərin şərinə qarşı xəbərdar etməsi, qısqanclığın insanları hansı əxlaqa sürükləcəyinin başa düşülməsi baxımından çox əhəmiyyətlidir. Qısqanclıq səbəbiylə yaşanan narahatlıqlara cəmiyyətdə tez-tez rast gəlinir; ciddi ölçülərdə yaralanmalara və hətta cinayətlərə gətirib çıxaran mübahisə və çəkişmələrin qaynağı həmişə qısqanclıqdır.
Müsəlmanlar qısqanclığın Allahın bəyənmədiyi rəftar olduğunu bilərlər və buna görə nəfslərini bu pis əxlaq xüsusiyyətindən təmizləmək üçün ciddi səy göstərərlər. Möminlər insanlara sahib olduqları bütün gözəllikləri və nemətləri verənin Allah olduğundan xəbərdardırlar. Bu səbəbdən Allahın bir insana verdiyi neməti və ya gözəlliyi qısqanmanın Allahın təqdirinə razı olmamaq mənasına gələ biləcəyini bilərlər. Çünki Allah bu nemətləri o adama verməkdə hikmət, xeyir və gözəllik görmüşdür. Üstəlik bütün bunlar o adamın dünya həyatındakı imtahanının bir parçasıdır; eyni şəkildə o gözəllikləri görən digər insanların imtahanlarının da bir parçasıdır. İnsan ya bu nemətlərdən ötəri qısqanclıq duyğusuna qapılacaq ya da bu duyğunu məğlub edərək başqalarının nemət sahibi olmasından məmnun olacaq əxlaqa sahib olacaq. Necə ki, Quranın “Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?” (Ənam surəsi, 53) ayəsində bu vəziyyətin insanların sınanması üçün xüsusi olaraq yaradıldığı bildirilir. Həm də unudulmamalıdır ki, bəzi insanların dünya həyatında qısqandıqları nemətlərin hamısı ölümlə birlikdə yox olacaq. Tez və ya gec yox olacaq bir şeyi qısqanıb bundan ötəri Allahın məmnun olmayacağı rəftar göstərmək böyük səhvdir. Bu şüurla hərəkət edən möminlər ətrafındakı insanlarda gözəl xüsusiyyət gördüklərində qısqanclıqdan Allaha sığınarlar. Özləri bu əxlaqdan çəkindikləri qədər danışıqlarıyla başqalarına vəsvəsə və ya narahatlıq verməkdən də ciddi şəkildə çəkinərlər. Qarşılarındakı insanların gözəl istiqamətlərini təqdir edər, bu təqdir və bəyənmələrini dilə gətirən tərif dolu üslub istifadə edərlər. Qısqanclıq hissinə məğlub olan kəslər isə belə vəziyyətlərdə qarşı tərəfi təqdir edən, tərifləyici üslub istifadə etmək yerinə, bunları görməzlikdən gəlib o adamın əksik və qüsurlu yönlərini daha çox vurğulamağa çalışarlar. Müsəlman, ayədə ifadə edilən “nəfsin eqoist istəklərini” idarə edə bilən insandır. Digər davranış pozuqluqlarında olduğu kimi, qısqanclıqda da nəfsinə Quran ayələriylə qarşılıq verir. Allah Qatında da, möminlər arasında da üstünlük; gözəllik, zənginlik, təhsil yaxud mədəniyyət kimi təməllərə əsaslanan deyil. Ən təqvalı olan adam, Allah Qatında da, möminlər arasında da ən üstün görülən və ən sevilən insandır. Diqqət ediləcək əsl rəftarın təqva olması möminlərin dünyəvi nemətləri qısqanmalarını ortadan qaldıran əhəmiyyətli həqiqətdir.