Dünyəvi dəyərləri ilahlaşdıran insanların özlərinə xas üslubları vardır. Danışıqlarından dünya həyatını, həyatlarının əsl məqsədi halına gətirdikləri açıqca aydın olar. Başqalarında görüb sahib ola bilmədikləri gözəlliklərdən bəzən qibtəylə, bəzən də həsəd dolu üslubla bəhs edərlər. Bəhs olunan kəslərin içlərində yaşadıqları bu təqlidçilik, dünya həyatına və axirətə dair həqiqətlərdən xəbərsiz olmalarından qaynaqlanar. Halbuki Allah Quranda dünya nemətlərinin insanlar üçün bir sınaq olduğunu bildirmişdir:
Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır.
İman etməyən insanlar bu həqiqəti dərk etmədikləri üçün, dünyada özlərindən üstün gördükləri insanlara etina edən, onların qarşısında əzilən üslub istifadə edərlər. Məsələn, zəngin və məşhur birinin geyimindən, avtomobilindən bəhs edərkən üslublarında dərin bir heyranlıq dərhal diqqəti çəkər. “Kaş ki onun qədər zəngin olsaydım”, “kaş ki onun yerində olsaydım”, “avtomobili nə qədər gözəl, kaş ki mənim olsaydı” kimi danışıqlarla bu istəkləri ətrafa bildirirlər. Halbuki, qibtə ilə baxdıqları insanların hamısı, özləri kimi, Allaha qarşı aciz və möhtac olan qullardır. İnsanların sahib olduqları şeylərin hamısı Allaha aiddir. Hər insan, həyatı boyunca Allahın ona verdiyi nemətlərlə sınanır.
İman edənlər, əsl həqiqi və sonsuz olanın axirət həyatı olduğunu bildiklərindən, həyatları boyu axirətdəki əsl həyatı qazanmaq üçün səy göstərərlər. Zənginlik, mal-mülk kimi dünya nemətlərini isə ancaq Allahın razı olacağı şəkildə istifadə etmək, Allahın verdiyi nemətlərə şükür etmək və Allahın şanını ucaltmaq üçün istəyərlər.
Bu gözəl əxlaqlarının bir nəticəsi olaraq, sahib olduqları dünya nemətlərindən hər hansı birini və ya hamısını itirsələr də, bundan ötəri kədər və ya çətinlik yaşamazlar. Bunu Allahın təqdiri olaraq düşünər və Allahdan axirətdə onlara nemətlərin əsl həqiqi olanlarını və daha gözəllərini verməsini istəyərlər. Bundan əlavə Allahın, ruzisi və dünya nemətlərini insanlara müəyyən xeyir və hikmətlə verdiyini bildikləri bütün danışıqlarından aydın olar. Allah bir ayəsində, insanlar arasında ruzisini necə paylaşdırdığını belə bildirir:
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. Onlar isə dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir.
Allahın yaratdığı hikmətləri görüb qavraya bilmədikləri üçün, dünyəvi dəyərlərə, zənginliyə, mala-mülkə ehtirasla bağlı olan insanların şərhləri həmişə dünya həyatına istiqamətli olar. Məsələn, zənginliyinə, şöhrətinə diqqət etdikləri bir insan əslində pis əxlaqlı biri ola bilər. Nə var ki, bəhs edilən kəslər bu insanın pis əxlaqını və axirətdə nə ilə qarşılaşacağını heç vaxt düşünməyib, onun malına-mülkünə heyran olmaqda qorxu görməzlər. İman sahibi müsəlmanlar isə, dünya həyatının həqiqi üzünü görüb əsas Allahın razılığını və axirət həyatını qazanmağa çalışarlar. Bu səbəblə üslubları həmişə bu həqiqətin şüurunda olduqlarını əks etdirən xüsusiyyətdədir. Quranda bu mövzuya nümunə olaraq Qarun adlı zəngin bir adamın sərvətinə qibtə edən kəslər verilmişdir:
Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. ...
Dünya həyatına etina edən, bu səbəblə Qarunun necə bir yanlışlıq içində olduğunu hikmət gözüylə qiymətləndirə bilməyən kəslər, Qarunun zənginliyini gördükdə belə demişlər:
Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər:
“Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.
Müsəlmanlar Qaruna, sahib olduqlarını verənin Rəbbimiz və əsl yurdun da axirət olduğunu xatırlayarkən, müsəlman əxlaqıyla danışmayanlar, Qarunun zənginliyindən təsirlənərək cahil rəftar göstərmişlər. Müsəlmanların bu insanlara etdikləri xatırlatma isə Quranda belə xəbər verilir:
Elm verilmiş kəslər isə dedilər:
“Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.
Quranda, göstərdiyi çirkin əxlaq səbəbiylə Qarunun və evinin yerin dibinə keçirildiyi bildirilir. Bu hadisənin ardından isə, daha əvvəl Qaruna qibtə edənlər, onun Allah qarşısındakı acizliyini görmüş və etdikləri səhvi anlayaraq bu dəfə müsəlman bir üslubla cavab vermişlər:
Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər:
“Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”
Müsəlmanlar, Allahın “Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.” (Tövbə surəsi, 55) ayəsində bildirdiyi kimi, dünya həyatına aid zənginliyə qibtə etmədiklərini; həmişə Allahı və axirət yurdunu düşünən insanlar olduqlarını bütün rəftar və danışıqlarıyla göstərərlər. Möminlərin bu gözəl əxlaqı, axirətdə olduğu kimi dünya həyatında da Allahın lütfü ilə qarşılıq görər. Allah, dünya ehtirasından təmizlənərək, Öz razılığını hədəfləyən kəslərə həm dünyada, həm də axirətdə nemətin ən gözəli ilə cavab verəcəyini bildirir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
Müsəlman kimi danışmağın ən diqqətə çarpan xüsusiyyətlərdən biri də, insanın bütün danışıqlarında Quranda bildirilən “halal haram sərhədlərini” vasvasılıqla qorumağa diqqət göstərməsidir. Quranın “Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ.” (Tövbə surəsi, 112) ayəsiylə insanlara Allahın sərhədlərini qorumaları əmr edilmişdir.
İnsan həyatı boyunca Allahın qadağan etdiklərindən necə çəkinir və əmr etdiklərini yerinə yetirirsə, eyni sərhədləri danışıqlarında da qorumalıdır. Allahın çəkinməsini bildirdiyi bir rəftarı şifahi olaraq da müdafiə edib dəstək olmamalıdır. Allahın bəyəndiyi bir rəftarı da danışıqlarıyla tərifləyib dəstəkləməlidir. Məsələn, iman edən bir kimsə başqalarının haqqını yemənin, tərəzidə hiylə gələrək haqsız mənfəət əldə etmənin, yalan danışmağın, yalandan şahidlik etməyin Allahın bəyənmədiyi və qadağan etdiyi rəftarlar olduğunu bilər. Bu səbəblə heç bir zaman sözləriylə də bu rəftarlara arxa çıxmaz. Haram bir rəftarın doğruluğunu müdafiə edən bir insanın qarşısında səssiz qalaraq onu gizli şəkildə dəstəkləməz. Haqq və doğru olanı söyləməkdən heç bir şəkildə çəkinməz, əksinə Quran əxlaqını başqalarına da izah etməkdən böyük sevinc hissi duyar. Heç bir zaman “fikirlərinə qarşı çıxsam görəsən məndən uzaqlaşarlar?” yaxud “görəsən haqqımda nə fikirləşərlər?” kimi narahatlıqlara qapılaraq susqun qalmaz. Çünki “Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.” (Əraf surəsi, 2) ayəsiylə xatırladıldığı kimi insanlara Quran ilə öyüd vermənin möminlər üzərində əhəmiyyətli bir məsuliyyət olduğunu bilər. Bu səbəblə qarşısındakı insanlara niyə səhv düşündüklərini, doğrunun nə olduğunu Qurandan dəlilləriylə izah edər. Bunların Allahın sevmədiyi, qadağan etdiyi davranışlar olduğunu izah edərək onları da Allahın sərhədlərini qorumağa dəvət edər. Qarşısındakıların öyüd almayacaqlarını anladığında və Qurana müxalif söhbətlər etdiklərini gördüyündə isə Allahın əmrinə uyaraq, bu kəslərin yanlarından ayrılar. Allahın bu əmri Quranda belə bildirilmişdir:
Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.
Bir başqa ayədə isə möminlərin cahil düşüncəli kəslərlə qarşı-qarşıya gəldiklərində şərəfli və təmkinli bir rəftar göstərdikləri və “salam” deyərək keçdikləri bildirilmişdir:
Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə:
Danışarkən şeytanın təsirində olan bir üslubdan çəkinmək və şeytandan Allaha sığınaraq danışmaq Quranda şeytanın qiyamətə qədər insanları Allahın yolundan azdırmağa and içdiyi bildirilir. Şeytan üsyan etdiyi üçün Allah Qatından qovulmuş və lənətlənmişdir. Məqsədi özü kimi, insanları da üsyana sürüməkdir. Bu məqsədinə çata bilməsi üçün Allah şeytana qiyamət gününə qədər möhlət vermiş ancaq onun “həqiqətən iman etmiş kəslər üzərində heç bir təsirinin olmayacağını” bildirmişdir.
Şeytan insanı doğru yoldan azdırmaq üçün ona müxtəlif qorxu və vəsvəsələr verməyə çalışar. Ancaq “Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər.” (Əraf surəsi, 201) ayəsiylə bildirildiyi kimi, ürəkdən Allah ilə birlikdə olan adam bunlardan təsirlənməz. Şeytandan belə vəsvəsə toxunduğunu hissi etdiyində mömin dərhal Allaha sığınar və bunun şeytanın aldatmacasından başqa bir şey olmadığını anlayar.
İmanı zəif olan insanlar isə şeytanın hiylələrinə asanlıqla aldanarlar. Halbuki Allah “...Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (Nisa surəsi, 76) ayəsiylə şeytanın hiyləsinin nə qədər zəif olduğunu bildirmişdir. Ancaq könüldən iman etməyən kəslər şeytanın aldatmacalarını həqiqət sanarlar.
Allahın varlığından və Quran əxlaqından tamamilə qafil olan insanlar isə demək olar ki, bütün həyatları boyunca şeytanın əmriylə hərəkət edərlər. Onun istədiyi kimi düşünər, onun istədiyi kimi davranar və onun istədiyi kimi danışarlar. Aldıqları bütün qərarlara, söylədikləri hər sözə şeytanın azğın məntiqi hakimdir. Şeytanın məqsədi, ona uyan bu insanları istifadə edərək digərlərini də ümumi əxlaq pozuqluğuna sürümək, ürəklərinə öz çirkin əxlaqını yerləşdirməkdir. Onların ağzını öz ağızı kimi istifadə edərək bu yolla digər insanlara təlqinlərini çatdırmağı hədəfləyər.
Allahdan qafil olaraq edilən danışmaların xüsusi şeytanı üslubu vardır. Bəziləri sanki şeytanın elçiliyini edər kimi, yanlarındakı insanları Allahdan və Quran əxlaqından uzaqlaşıb cəhənnəm əxlaqını yaşamağa çağıran üslubdan istifadə edərlər. Bu üslub bəzən gözəl və cəlbedici olar; məqsəd şeytanı və pis olan bir şeyi insanlara məqbul və məntiqli göstərə bilməkdir. İnsan bu danışıqlarında, sözlərini həmişə cahil məntiqlərlə dəstəkləməyə çalışar. Danışıqlarıyla ətrafındakılara qədəri, axirəti, hesab gününü, Allahın əzabını unutdurmağa cəhd göstərər. İnsanları dünya həyatına aldanmağa çağıran hiyləgər bir üslub istifadə edər. Qarşı tərəfin vicdanını susdurub rahatlaşdıra bilməsi üçün saxta və hiyləgər məntiqlər qarşıya qoyar. Allaha iman və Quran əxlaqının yaşanması mövzusunda insanların ürəklərinə gizlicə vəsvəsə və şübhə salmağa çalışar. İstifadə etdiyi üsullar çox hiyləgərdir; çox vaxt səhv bir rəftarı insanların beyninə şüur altı yavaş-yavaş işləyib onları bu fikirə alışdıraraq təsir etməyi hədəfləyər. Bu səbəblə şeytanın elçiliyini edən və onun təsiri altında danışan adam ümumiyyətlə şeytanı rəftarı açıq şəkildə müdafiə etməz. Bunu qarşı tərəfə hiss etdirmədən və onu aldadaraq etməyə səy göstərər. Bilavasitə və hiyləli yollardan yaxınlaşar; gizlidən gizliyə də bu mövzuda qarşı tərəfə şüur altı şübhə salmağa çalışar. Quranda şeytanın istifadə etdiyi fərqli üsullar və taktikalar belə bildirilmişdir:
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara malqaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.
Ayələrdə bildirildiyi kimi, şeytanın əsl məqsədi insanları Allah yolundan uzaqlaşdırmaqdır. Şeytana uyub onun istəklərinə uyğun hərəkət edən adam da onunla eyni taktikaları istifadə edər. İnsanların, hadisələri Quran rəhbərliyində qiymətləndirmələrini maneə törətməyi məqsəd qoyar. Hadisələrin xeyirli və gözəl istiqamətlərini anlamaq və izah etmək yerinə, mənfi tərəflərini vurğulayaraq onlara qədəri və hər şeyə xeyir gözüylə baxmağı unutdurmağa çalışar. İnsanları pessimizmə, ümidsizliyə və bədbəxtliyə sürümək üçün məşğul olar. Sözgəlişi ani bir qəza və ya ölüm xəbəri ilə qarşılaşıldığında insanları dərhal üsyankar, qafil bir üsluba çəkməyə səy göstərər.
Həyatı və ölümü Allahın yaratdığını bilən insan isə, belə xəbər qarşısında çox təvəkküllü və Allaha qarşı könüldən təslim olmuş tərzdə danışar; “Allahın təqdiri ən xeyirlisidir” deyər.
Bunun kimi ölümcül xəstəliyə tutulduğunu öyrənən imandan uzaq insan, şeytanın təsiriylə ümidsiz və narahat üslub istifadə edə bilər. Şeytan təsiri altına aldığı kəsləri istifadə edərək insanların şüur altına hiyləgər şəkildə kədərlənmənin və təvəkkülsüzlüyün məqbul olduğu düşüncəsini yerləşdirməyi hədəfləyər. Halbuki müsəlman kimi danışan bir insan ən çətin anında belə Allaha qarşı çox ümidvar üslub istifadə edər. Başına gələn xəstəlik nə qədər ciddi olursa olsun, hər şeyin Allahın idarəsiylə inkişaf etdiyini, Allahın gücünün sonsuz olduğunu bilmənin verdiyi təvəkküllü və təslimiyyətli üslubla danışar. İman edənlərin bu ümid dolu üslubu ətraflarındakı insanları da təvəkküllü davranmağa və ümidvar üslubla danışmağa yönəldər.
Allaha iman edən insanlar, şərtlər hər nə olursa olsun, şeytanın təsiriylə edilən danışığı bilər, başqasında gördüklərində rahatlıqla araşdırar və belə bir şeyə əsla yanaşmazlar. Şeytanın elçiliyini etmənin axirətdəki qarşılığının şeytan kimi məyus olacağını dərk edərlər. Bu səbəblə şeytanın bu tələsinə düşməz; dərhal Allaha sığınar və Qurana uyğun şəkildə danışaraq şeytanın səylərini təsirsiz hala gətirərlər.