Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Gizli söhbətlər etməmək

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Allah Quranın, “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.” (Nisa surəsi, 114) ayəsiylə gizli söhbətlərin çoxunda xeyir olmadığını xatırladır. Bu ayəyə görə insanlara yaxşılığı əmr etmək, onları barışdırmaq kimi səmimi məqsədlər üçün edilmədiyi müddətcə, gizli söhbətin kimsəyə faydası yoxdur. Şeytan belə mühiti insanları aldatmaq üçün daha uyğun hesab edib, onları Allahdan uzaq üsluba çəkməyə çalışar. Quranın, “Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.” (Mücadilə surəsi, 10) ayəsiylə gizli yığıncaqlarda deyilən sözlərin, şeytanın təsiri altında edilən danışmalar olduğu xatırladılır. Bu səbəblə Allah xəlvət danışacaqları zaman çəkinmələrini bildirərək inananları xəbərdar edir:

Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!

Mücadilə surəsi, 9

Hər insanın bu mövzuda şüurunda olması lazım olan həqiqət isə budur; hər an olduğu kimi gizli danışarkən də insan Allahın hüzurdadır. Gizli sandığı sözü əslində Allahın hüzurunda söyləyir. O anda o, danışmağın edildiyi yerdə bəlkə iki üç adam var. Amma əslində vəziyyətin belə olmadığı bir ayədə belə bildirilir:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.

Mücadilə surəsi, 7

Allah edilən bütün xəlvətcə danışılanları eşidir. Ancaq bu vəziyyəti düşünməyib qəflət ilə qiymətləndirən kəslər, danışıqlarını yalnız insanlardan gizləyə bilmələrinin yetərli olduğunu zənn edərlər.

Quranda gizli danışıqlara meyl göstərən insanlara dair çox nümunə verilmişdir. Bu nümunələrin hamısı ayədə bildirilən gizli danışıqlarda xeyir olmadığını bizlərə göstərir:

Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların:

“Siz ancaq sehrlənmiş bir adama uyursunuz” – dediklərini Biz çox yaxşı bilirik.

İsra surəsi, 47

Qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər:

“Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?” Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”

Ənbiya surəsi, 3-4

Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə:

“Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir.

Mücadilə surəsi, 8

Onlar möminlərlə rastlaşanda:

“Biz iman gətirdik!” – deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?” – deyirlər. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?

Bəqərə surəsi, 76-77

Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.” Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər. Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər.

Taha surəsi, 61-63

Quranda verilən bütün bu nümunələr insanların gizli danışıqlarda xeyir olmadığını anlayıb bundan çəkinmələri üçündür. Bu nümunələrdə də, Quran əxlaqından uzaq və səmimiyyətsiz üslubun hakim olduğu açıqca görülür. Məhz möminlər bu ayələrdən lazım olan ibrəti alan və bundan ötəri də, gizli danışıqlardan çəkinən kəslərdir. Hər harada yaxud hər kimlə olursa olsunlar Qurana uyğun şəkildə danışar, ətrafındakıları Allaha və Peyğəmbərimiz-in yoluna tabe olmağa, Quran əxlaqını yaşamağa çağırarlar. Bunun üçün isə gizli söhbət mühiti meydana gətirmələrinə ehtiyacları yoxdur. İman edənlərin tərsinə, səmimiyyətsiz insanlar üçün gizlilik, səmimiyyətsizliklərini saxlamaq üçün ehtiyac duyduqları vəziyyətdir. Əgər insan zəruri səbəblə özünü belə mühit içərisində görsə belə söhbətdəki qaranlıq yönləri mütləq görməli, bunlara əsla uyğunlaşmamalı və orada olan insanları da rəhmani söhbət içərisinə çəkməyə çalışmalıdır.