Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Allah hər varlığa bir qədər (tale) təqdir etmişdir. Bir insanın həyatı boyunca yaşayacağı hər hadisə, görəcəyi hər insan, görəcəyi hər iş, hətta söyləyəcəyi hər söz Allah Qatında, daha o insan doğulmadan əvvəl təyin olunmuşdur. Ayrıca Allah zamandan münəzzəh olduğu üçün, canlı-cansız bütün varlıqların həyatı Allah Qatında yaşanmış və bitmişdir. Ancaq zamana asılı olan insan, olub bitmiş bu hadisələri zaman keçdikcə görə bilir. Bu gün 40 yaşında olan bir insanın keçmiş 40 ili necə yaşanmış və bitmişsə, bu adamın 70 yaşına qədər yaşayacağını fərz etsək önündəki 30 ili də əslində Allah Qatında tək bir an içində yaşanmışdır. Amma insan, bu yaşanmış və bitmiş hadisələri ancaq önündəki 30 illik zaman içində görə biləcək.

Qısacası, “gələcək” deyə təsvir etdiyimiz və hələ reallaşmamış hadisələr silsiləsi, əslində Allahın əzəli və əbədi elmində başlamış və bitmişdir. Allah Qatında yaşanmış və bitmiş olan bu hadisələrin hamısı isə o insanın qədərini meydana gətirər. Hər insanın bir qədəri vardır və bu qədərinin kənarına heç vaxt çıxa bilməz. İnsan keçmişini necə dəyişdirə bilmirsə gələcəyini də dəyişdirə bilməz. Çünki hər ikisi də Allahın Qatında yaşanmış, görülmüş, şahid olunmuş hadisələrdir. Ancaq bəzi insanlar, gələcəyə aid məlumatlara sahib olmadıqları üçün gələcəklərinin öz əllərində olduğunu zənn edərlər. Bu səbəblə də, qədərə inanmaz və ya qədərlərini dəyişdirə biləcəklərini sanarlar. Halbuki insanın bütün həyatı çəkilmiş və bitmiş bir film kaseti kimidir. İnsan kaseti seyr etdikcə olanları görər; filmin səhnələrini dəyişdirmə və ya filmə müdaxilə etmə imkanı yoxdur, eyni şəkildə qədər daxilində reallaşan hadisələrə müdaxiləsi də mümkün deyil.

Allahın hər insanı bir qədər ilə yaratdığı və insanların qədərləri xaricindəki hadisəyə heç vaxt qarşılaşmayacaqları Quranda belə bildirilir:

Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.

Qamər surəsi, 49

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.

Hədid surəsi, 22-23

Ayələrdə bildirildiyi kimi, yalnız insanlar deyil, bütün əşyalar və bütün canlılar, yəni hər şey bir qədər ilə yaradılmışdır. Evinizdəki taxta masanızdan ayağınızdakı ayaqqabıya, bağçanızdakı gül cücərtisindən şkafınızdakı geyimlərə, dostlarınızdan pişiyinizə qədər hər varlığın Allah Qatında təyin olunmuş bir qədəri vardır. Hələ nə siz, nə də sizə aid şeylər yaradılmadan əvvəl, masanın da, ayaqqabının da, gül cücərtisinin də, dostlarınızın da gələcəkdə hansı mərhələlərdən keçəcəkləri, nələrlə qarşılaşacaqları müəyyəndir. Məsələn taxta masanızın düzəldiyi ağacın toxumunu kimin əkəcəyi, o ağacın neçə il içərisində və hansı şərtlər altında inkişaf edib böyüyəcəyi, niyə, necə və kim tərəfindən kəsilib hansı taxta fabrikinə aparılacağı, hansı ölçülərdə kəsilib, bu ağacdan hansı keyfiyyətdə və hansı şəkildə bir masa hazırlanacağı, sizin bu masanı almağa necə qərar verəcəyiniz, onu harada tapacağınız, nə qədər evinizdə saxlayacağınız, evinizin hansı küncünə qoyacağınız, üzərində hansı yeməkləri yeyib, kimlərlə nələr danışıb, hansı yazıları yazacağınız Allah Qatında əzəldən bəri məlumdur. Çünki bütün bunları hələ siz doğulmadan əvvəl təyin edən və tək bir an içində yaradaraq bilən Allahdır. Siz isə bunları ancaq yaşadıqca, illər keçdikcə və sırası gəldikcə öyrənə bilərsiniz.

Əgər bir insan tale həqiqətindən xəbərdar deyilsə və ya bu həqiqəti tam olaraq qavraya bilməmişsə, əvvəldən təyin olunmuş olan qədəri yaşadığını düşünmədən hərəkət edə bilər, hadisələrin axışına özünü buraxa bilər. Məsələn, evi üçün yemək masası almağa getdiyində bir çox mağaza gəzər, hər mağazada dəfələrlə fikir dəyişdirər, düşünər, yanındakından fikir alar, müzakirə edər. Nəticədə, öz seçimi ilə masanı almaqda qərar verdiyini zənn edər. Halbuki, o insan hələ almağa çıxmadan əvvəl, hansı masanı alacağı qədərində müəyyəndir; bu səbəbdən qədərində müəyyən olan masanı axtarar, tapar və alar. Aradakı fikir almağı, etdiyi müzakirə, söhbət və qərarsızlığı da yenə o insanın qədərində Allah əvvəldən təyin etmişdir.

Bu səbəbə görə bir insanın, başına gələn hər hansı hadisədən ötəri çətinlik, peşmanlıq, kədər və ya qorxu keçirməsi, “kaş ki belə etsəydim”, “kaş ki oraya getməsəydim” kimi sözlər sərf etməsi, gələcəyi üçün narahatlıq keçirməsi çox yersizdir. Çünki bu insan onsuz da yaşanmış bitmiş həyatı izləyir və o peşman olduğu və kədərləndiyi hadisələrin hamısı onun qədərindədir. Məsələn, əlinə çoxlu qab alaraq bunları daşıyarkən hamısını yerə düşürən insan “kaş ki hamısını əlimə almasaydım, o zaman bunlar olmayacaqdı” deyərək kədərlənər. Halbuki onun bilmədiyi və ya unutduğu həqiqət budur: O an, o dəqiqə, o qabların hər birinin harada və necə qırılacağı hələ o qablar emal edilmədən, hətta onları qıracaq olan insan hələ yaradılmadan əvvəl müəyyəndir. İnsan başına gələn bu cür hadisələrdən ötəri ancaq dərs almalı, bunlar üzərində düşünərək, hikmətlərini anlamağa çalışmalıdır. Ancaq bu kimi hadisələrdə kədərlənməsi çox yersizdir, çünki başına gələcəklərə mane olmağa gücü yoxdur. Bir ayədə heç bir insanın Allahın dilədiklərini mane olma gücünün olmadığı belə bildirilir:

Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.

Yunus surəsi, 107

Qədərə təslim olan insan, Allahın yaratdığı hər şeydə, ilk baxışda əleyhinə belə görünsə, xeyir və gözəllik olduğunu bilər. Allahın bu hadisədə yaratdığı xeyir və hikmətləri görüb şükür edər. İlk anda bunları qavraya bilməsə belə mütləq Allaha təvəkkül edər; bu xeyir və hikmətləri özünə göstərməsi üçün Allaha dua edər. Əgər yenə də xeyirləri görə bilməsə, bunları axirətdə görüb anlamağı ümid edər. Allahın sonsuz ədalət sahibi, şəfqətli və mərhəmətli olduğuna qəti olaraq inanmanın hüzurunu və rahatlığını yaşayar. Belə bir insanın danışıqlarından təslimiyyəti və təvəkkülü açıq şəkildə aydın olar. Bir an belə olsa yaşadığı hadisələr haqqında “niyə yaxud nə üçün belə oldu?” kimi suallar verməz. Allahın, inananlar üçün hər şeyi ən gözəl və ən qüsursuz şəkildə yaratdığını, pis görünən hadisənin əslində bir çox yöndən xeyir gətirə biləcəyini bilərək danışar. Allah, Quranda “...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” (Bəqərə surəsi, 216) ayəsiylə bu vəziyyəti insanlara xatırladır. Bu səbəbdən, əksik kimi görünən bir hadisə ilə qarşılaşıldığında səmimi bir müsəlman, Allahın hər şeyi xeyir ilə yaratdığını və hər şeyin xeyirlərə vəsilə olacağını düşünər. Danışıqlarına da bu düşüncəsi hakimdir. Heç bir zaman cahil insanların “Əfsus, kaş ki, təəssüf ki, belə bir şeyi necə etdim?” kimi şikayət edən, təvəkkülsüz və ümidsiz üslubunu xatırladacaq ifadələr istifadə etməz. Qədəri və iman edənlər üçün hər şeyin xeyir olaraq yaradıldığını bilən üslub müsəlmanın bütün həyatına hakimdir. Heç bir şeyi, heç kimi və heç bir hadisəni bu inancının kənarında tutmaz. Müsbət hadisələrin qədərdə olduğunu düşünüb, şər kimi görünən hadisələrdə qədəri unudan söhbətlər etmənin qafil üslub olduğunu bilər. Səhvi edən özü də olsa, başqası da olsa “niyə etdin”, “oraya getməsəydin bunlar olmazdı” kimi sözlər söyləməz. Tam tərsinə Quranda, “… başınıza gələn fəlakət də Allahın iznilə oldu…” (Ali-İmran surəsi, 166) ayəsiylə xəbər verilən həqiqəti anlamış insanın üslubuyla danışar. Əvvəldən tədbir almamasından da, yaranan səhvin meydana gəlməsinin də həmişə onun qədərində olduğunu bilər.

Qədər mütləq olması lazım olduğu kimi, yəni Allahın dilədiyi şəkildə inkişaf edər. Bu səbəblə “belə olsaydı, bu cür olardı” kimi səhv məntiqlər qarşıya qoyaraq hüznə yaxud peşmanlığa qapılmaq yersizdir. Yaşanan nə isə ən xeyirlisi odur. Bu səbəblə müsəlman insanın üslubunda heç bir zaman əsəbilik, hirs, gərginlik, şikayət, ağlamaq, çaxnaşma, qorxu ya da çətinlik olmaz.

İman edən insan ən çətin kimi görünən hadisələrdə belə, dərhal o hadisənin gözəl istiqamətlərini, xeyirlərə vəsilə ola biləcək nəticələrini kəşf etməyə çalışar və bunu səmimi üslubla dilə gətirər. Bu müsəlman kimi rəftar ətrafındakılara da təsir edərək çaxnaşma və narahatlıq kimi mühiti aradan qaldırar.

Allah Quranda möminlərə, “De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”” (Tövbə surəsi, 51) ayəsiylə çətinliklər qarşısında necə üslubları olması lazım olduğunu bildirir. Yenə bir başqa ayədə isə “O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər.” (Bəqərə surəsi, 156) buyurularaq, möminlərin qədərin və hər hadisənin xeyirlə yaradıldığının şüurunda olan, təslim olmuş üslub istifadə etdiklərinə diqqət çəkilir. Allahın bu həqiqəti qavrayan kəslərə verəcəyi qarşılıq isə ayədə “Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Bəqərə surəsi, 157) şəklində ifadə edilər. Bunu da xatırlatmaq lazımdır ki, iman edən insanın qədəri və hər şeydə xeyir olduğunu xatırladarkən istifadə etdiyi üslub, Quran əxlaqından uzaq olan insanların istifadə etdiyi “təsəlli”, “ortalığı yatışdıran” və ya “əzbərdən edilən” danışıqlardan çox fərqlidir. Bənzər hadisələrlə qarşılaşdıqlarında Quran əxlaqını mənimsəməmiş kimi insanlar da “vardır bir xeyir” kimi sözlər sərf edərlər. Ancaq arada böyük fərq vardır: Müsəlman bu sözü ürəkdən gələn, səmimi, candan və qərarlı üslubla söyləyər. Cahilliyə əxlaqındakı insan isə, diliylə bu həqiqəti hər nə qədər dilə gətirsə də, ürəkdən buna heç cür qənaət gətirə bilmədiyini rəftarlarındakı təvəkkülsüzlüklə ortaya qoyar. Allaha təvəkkül edərək danışmaq Cahilliyə inanclarını daşıyan insanlar çətinliyə düşdüklərində, köməyə ehtiyac duyduqlarında yaxud bir şeyi əldə etmək istədiklərində həll yolunu dünya həyatında güc sahibi olduğunu düşündükləri mərkəzlərdə axtararlar. Bəziləri nüfuz sahibi yoldaşdostlarından, bəziləri mal, etibar və ya söz sahibi insanlardan mədət umarlar. Bütün bu insanların Allahın idarəsiylə hərəkət edən aciz varlıqlar olduqlarını unudarlar. Bu səbəblə onların gözlərinə girməyə çalışarlar.

Halbuki bir insana fayda və ya zərərli olan bir şey isabət edəcəksə, bunu reallaşdıra biləcək tək güc Allahdır. Müsəlmanlar bu həqiqətin fərqindədirlər. Bu səbəbdən hər vaxt köməyi və dəstəyi Allahdan gözləyən və yalnız Onun razılığını qazanmağa çalışan üslubdan istifadə edərlər. Ehtiyac, çətinlik içində də olsalar bütün bunları aradan qaldıracaq və özlərinə kömək çatdıracaq olanın yalnız Allah olduğunu bilərlər.

Necə ki, Quranda möminlərin bir çətinlik yaxud sıxıntı ilə qarşılaşdıqlarında, “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Ali İmran surəsi, 160) deyərək bir-birlərinə yalnız Allaha yönəlib Ona təvəkkül etməyi xatırladan söhbətlər etdiklərindən bəhs edilir.

Bundan əlavə möminlər “…Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər…” (Həcc surəsi, 40) ayəsinin hökmünə görə Allahın həmişə möminlərin yanında olduğunu, Allahın icazəsi olmadan heç kimin və heç bir şeyin onlara zərər verə bilməyəcəyini bilərək danışarlar. Ən çətin, ən kritik və ən həyati risk daşıyan anlarda belə, mütləq bu yaşadıqlarında xeyir olduğunu düşünər və “…Mən Ona təvəkkül etdim. Təvəkkül edənlər də yalnız Ona təvəkkül etməlidirlər.” (Yusif surəsi, 67) ayəsiylə bildirildiyi kimi, ətrafındakılara da bu həqiqəti xatırladarlar.

Heç vaxt qorxu, çaxnaşma yaxud ümidsizliyə qapılmış insanın üslubunu istifadə etməzlər; sakit və etidallı üslub içərisində olarlar. Allahdan ümid kəsmənin, imanı qavramamış insanlara xas bir xüsusiyyət olduğunu bilərlər. Hər hadisənin Allahın diləməsiylə və Allahın təyin etdiyi hikmətlə reallaşacağını bildikləri üçün çətinliklər qarşısında narahatlığa və qorxuya qapılmazlar. Səmimi olduqları müddətcə, Allahın onlara ən xeyirli və ən gözəl olanı verəcəyini dərk edib danışarlar.

Musa Peyğəmbər hekayəsində olduğu kimi, möminlərin bütün danışıqlarından Allahdan başqa heç bir şeydən qorxmadıqlarını və yalnız Ona təvəkkül etdiklərini anlamaq mümkündür. Bir Quran ayəsində möminlərin, “sizə qarşı insanlar toplandılar, artıq onlardan qorxun” şəklində təhdid olunduqlarında, “Allah bizə yetər, O nə gözəl vəkildir” deyərək Allaha olan etibarlarını ifadə etdikləri xəbər verir:

Bəzi adamlar onlara:

“Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər.

Ali İmran surəsi, 173