İnsanın dünya həyatında qarşılaşdığı bütün nemətlərin tək hakimi və tək sahibi Allahdır. Ancaq bəzi insanlar Allahın onlara verdiyi nemətlərin əsl sahibinin özləri olduğunu zənn edərək qəflətə qapılırlar. Əllərindəki bu imkanlar səbəbiylə Rəbbimiz qarşısındakı acizliklərini unudub qürurlanan rəftar göstərirlər. Halbuki bütün bunları insana verən Allah, dilədiyi anda geri almağa güc çatdırandır. Bu səbəblə insanın sahib olduğu hər neməti, hər birinin Allahın lütfü olduğunu bilərək və Rəbbimizə şükür edərək istifadə etməlidir. Allah insanların bu həqiqəti anlaya bilmələri üçün Quranda belə nümunə vermişdir:
Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona:
“Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”
Quranda bəhsi keçən bu iki adamdan mal baxımından daha güclü olanı, sahib olduğu mülk və sərvəti ona verənin Allah olduğunu unutmuş və bunları özünün zənn edərək öyünməyə başlamışdır. Allahın məhsuldar etməsiylə yemişlərini verən bağını, xurmalıqlarını və əkinlərini sonsuza qədər heç yox olmayacağını, heç bir zaman zərərə uğramayacağını zənn etmişdir. Arasından çay keçən və məhsuldar görünüşü olan bu bağın qorunmuş, heç pozulmayacaq kimi gözəl və ehtişamlı olduğu düşünmək olar. Amma bütün varlıqların Allaha boyun əymiş olduğunu unutmamaq lazımdır. Kainatdakı hər şey kimi bağ da Allahın idarəsindədir; hər bir tumurcuq ancaq Allahın icazəsiylə açır, hər bir budaq Allah əmriylə cücərir. Allah dilədiyi üçün axar çay xurmaların köklərini bəsləyir, Allah əmr verdiyi üçün bağ canlı və məhsuldar olur; hamısı Allahın yalnız “Ol” deməsi ilə quruyub yox ola bilər.
Quranda sahib olduğu nemətləri ona verənin Allah olduğunu unudan insana, bağına girdiyində Allahın gücünü və qüdrətini tərifləyib ucaltması və “maşaAllah, Allahdan başqa qüvvət yoxdur” deməsi lazım olduğunun xatırladıldığı bildirilmişdir: Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 37-44)
Ayələrdən də aydın olduğu kimi, Allah fəlakət göndərərək sahib olduqlarıyla öyünən bu kimsənin həm bağını, həm də məhsullarını yerin dibinə keçirmiş və ona Allahdan başqa qüvvət olmadığını xatırlatmışdır. Sahib olduğu hər şeyi itirdiyində bu bağ sahibi olan adam, Allahdan başqa dost və köməkçi olmadığını anlamış və “Kaş ki, Rəbbimə heç kimi ortaq qoşmasaydım” deyərək Allaha sığınmışdır.
Quranda izah edilən bu hekayədəki dərslərdən biri budur; insanın heç vaxt sahib olduğu şeyləri özündən zənn etməməsi, hər bir nemət və gözəlliklə qarşılaşdığında “maşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək Allahın şanını ucaldan üslubda danışmaları lazımdır.