Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Lağ edici üslubla danışmamaq

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Dünyanın harasına gedirsinizsə gedin, kimlə danışırsınızsa danışın “sizinlə lağ edilməsini istəyirsiniz?” deyə soruşsanız, böyük ehtimalla bütün insanlardan “əlbəttə ki, xeyr” cavabını alarsınız. Onlarla lağ edilməsindən heç bir şəkildə xoşlamayan bu insanlar, başqası olduğunda lağ etməyi əhəmiyyətli əyləncə vəsiləsi olaraq görərlər. Bu üslubun bəzi insanlar arasında geniş şəkildə qəbul olması isə insanları aldadar və lağ etmənin məqbul görmələrinə səbəb olar. Bu rəftarın pis niyyət ehtiva etmədiyini, üstəlik qarşı tərəfin də, bundan zövq aldığını qarşıya qoyarlar. Eyni vəziyyət öz başlarına gəldiyində isə, şikayət edərlər. Onlarla lağ edildiyində insanların qəsdən, onları hirsləndirmək və hörmətdən salmaq məqsədiylə bu üslubu istifadə etdiklərini söyləyərək, bu kəslərə qarşı qəzəblənərlər. Amma insanlar arasında üstünlük təmin etmənin bir yolu olaraq gördüklərindən fürsət tapdıqları anda bu rəftar pozuqluğunu başqalarına tətbiq etməkdə qorxu görməzlər. Bir adamın nöqsanlarını ortaya çıxardıqlarında, acizlikləriylə yaxud qüsurlarıyla lağ etdiklərində öz üstünlüklərini daha yaxşı vurğulaya bildiklərinə inanarlar. Belə insanlar vicdanlarının səsini tamamilə susdurduqları üçün zaman keçdikcə daha da, insaniyyətdən kənar və laqeyd xarakterə sahib olarlar. Rəftarlarıyla, danışıqlarıyla, həyat tərziylə lağ etdikləri kimi, doğuşdan gələn fiziki xüsusiyyətlərlə və ya tamamilə insani acizliklərlə də, lağ etməyi primitiv zövq halına gətirərlər. Kiminsə boyunun qısalığı, saçının olmaması, şivəsi, kilosu, mədəniyyət səviyyəsi, geyim tərzi, peşəsi, iş yeri, yaşadığı səmt, evinin əşyaları, avtomobilinin modeli onlar üçün lağ etmə mövzusu ola bilər. Asqıran, dili dolaşan, boğazına bir şey ilişən, ayağı ilişib yıxılan insanlar belə lağ edilər. Lağ edən xarakterə sahib insanlar bu mövzuları gündəmə gətirib başqalarını hörmətdən salmaqla, öz müvəffəqiyyətlərini, gözəlliklərini yaxud zənginliklərini ön plana çıxarmış olduqlarını düşünürlər. Lağlağı zarafatlarını günlərlə, aylarla hətta bəzən illərlə izah edərək gündəmdə tutmağa çalışarlar.

Digər tərəfdən, məsxərəyə qoyulan bəzi kəslərin səhvi də, buna qarşılıq özləri də lağ etməklə cavab verirlər. Cahiliyyə cəmiyyətlərində yaşanan bu qarşılıqlı qürur savaşı içində məsxərəyə qoyma üslubu hərtərəfli yayılar. Halbuki lağ etmək Allahın insanlara çəkinməsini bildirdiyi davranışdır:

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.

Hucurat surəsi, 11

Möminlər Allahın bu əmrini bilərək başqasına qarşı heç bir şəkildə məsxərəyə qoyacaq üslub istifadə etməzlər; onlara belə üslubla yaxınlaşanlara qarşı da, təvazökar davranar və onlara Quran əxlaqıyla cavab verərlər. Çünki əsl üstünlüyün Quran əxlaqını ən gözəl şəkildə yaşamaqla qazanılacağını bilərlər. Nəfsin təlqinlərinə uyaraq cahiliyyə əxlaqıyla davrananlara eyni əxlaqla cavab vermək asan seçimdir. Məqbul olan nəfsin təlqinlərinə əhəmiyyət verməyib vicdanın səsini dinləyə bilməkdir. Müsəlmanlar da vicdanlarıyla danışan insanlardır.

Bir insanın asqırmaq, öskürmək, yıxılmaq kimi tamamilə insani acizliklərini məsxərəyə qoymanın və ya doğuşdan fiziki qüsurlarını dilə gətirmənin, xoşlamadığı ləqəblərlə xitab etmənin əyləncəli heç bir tərəfi yoxdur. Bu fikirlə hərəkət edən möminlər insanları təhqir edici, hörmətdən salan heç bir söz və ya zarafatdan zövq almazlar. Özləri bu əxlaqa heç bir şəkildə tənəzzül etmədikləri kimi, olduqları mühitlərdə də insanların bir başqasına məsxərəyə qoymasına icazə verməzlər. Acizlikləri yaradanın Allah olduğunu və diləsə məsxərəyə qoyan adama da eyni acizlikləri verməyə güc çatdıra biləcəyini bilərək hərəkət edərlər. Necə ki, Allah bu həqiqəti bir ayəsində belə bildirir:

Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey hər tərəfdən bürüdü.

Ənam surəsi, 10