Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Doğru danışmaq

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Möminlərin, danışıqlarına hakim olan xüsusiyyətlərdən biri də, hansı şərtlər altında olurlarsa olsunlar, doğru söz söyləmələridir. Quranda sırf insanlardan çəkindiyi üçün doğrunu söyləməkdən imtina etməsinin səhv rəftar olduğu bildirilmişdir. Bu səbəblə möminlər həmişə vicdanlarının səsini dinləyərək danışarlar. Həmişə ən gözəl, ən könül alıcı sözü söyləyərlər, amma yenə də bir insanı qırmamaq, hirsləndirməmək yaxud könlünü almaq adına doğru danışmaqdan imtina etməzlər. Özlərinin yaxud dostlarının əleyhinə bir vəziyyət meydana gətirən narahatlığa görə həqiqətləri gizləməzlər. Özləri və ya yaxınları adına çıxar əldə etmək üçün yalan danışmazlar. Çünki Allah “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” (Əhzab surəsi, 70) və “…yalan söz söyləməkdən də çəkinin!” (Həcc surəsi, 30) ayələriylə insanlara doğru danışmalarını əmr edir. Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə isə yalan danışığa tez-tez rast gəlinər. Bəzi insanlar yalan danışmağın zərərsiz davranış olduğuna inanarlar. Bəziləri bəzi yalanların qanuni bəzilərinin də səhv olduğunu müdafiə edər. İnsanları maddi və ya mənəvi mənada böyük itkilərə uğratmayacaq kiçik yalanların həyatda vacib olduğunu düşünərlər. “Yalan danışıram, amma kimsəyə zərərim toxunmur” yaxud “yalan danışaraq insanlara yaxşılıq edirəm” kimi məntiqlər qarşıya qoyaraq vicdanlarını rahatlaşdırmağa çalışarlar. Bu inancları istiqamətində gün boyunca çoxlu yalan danışar və bunların yalandan sayılmayacağını iddia edərlər. Məsələn, telefonla nəyisə soruşan birinə “çox məşğulam halhazırda səninlə maraqlana bilməyəcəyəm” deyərlər, amma əslində həmin anda heç bir işləri yoxdur. Və ya iş yerindəki bir faylı itirər, amma onlara soruşanda “bilmirəm” deyərlər yaxud bir başqasının adını verərək günahı o adama yükləyərlər. Müdirləri ilə qarşılaşdıqlarında tam tərsini düşündükləri halda “fikirləriniz çox məqsədə uyğun olar” və ya “bu işi çox yaxşı etdiniz” kimi sözlər söyləyərlər, amma əslində ikiüzlüdürlər. Borc istəyən bir yoldaşlarına “indi çox çətin vəziyyətdəyəm, pulum yoxdur” deyə cavab verərlər, amma əslində kifayət qədər pulları vardır. Bir yaxınları onlar kömək istədiyində bəhanə tapar və “çox xəstəyəm gələ bilməyəcəyəm” deyərlər, amma əslində xəstə deyildirlər. Bu nümunələri səhifələrlə çoxaltmaq mümkündür. Çünki bu əxlaqı yaşayan insanlar yalanı həyat şəkli halına gətirmişlər.

Möminlər isə Allahın hər an hər yerdə onları gördüyünü, hər söylədikləri sözü eşitdiyini və hesab günündə söylədikləri sözlərdən onlara hesaba çəkəcəyini bilərək danışarlar. Allahdan qorxduqları üçün yalan danışmaqdan, bir kəlimə yalan işlətməkdən, bilə-bilə doğru məlumatı gizləməkdən, böhtan atmaqdan, dedi-qodu etməkdən və hər cür pis sözdən çəkinərlər. Allahın razı olmayacağını düşündükləri söz söyləməkdən Allaha sığınar, həmişə hər yerdə dürüst üslubla danışarlar.

“Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” (Ənam surəsi, 21) ayəsiylə bildirildiyi kimi, yalan danışaraq böhtan atmanın axirətdə insana zərər verəcəyini dərk edirlər. Peyğəmbərlərin də yaşadıqları cəmiyyətlərdə doğru sözlü olmalarıyla tanındıq ları, ətraflarındakı insanların onlara xitab şəkillərindən aydın olur. Quranda, atılan böhtan səbəbiylə haqsız yerə zindanda olan Yusif Peyğəmbəri görməyə gələn bir adamın ona “…Yusuf, ey doğru (sözlü insan)...” (Yusuf surəsi, 46) şəklində xitab etdiyi bildirilir. Möminlərin doğru sözlü olmaları bir çox mövzuda ortaya çıxar; heç bir zaman yalan yerə and içməzlər. Allah bir ayəsində “Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!” (Münafiqun surəsi, 2) sözləriylə inananlara bu cür əxlaq göstərməkdən çəkinmələrini xatırladır. Halbuki and içmək Quran əxlaqından uzaq olan insanların bir-birlərini yalan yerə razı salmaq üçün və doğru söylədiklərinə inandıra bilmək üçün ən çox istifadə etdikləri üsullardan biridir. Bu kəslər bir-birlərinin Allahdan qorxmadıqlarını açıq şəkildə gördükləri və andlarını insanları aldatma vasitəsi olaraq istifadə etdiklərini bildikləri halda yenə də bir-birlərinin sözlərinə etimad edərlər.

Başqa ayələrdə isə Allah yenə doğru danışmaqla əlaqədar olaraq, “Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.” (Saff surəsi, 2-3) sözləriylə insanın etməyəcəyi şeyi söyləməsinin doğru davranış olmadığını xatırlatmışdır. Bu səbəblə möminlər etməyəcəkləri şeyləri söyləməkdən çəkinərlər. Bunun Allah Qatında onlara böyük məsuliyyət yükləyəcəyinin fərqindədirlər. Quran əxlaqından uzaq yaşayan insanlar arasında isə bu çox edilən davranışdır. Bu kimi insanlar bəzən haqsız mənfəət əldə edə bilmək, bəzən ətrafındakıları istədikləri kimi istiqamətləndirə bilmək, bəzən də öz zəif yönlərini örtə bilmək məqsədiylə bu yolu seçirlər. Möminlər isə bir mövzuda söz verdikləri zaman sözlərini pozmazlar. Sözlərində durmadıqları təqdirdə yalnız qarşılarındakı insanlara deyil, eyni zamanda Allaha qarşı səhv etmiş olacaqlarını bilərlər. Allah qorxuları səbəbiylə ən çətin şərtlər altında belə verdikləri sözlərə sadiq qalmağa çalışarlar. Quranda inananların bu xüsusiyyətlərinə “O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.” (Rad surəsi, 20) ayəsiylə diqqət çəkilir.

Möminlərin doğru sözlü olmalarını göstərən başqa xüsusiyyətləri isə həmişə ədalətli şahidlik etmələridir. Quranda möminlərin bu xüsusiyyəti belə ifadə edilir:

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.

Furqan surəsi, 72

O kəslər ki, şahidliklərində mətindirlər.

Məaric surəsi, 33

“Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Nisa surəsi, 135) ayəsiylə iman edənlərə ədalətli şahidlər olaraq haqqa dəstək olmalarını əmr etdiyini bilərlər.

Peyğəmbərimizin bu mövzuda iman edənlərə olan “Xalqdan qorxub haqqı söyləməkdən çəkinməyin, bildiyiniz və gördüyünüz haqqı söyləyin.” şəklindəki tövsiyəsini bilərək heç bir zaman günahkar yaxud yanlış adamları qorumaz, hər vaxt dürüst olarlar. Təsdiq etmədikləri insanlar haqqında belə həmişə tərəfsiz olaraq doğru söz söyləyər, bu kəslər haqqında da ən ədalətli şəkildə şahidlik edərlər. “Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə surəsi, 8) ayəsiylə bildirildiyi kimi, Allahdan qorxub çəkinərlər.

Möminlərin bu doğru sözlü olmaları onların insanları həqiqi olana çağırmalarıyla da ortaya çıxar. Quran əxlaqını mənimsəməmiş olan insanlar isə, haqqında heç bir etibarlı dəlilə sahib olmadıqları halda danışıqlarıyla bir-birlərini Allahın və axirətin varlığından şübhəyə salaraq azdırmağa çalışarlar. Quranda bu insanların heç bir məlumata əsaslanmadan etdikləri bu danışıqlara belə diqqət çəkilir:

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir.

Həcc surəsi, 3

Bu kəslər bir-birlərini dünya həyatına qapılmağa, Allahdan qorxub çəkinməməyə, cahiliyyə əxlaqını yaşamağa təşviq edər və axirəti unutdurmağa çalışarlar. Bunun ən sıx rast gəlinən nümunələrindən biri, insanların, bir-birlərini doğru olmadığını bildikləri davranışlara təşviq edərkən qarşıya qoyduqları “günahını mən yüklənərəm” məntiqidir. Bu məntiqi istifadə edərək sözgəlişi fırıldaqçılıqla, oğurluqla pul qazanmağı ümid edən bir kimsə yoldaşını özünə kömək etməyə razı sala bilər. Halbuki Allah “…Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.” (Zumər surəsi, 7) ayəsiylə bunun Allah Qatında qəti olaraq mümkün olmadığını açıqlayır. Bu səbəbdən bu məntiqlə insanlara yaxınlaşan kəslər yalan danışırlar.

İnanan bir kimsə isə, ətrafındakı insanları həmişə doğru olana çağırar. Allahın gücünü, axirətin qəti bir həqiqət olduğunu və hesab gününün yaxınlığını xatırladar və onları Allahdan qorxub çəkinməyə çağırar. Quranda elçilərin də, göndərildikləri birliklərdə həmişə doğru sözlü olmalarıyla, dürüst və etibarlı üslubla danışıqlarıyla tanındıqlarına diqqət çəkilir. Onların bu dürüstlüklərinə və doğru sözlü olmalarına baxmayaraq izah etdikləri həqiqətlərə inanmayıb üz çevirən kəslər isə, axirətdə həqiqətin özü ilə şəxsən qarşılaşdıqlarında peşmanlıqla “demək ki, elçilər doğru deyirlərmiş” deyərək bu həqiqəti ağızlarıyla təsdiq edəcəklər:

Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər:

“Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.

Yasin surəsi, 51-52