Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Müjdəli və sevinc verici söhbətlər etmək

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Yuxarıdakı ayədə Allah möminlərə bir-birləriylə müjdələmələrini xatırladır. İman edənlərin sevinclərinin qaynağı, Allahın, onları “böyük qurtuluşa” çatdıracaq olan doğru yola çatdırmış olmasıdır. Möminlər mallarını və canlarını Allahın razılığını və cənnətini qazana biləcəkləri xeyirli davranışlar etməyə həsr etmişlər. Bu, bir insanın dünya həyatında edə biləcəyi ən ağıllı və ən gözəl qarşılığı olan alverdir və məhz iman edənlər bu xeyirli davranışlarından ötəri müjdə verərlər.

Möminlər imanlarından qaynaqlanan bu sevinci həyatlarının hər mərhələsində və hər anında yaşayarlar. Çünki Allah iman edənlərin dostudur; inananlara hər zaman kömək edəcəyini və bütün işlərini onların lehinə nəticələndirəcəyini, xeyirlərə vəsilə edəcəyini müjdələmiş, axirətdə də onlara cənnətini vəd etmişdir. Allahın əsla vədindən dönməyəcəyini bilən möminlər dünya həyatında yaşadıqları bütün hadisələri bu formada qiymətləndirərlər. Bu səbəblə yaşadıqları hər hadisənin onların lehinə olduğundan əmindirlər. Qarşılaşdıqları çətinliklərin asanlıqlarını və müjdəli yönlərini görər, bu hadisələri izah edərkən daim xeyirə yozan, müjdə və sevinc verən tərzdə danışarlar. İçlərində Allaha əsaslanan güvənin hüzuru və etibarı vardır. Çətinliklərə və yaşadıqları sıxıntılara gözəl səbir göstərmənin mükafatını alarlar. Bu səbrin axirətdəki gözəl qarşılığını düşünüb müjdə vermənin sevincini yaşayarlar. Bu səbəbdən hər hadisə möminlər üçün bir müjdə halına gələr. Çünki qarşılaşdıqları hər hadisəni Allah yaradır və Allah möminlərin dostu və vəlisidir. Allahdan gələn hər nə olursa olsun mütləq gözəl və müjdəlidir. Necə ki, Quranda möminlərin ölüm kimi bir hadisə ilə qarşılaşdıqlarında belə bundan “gözəllik” olaraq bəhs etdiklərinə diqqət çəkilir:

De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz?...”

Tövbə surəsi, 52

Möminlər ölümü müjdəli bir hadisə olaraq qarşılayarlar çünki ölüm, həyatını səmimi olaraq Allaha həsr edərək keçirmiş insan üçün son deyil, yeni başlanğıcdır. Allah axirətdə insanı yeni və ən gözəl surətdə yaradacaq və ona dünya həyatı ilə müqayisə edilməyəcək mükəmməllikdə və müxtəliflikdə nemətlər verəcək. Dünya həyatını təslimiyyətlə Allahın razı olacağı şəkildə yaşamanın nəticəsində Allah qullarına hər şeyin ən çoxunu və ən mükəmməlini vəd edir. Bu səbəblə möminin sevinci və müjdələnməsi şərtsizdir. Hər nə çətinliklə qarşılaşırsa qarşılaşsın üslubu daim Allaha qarşı şükür edicidir. Ancaq bunu da əlavə etmək lazımdır ki, möminlərin hadisələrin xeyirli və müjdəli istiqamətlərini görmələri, təsəlli mahiyyətində deyil. Yaşadıqları hadisələrdəki gözəllikləri görə bilmələrindən əlavə qarşılaşdıqları çətinliklərin öhdəsindən gələ bilmək üçün çox ağıllı davranarlar.

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə isə ən sevinc verici hadisələrdə belə insanların bir-birlərinə qarşı müjdəli üslub istifadə etdiklərinə rast gəlmək çətindir. Bəziləri hər hadisədə mənfi tərəfini tapmağı, pessimist və məmnuniyyətsiz üslubla danışmağı demək olar ki, adət halına gətirmişlər. Heç bir şeydən xoşbəxt olmaz, həmişə deyinəcək, şikayətlənəcək istiqamətlər axtararlar. Xəbərçilik etməyi, insanları narahatlığa sürüyəcək xəbərlər verməyi vərdiş halına gətirmişlər. Həm öz ruh halları çox qaranlıq və darıxdırıcıdır, həm də bir-birlərini həmişə mənfi düşünməyə yönəldər və narahat edərlər. “Müjdəli bir üslubla danışmaqdan çəkinmək”, möminlərin arasında özlərinə yer almağa çalışan münafiq xarakterli kəsləri ifşa edən ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Münafiqlər möminləri sevindirəcək müjdəli xəbər verməkdən, hadisələri xeyirə yozan sevincli üslubdan istifadə etməkdən şiddətlə çəkinərlər. Onların lehinə olan müjdəli xəbərləri eşitmək belə istəməzlər. Belə xəbər verildiyində reaksiya verməyərək və ya mənfi açıqlama edərək möminlərin şövqünü qırmağa, sevinclərini qaçırmağa çalışarlar. Ancaq heç bir zaman bu səylərindən nəticə ala bilməzlər. Əksinə münafiq xarakterli bu insanların əsl üzlərini görərək onlardan çəkinmək, iman edənlər üçün rəhmətə çevrilən başqa müjdəli xəbər olar.

Sevinc və müjdə dolu xəbərlər vermək, hər hadisəni bu şüurla şərh etmək, nəfsin ya da şeytanın əksinə istiqamətdəki qışqırtmalarına qarşılıq iman edənləri həmişə canlı və şən tutar. Bu üslubları münafiqləri və inanmayanları hirsləndirər; çünki möminlərə zərər vermə cəhdləri boşa çıxmış olar. Özləri ən sadə mövzuda belə çarəsizliyə və ümidsizliyə qapılarkən onların mənfi kimi görünən hadisələrdən heç bir şəkildə təsirlənməmələrini həsəd ilə izləyərlər. İman edənlərin bu əxlaqlarının qaynağının iman olduğunu anlaya bilmədikləri üçün onların bu gücləri heç ağıllarına gəlməz.

Müjdəli və sevinc dolu danışıqlar, asanlıqla ruhdan düşən zəif imanlı kəslərin də güc tapmasına, doğrunu görmələrinə, imanlarının möhkəmlənməsinə vəsilə ola bilər. Ürəkdən Allahdan hər an məmnun və razı olduqlarını sevinc və müjdəli üslublarıyla ortaya qoyan möminlər qətiyyətli olmalarıyla Allahın razılığını və məmnuniyyətini qazanmağı ümid edərlər. Quranda Allahın iman edənlərə vəd etdiyi bu qarşılıq belə bildirilir:

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.

Tövbə surəsi, 100