Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Arxadan danışmamaq, dedi-qodu etməmək

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Cahiliyyə əxlaqına sahib bəzi insanlar, ətrafındakı kəslərdə gördükləri qüsurları, eyibləri onların üzlərinə söyləməkdənsə arxalarından danışarlar. Bu kəslərin insanları daha yaxşıya yönəltmək, nöqsanlı yönlərini düzəltmək məqsədləri yoxdur. Bəzən sırf vaxt keçirmək, bəzən xoşlanmadıqları insanlar haqqında mənfi fikirlər söyləmək, bəzən bir insanı hörmətdən salıb lağ etmək, bəzən də başqalarını tənqid edərək özlərini ucaltmaq kimi sadə məqsədlər uğuruna dedi-qoduya dalarlar. Bu rəftar pozuqluğu bəzi insanlar arasında elə məşhurdur ki, bu kəslər dedi-qodu edərək əylənməyi hətta həyatlarını dediqodu üzərindən qazanmağı adi bir həyat şəkli halına gətirmişlər. İndiki vaxtda, dünyanın bir çox ölkəsində sırf dedi-qodu məqsədi güdən çox qəzet və jurnal nəşr olunur, müxtəlif televiziya proqramları hazırlanır. Bu cür nəşrlər, dedi-qodu olaraq adlandırılan rəftar pozuqluğunu çox məqbul göstərməyə və qanuni hala salmağa çalışır.

Halbuki bu insanlar ziddiyyət içindədirlər. Çünki başqalarını “arxasınca danışmaq”dan, onların dedi-qodusunu etməkdən zövq alan bu insanlar, eyni vəziyyətlə qarşılaşdıqlarında bunun nə qədər pis davranış olduğunu deyirlər. Amma hər şeyə baxmayaraq özləri zərər görmədikləri müddətcə dedi-qodudan imtina etməzlər. Bir neçə dəqiqə əvvəl haqqında mənfi danışdıqları bir insanla üz-üzə gəldiklərində sanki heç bir şey olmamış kimi süni üslubla saxta dostluqlarını davam etdirərlər. Üstəlik bu vəziyyət zəncirləmə olaraq davam edər; bir yerə gələn iki adam üçüncü adamın qeybətin edər, sonra bu kəslərdən biri üçüncü adamla digərini və sonra da digər iki adam bir yerə gələrək digərinin dedi-qodusunu edərlər. Kimsə bir-birinə dedi-qodunun səhv olduğunu xatırlatmaz; hətta bir-birlərinə verdikləri təlqinlər, dedi-qodudan zərər gəlməyəcəyi, bunun həyata rəng qatdığı, aralarında əyləncə vəsiləsi olduğunu düşünür. Halbuki Allah Quran ilə bu rəftarın yanlış olduğunu insanlara bildirmişdir; Allah bir ayədə insanların bir-birlərini qeybətini etməmələrini, “insanın ölü qardaşının ətini yeməsi” qədər çirkin rəftar olduğunu belə ifadə etmişdir:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.

Hucurat surəsi, 12

Başqa ayələrdə də Allah, insanların əyləncə vəsiləsi olduğunu qarşıya qoyaraq məqbul göstərməyə çalışdıqları bu rəftarın axirətdəki qarşılığını belə açıqlayır:

Hər bir qeybət edənin, tənə vuranın vay halına!

Hüməzə surəsi, 1

Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.

Hüməzə surəsi, 4- 9

Quran əxlaqından uzaq həyat sürən insanların bu üslubuna möminlərin arasında rast gəlinməz. Möminlər Allahın hər yerdə, hər danışılanı eşitdiyini bilərək Onun çəkinməsini bildirdiyi bir söz danışmaqdan çəkinərlər. Dedi-qodunun, səhv olduğu qədər boş söhbət olduğunu da bilərlər. Çünki insanın arxasından deyilən söz nə o şəxsə fayda verər, nə də adamın özünə. Bəlkə bu şəkildə adamın əksik olduğu yönlərini diaqnoz edilər ancaq bunlardan xəbəri olmadığı üçün o adamın rəftarında hər hansı dəyişiklik edə bilməsi mümkün olmayacaq. Özünə izah edilmədiyi, təsvir edilmədiyi müddətcə öz-özünə təsbit edə bilmədiyi bu nöqsanları düzəltmə imkanı tapa bilməyəcək. Bu səbəblə möminlər birbirləri haqqındakı müsbət və ya mənfi bütün düşüncələrini heç vaxt çəkinmədən birbirlərinə deyərlər. Əsl dostluq və səmimiyyətin bunu tələb etdiyini, sevdikləri insanın səhvlərini ən gözəl üslubla üzünə demənin pislik deyil, yaxşılıq etmək olduğunu bilərlər. Məqsədləri bir-birlərini daha yaxşı, daha gözəl və daha qüsursuz bir əxlaqa yönəldə bilməkdir.

Bu, Allahın Quranda insanlara bildirdiyi “yaxşılığı əmr edib pislikdən çəkindirmək” əmrinin də vacibiyyətdir.

Zənnə qapılmamaq və böhtan atmamaq

Möminlərin diqqət göstərdikləri başqa əhəmiyyətli mövzu da, bilmədikləri bir şey haqqında zənn və təxminə əsaslanan danışıqlardan çəkinməkdir. Allah bir ayəsində “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.” (İsra surəsi, 36) sözləriylə bu vəziyyətin Allah Qatında insana yükləyəcəyi məsuliyyəti xatırladır. Bir başqa ayəsində isə Allah yer üzündəki insanların böyük əksəriyyətinin “zənn və təxmin ilə yalan danışdıqlarını” bildirir və möminləri bu mövzuda xəbərdar edir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.

Ənam surəsi, 116

Bəzi insanlar zənn və təxminlə danışmağı önəmli vərdişə çevirmişlər. Bu elə qəbul edilmiş üslubdur ki, insanlar bəzən zənlərini həqiqətmiş kimi qəbul edib həyatlarını bu istiqamətdə davam etdirirlər. Sözgəlişi, qısa müddətdə zəngin olan dostu haqqında heç düşünmədən pis zənnə qapıla bilərlər; “Kim bilir bu pulu hansı yoldan qazandı”, “Maaşı ilə bu sərvəti əldə edə bilməyəcəyi çox açıqdır” kimi təxminlərə əsaslanan sözlər söyləyərək bu adam haqqında rahatlıqla hökm verə bilərlər. Halbuki bəlkə də, mövzunun əsli daha fərqlidir. Bəlkə ona qalan miras, bəlkə işlərinin yolunda getməsi bu adamı zəngin etmiş ola bilər. İnsan heç vaxt marağını cəlb edən, ağılına yatmayan yaxud da, ağlını qarışdıran vəziyyət qarşısında hər hansı məlumat və ya dəlilə əsaslanmadan təxmin etməməlidir. Çünki belə əsassız təxmin doğrunu ortaya çıxarmada insana heç bir fayda verməz. Allah bir ayəsində “... Zənn isə heç vaxt həqiqət ola bilməz!” (Nəcm surəsi, 28) sözləriylə zənn və təxminin insanı həqiqətlərdən yana nəticə əldə edə bilməyəcəyini xatırladır. Möminlər Quranda xatırladılan bu həqiqəti bilərək danışarlar. Qarışıq vəziyyətlə qarşılaşdıqlarında məlumat və ya dəlilə əsaslanmadan insanlar haqqında hər hansı zənnə qapılmazlar. Mütləq ya o adamdan soruşaraq ya da həqiqi araşdırma edərək mövzu haqqında qəti məlumat əldə edər və ancaq əldə etdikləri bu məlumatlara əsaslanaraq nəticəyə gələr.

Bu mövzuda Quranda verilən nümunələrdən birində Peyğəmbərimiz-in həyat yoldaşı haqqında heç bir məlumatları olmadığı halda zənnə qapılan kəslərdən bəhs edilir. Allah möminlərə hər hansı birinin bir mömin haqqında zənnə qapıldığını eşitdiklərində “Bu, açıq-aydın uydurulmuş böhtandır” ya da “Bu mövzuda söz söyləmək bizə yaraşmaz. (Allahım) Sən ucasan; bu, böyük böhtandır” deyərək ətrafındakı insanlara da zənn etməkdən çəkinməyi xatırlatmalarını bildirir:

Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub:

“Bu, açıq-aydın bir böhtandır!” – demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman:

“Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!” – demədiniz? Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.

Nur surəsi, 11-18

Bəzi insanlar zənnə qapılaraq danışmağı əhəmiyyətsiz və zərərsiz kimi görürlər; ancaq Allah ayələriylə bu rəftarın Öz Qatında “çox böyük bir günah” olduğunu xatırladır. Bu mövzuda yenə Quranda keçən başqa nümunə isə Məryəmin vəziyyətiylə əlaqəlidir. Quranda bildirildiyinə görə, özünə heç bir bəşər toxunmadan Allahın yalnız “Ol” deməsiylə İsa Peyğəmbərə hamilə qalan Məryəm, qövmünün zənnə qapılaraq atdıqları böhtanlarına məruz qalmışdır:

Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər:

“Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”.

Məryəm surəsi, 27-28

Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə.

Nisa surəsi, 156

Halbuki Məryəm Quranda, “Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.” (Ali-İmran surəsi, 42) ayəsiylə də bildirildiyi kimi, Allahın aləmlərə üstün etdiyi və Allaha könüldən bağlı olduğu bildirilən qadındır.

Allah, qövmünün ona atdığı bu böhtanın əsassızlığını “Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona paltarının yaxasından Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.” (Təhrim surəsi, 12) ayəsiylə açıqlamışdır. Və iffəti ilə Məryəmi iman edənlərə nümunə etdiyini bildirmişdir.