Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Allahı çox zikr etmək

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Quranda, “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.” (Ənkəbut surəsi, 45) ayəsiylə, Rəbbimizi zikr etmənin ən böyük ibadət olduğu bildirilir. Möminlər bu ibadəti səmimi şəkildə yerinə yetirərlər. Qəlblərindəki dərin Allah sevgisi, təbii olaraq danışıqlarına da əks olunar. Qarşılaşdıqları hər neməti özlərinə verənin Allah olduğunu bilər, gördükləri hər gözəllikdə Allahı düşünüb Ona şükür edərlər. Başlarına gələn hər hadisənin xüsusi hikmət üzərinə yaradıldığını dərk etdikləri üçün, hər çətinliklə birlikdə yenə Allahı zikr edib Ona təvəkkül edərlər. Bu səbəbdən həyatlarının hər anında, yaşadıqları hər hadisədə Allahı düşünüb, Rəbbimizin adını xatırlayarlar. Müsəlmanların Allaha olan bağlılıqları o qədər qüvvətlidir ki, hər nə işlə məşğul olsalar Allahı zikr etməkdən uzaqlaşmazlar. Quranda, “O kəslər ki, nə ticarət, nə də alışveriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar”. (Nur surəsi, 37) ayəsiylə möminlərin Allahı zikr etməkdə göstərdikləri qərarlılığa diqqət çəkilir.

Möminlərin qərarlı olmaları, “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad surəsi, 28) ayəsiylə bildirilən həqiqəti qavramalarından qaynaqlanır. Dünya həyatında insanların zövq ala biləcəkləri bir çox nemət vardır; ancaq bunların heç biri onlara Allahı zikr etmənin verdiyi əsl hüzur və xoşbəxtliyi verməz. Hər biri, ancaq Allahın zikri ilə birlikdə məna və gözəllik qazanar. Çünki insan bütün bunlardan məmnun ola biləcək əxlaqı, ancaq Allaha təslim olaraq, hər şeyin, Rəbbimizin yaratdığı və Onun idarəsində olan nemətlər olduğunu bilərək əldə edə bilər.

Ayrıca Quranda, Allahı çox xatırlamağın, möminlərə qəti olaraq müvəffəqiyyət və üstünlük təmin edən imani sirlərdən biri olduğuna da diqqət çəkilir:

Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.

Ənfal surəsi, 45

Bu həqiqəti dərk edən möminlər günün hər saatında, hər vəziyyətdə qəlbləri ilə və ya dilləri ilə Allahı xatırlayıb Rəbbimizin şanını ucaldarlar.

Allahı ən gözəl adları ilə xatırlamaq Allah Quranda, “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”...” (İsra surəsi, 110) ayəsiylə ən gözəl adların sahibi olduğunu xatırlatmış və möminlərə Özünü bu adlarla xatırlamalarını bildirmişdir.

İman edənlər həyatları boyunca qarşılaşdıqları hər hadisədə Rəbbimizin üstün təcəllilərini görər və Onu ən gözəl adlarla xatırlayar, şanını tərifləyib ucaldarlar. Məsələn, Rəbbimizin sonsuz ədalət sahibi olduğunu bilər və yaşadıqları hadisələrdə Allahın bu adının təcəllilərini görüb dilə gətirərlər. Ən çətin şərtlərlə qarşılaşdıqlarında belə danışıqlarından, Allahın mütləq ədalətinin şüurunda olduqları hiss edilər. Maddi bir zərərə uğrasalar, amansız bir xəstəliyə tutulsalar yaxud başqaları tərəfindən böyük haqsızlıqlara düçar olsalar belə, bütün bunların sınanmaları üçün yaradılan xüsusi hadisələr olduğunu unutmazlar. Hadisələr hər nə qədər fərqli görünsə də, Allahın sonsuz ədalət sahibi olduğunu, dünyada və axirətdə, hər insanın yaxşılıqdan yaxud pislikdən yana layiq olduğu qarşılığı əksiksiz olaraq verəcəyini bilərlər. Allahın “…onlara xurma çəyirdəyindəki ip qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 49) ayəsiylə xatırlatdığı kimi, insanın zərrə qədər haqsızlığa düçar edilməyəcəyini dərk edərək danışar, Allahın razı olmayacağı söz söyləməkdən qəti olaraq uzaq durarlar. Ətraflarında olan insanlara da həmişə bu həqiqəti xatırladacaq, onları qəflətə düşməkdən, səhv düşünməkdən çəkindirəcək danışıqlar edərlər.

Möminlər Rəbbimizin “Ədl” adı ilə bərabər, Onun “mərhəmətlilərin ən mərhəmətlisi”, “çox əsirgəyən, çox bağışlayan”, “yaxşılığın və şükürün qarşılığını çox verən”, “səmimi duaya ən gözəl şəkildə qarşılıq verən”, “səmimi qullarını qoruyan” olduğunu da bilərlər. İnsana “ruzi verənin”, “sevinc və hüzur verənin”, “güldürən və ağladanın” da yenə ancaq Allah olduğunu bilər, söhbətlərində bu şüuru əks etdirən üslub istifadə edərlər. Danışıqlarından, yaşadıqları hər hadisədə Allahın mütləq müdaxiləsinin, sonsuz ağılının və bənzərsiz sənətinin təcəllilərinin şüurunda olduqları aydın olar.

Hər mövzuda möminlər üçün gözəl nümunə olan peyğəmbərlərimizin danışıqlarında da Rəbbimizi ən gözəl adları ilə xatırlayıb ucaltdıqları görülür. Quranda, Allahdan özünə gələn vəhy qarşısında İsa Peyğəmbərin söylədiyi sözlər, onun bu əxlaqını ortaya qoyur:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara:

“Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!

Maidə surəsi, 116