Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Boş və faydasız söhbətlər etməmək

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Allaha inanmayan insanlar həyatlarını dünya həyatıyla məhdud olduğunu düşündükləri üçün sonsuz həyatlarını yaşayacaqları axirət üçün hazırlıq etməyə də ehtiyac duymazlar. Necə davranacaqlarını, yaşadıqları müddət içərisində xeyir olaraq nələr qazandıqlarını, necə sona doğru irəlilədiklərini düşünməzlər. Halbuki hər davranış, hər söz, hər düşüncə hesab günündə insanın önünə çıxardılmaq üçün saxlanılır. Sərf edilən hər faydalı və hikmətli söz insanı axirətdə qazanclı çıxaracaq, Allahın razılığını, cənnətini və rəhmətini qazanmasına vəsilə olacaq.

Axirəti düşünməyən insanlar vaxtlarını boş sözlərə dalaraq, nə özlərinə, nə də başqalarına fayda verməyəcək danışıqlarla əylənərək keçirərkən, möminlər hər anlarını xeyirli və hikmətli söhbətlərlə keçirərlər.

Axirətdən yana qəflətə düşüb, boş sözlərlə əylənən insanlar üçün Quranda “...Sən: “Allah!” – de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.” (Ənam surəsi, 91) şəklində bildirilir. Möminlərin boş və faydasız sözlərdən uzaq olduqları isə başqa ayədə, “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər.” (Qəsas surəsi, 55) şəklində ifadə edilir.

Möminlər boş və faydasız sözün nə olduğu mövzusunda ölçülərini Qurana görə təyin edərlər. Dünyada keçirdikləri hər anlarının axirət həyatları baxımından çox qiymətli olduğunu bildikləri üçün, yaşadıqları hər an vicdanlarını dinləyərək boş sözə dalmamağa böyük diqqət göstərərlər. Bir ayədə “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.” (Furqan surəsi, 72) sözləriylə möminlərin boş sözlə qarşılaşdıqları zaman ləyaqətlə keçdiklərindən bəhs edilir.