Müsəlman kimi danışmaq: Pisliyə yönəldən söhbətlərdən çəkinmək
Mündəricat
- Giriş
- Müsəlman kimi Danışmağın Əhəmiyyəti
- Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
- Allahı çox zikr etmək
- Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
- Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
- Allahı tərifləyib ucaldaraq danışmaq
- Allaha qarşı acizliyini bilən üslubla danışmaq
- Danışıqlarda Quranı rəhbər etmək
- Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
- Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
- İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
- Hikmətli danışmaq
- Səmimi üslubla danışmaq
- Doğru danışmaq
- Ağıllı və məntiqli danışmaq
- Müjdəli və sevinc verici söhbətlər etmək
- Şövq və həyəcan yaradan üslubla danışmaq
- Sözün ən gözəlini söyləmək
- Nəfsin istəklərindən danışmamaq
- Təvazökar tərzdə danışmaq
- Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
- Müşavirə etmək
- “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
- Ana-ataya gözəl söz söyləmək
- Arxadan danışmamaq, dedi-qodu etməmək
- Lağ edici üslubla danışmamaq
- Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
- Boş və faydasız söhbətlər etməmək
- Söz kəsməmək və etidallı səslə danışmaq
- Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
- Münafiqanə üslubdan çəkinmək
- Pisliyə yönəldən söhbətlərdən çəkinmək
- Ağız əyməmək
- Gizli söhbətlər etməmək
- Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
- Nəticə

Möminlər söylədikləri hər sözün Qurana uyğun və rəhmani üslubda olmasına cəhd göstərərlər. Digər möminlərə fayda verəcək, onları Allaha yaxınlaşdıracaq, şövqləndirəcək, hüzur və güvən verəcək, fərahlandıracaq, sevindirəcək mövzuları gündəmə gətirməyə çalışarlar. Onların hüzurunu, sevincini qaçıracaq, ağıllarını lazımsız yerə məşğul edəcək, ürəklərinə vəsvəsə və ya narahatlıq verəcək mövzuları isə danışmamağa diqqət göstərərlər. Münafiq xarakterli kəslərin danışıqlarında isə bu üsluba tez-tez rast gəlinər. Danışıqlarıyla bir-birlərini Quran əxlaqına müxalif ola biləcək, harama təşviq edən, dünyanı sevdirən, qaranlıq işlərə təşviq edən bir xəttə çəkməyə çalışarlar. Allaha yaxınlaşmağa, Qurana və elçilərin yoluna uymağa, gözəl əxlaqı yaşamağa, qədəri, axirəti daha yaxşı anlamağa təşviq edər tərzdə danışmazlar. Tam tərsinə qaranlıq gördükləri hər mövzuya daxil olmağa çalışarlar. Quran əxlaqında heç bir şəkildə yeri olmayan mövzularda bu kəslərin həmişə şövqlü üslub istifadə etdikləri görülər. Allahın qadağan etdiyi bu tərz davranışların möminlər arasında yayılmasına çalışan üslub istifadə edərlər. Möminlər isə, Allahın açıq-aşkar ayələrlə haram olduğunu bildirdiyi mövzularda, özlərinə münafiqanə üslubla yaxınlaşılmasından mənfi istiqamətdə təsirlənməzlər. Belə üsluba qarşı həmişə gözü açıqdırlar. Münafiqlərsə onların nə qədər qəti iman ilə Allaha bağlandıqlarını və Quran əxlaqını nə qədər dürüst və səmimi şəkildə yaşadıqlarını qavraya bilmədikləri üçün bu səylərini davam etdirərlər. Möminlərə qarşı fikirləri, qarşıya qoyduqları məntiqləri həmişə Quran əxlaqından uzaq, inkarçıların qaranlıq ruhunu əks etdirər xüsusiyyətdədir. Bu üslubu tanıyan möminlərsə daha bu adam sözünə başlar başlamaz, şeytani məntiq irəli sürəcəyini bilərək, onu təmkinli şəkildə dinləyər və Quran əxlaqını yaşamağa çağırarlar.