Müsəlman kimi danışmaq: Şövq və həyəcan yaradan üslubla danışmaq
Mündəricat
- Giriş
- Müsəlman kimi Danışmağın Əhəmiyyəti
- Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
- Allahı çox zikr etmək
- Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
- Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
- Allahı tərifləyib ucaldaraq danışmaq
- Allaha qarşı acizliyini bilən üslubla danışmaq
- Danışıqlarda Quranı rəhbər etmək
- Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
- Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
- İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
- Hikmətli danışmaq
- Səmimi üslubla danışmaq
- Doğru danışmaq
- Ağıllı və məntiqli danışmaq
- Müjdəli və sevinc verici söhbətlər etmək
- Şövq və həyəcan yaradan üslubla danışmaq
- Sözün ən gözəlini söyləmək
- Nəfsin istəklərindən danışmamaq
- Təvazökar tərzdə danışmaq
- Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
- Müşavirə etmək
- “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
- Ana-ataya gözəl söz söyləmək
- Arxadan danışmamaq, dedi-qodu etməmək
- Lağ edici üslubla danışmamaq
- Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
- Boş və faydasız söhbətlər etməmək
- Söz kəsməmək və etidallı səslə danışmaq
- Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
- Münafiqanə üslubdan çəkinmək
- Pisliyə yönəldən söhbətlərdən çəkinmək
- Ağız əyməmək
- Gizli söhbətlər etməmək
- Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
- Nəticə

Möminin üzərindəki məsuliyyətlərdən biri də danışıqlarıyla bütün inananların şövqünə, coşğusuna və həyəcanına həmişə dəstək olmaqdır. Səmimi mömin öz içində bu coşğu və şövqü hər an yaşayar, ancaq şeytanın, möminləri ruhdan salmağa, şövqlərini və əzmlərini qırmağa çalışacağını da bilər. Bu səbəblə şeytanın oyunlarına qarşı bir-birlərini dəstəkləyər və bu istiqamətdə bir-birlərini təşviq edərək şeytanın vəsvəsələrini təsirsiz hala gətirərlər.
Bundan əlavə, şeytanın hər hansı vəsvəsəsi olmasa belə, müsəlmanlar heç bir zaman yaşadıqları şövq və həyəcanı kafi görməzlər; bu həyəcanı həmişə daha da artıraraq həm özlərini, həm də bir-birlərini daha da gücləndirməyə cəhd göstərərlər. Quranda “möminləri hazırlayıb təşviq et” (Nisa surəsi, 84) sözləriylə xatırladıldığı kimi, axirətdə ən gözəl qarşılığı ala bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərməyə, bir-birlərini şövqlə və coşğuyla Allahın razılığını qazana biləcəkləri saleh davranışlar göstərməyə təşviq edərlər. Allah bir başqa ayəsində də “…Elə isə xeyirlərdə yarışın...” (Bəqərə surəsi, 148) sözləriylə möminlərə bu məqsəd üçün xeyirlərdə yarışa girmələrini bildirmişdir. Dünya həyatında Allahın insanlar üçün təqdir etdiyi ömür müddəti çox qısadır. Bundan əlavə insan hansı gün hansı saat ölümlə qarşılaşacağını bilə bilməz. Bu səbəblə ağır davranması, Allahın razılığını qazanmaq üçün göstərəcəyi səyi “necə olsa önümdə uzun illər var” deyərək zamana buraxması böyük səhv olar. Tam tərsinə “bəlkə də az sonra ölüm ilə qarşılaşa bilərəm” deyərək hər an çox coşğulu, şövqlü və çalışqan bir rəftar sərgiləməlidir. Möminlərin bu mövzuda bir-birlərinə verəcəkləri dəstək də çox əhəmiyyətlidir. Quranda xəbər verilən, “(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün səy göstərib-yarışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!.” (Hədid surəsi, 21) ayənin hökmü, bir-birlərinə həmişə ölümün, axirətin və hesab gününün yaxınlığını, əsas məqbul olanın “yarışıb önə keçənlərdən” olmaq olduğunu xatırladarlar.

Quranın “Boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa-davam et.” (İnşirah surəsi, 7) ayəsiylə bildirildiyi kimi, bir-birlərini Allahın razılığını qazana biləcəkləri xeyirli işlər görməyə, işlərini bitirdiklərində yenə dərhal bir başqa faydalı işə yönəlməyə təşviq edərlər. Hər nə çətinliklə qarşılaşsalar, Allahın həmişə iman edənlərin yanında olduğunu və onlara qəti olaraq kömək edəcəyini xatırladarlar. Ən çətin şərtlərdə belə şövqlərinə dəstək olmalarını; Allah üçün gözəl səbirlə səbir etmənin, Quran əxlaqını şövq və qətiyyətlə yaşamanın axirətdə çox üstün qarşılığı olacağını izah edərlər. Quranın “Üzülməyin, kədərlənməyin; əgər (həqiqətən) iman etmişsinizsə ən üstün olan sizlərsiniz.” (Ali-İmran surəsi, 139) ayəsini bilərək, imanlarının onlara hər an doğru yolu göstərəcəyini və müvəffəqiyyətə çatacaqlarını vurğulayarlar. Dünya həyatında Allahın razılığını qazanmaq üçün şövqlə, həyəcanla səy göstərənlərə Allahın axirətdə vəd etdiklərini xatırladaraq bir-birlərini daha da şövqləndirərlər.