Möminlərin şiddətlə çəkindikləri mövzulardan biri də Quranda ifadə edildiyi şəkliylə “ağız əyərək danışmaqdır.” Ağız əyərək danışmağın mənası, son dərəcə açıq və aydın olan Quran ayələrini olduğundan fərqli şəkildə istədikləri kimi məna verməyə çalışmaqdır. Quranın bir ayəsiylə Allah dil əyərək danışmağın, ürəklərində imandan uzaqlaşan münafiqlərə aid bir xüsusiyyət olduğu belə bildirilir:
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər:
“Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
Bu kəslər əslində Quran ayələrini vicdani olaraq çox yaxşı anladıqları halda, öz nəfslərinin istəkləri kimi hərəkət edərək ayələrin mənasını təhrif etməyə çalışarlar. Xüsusilə də öz mənfəətləriylə zidd düşdükləri mövzularda, Qurana uymaq yerinə, dini öz istəklərinə uydurmaq istəyərlər. Bir ayədə münafiqlərin dillərini əyərkən əslində yalan danışdıqlarının şüurunda olduqları belə açıqlanır:
Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar:
“Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.
Münafiqlərin bu üslubu istifadə edərkən etdikləri ən əhəmiyyətli səhvlərdən biri isə izah etdikləriylə möminləri aldada biləcəklərini zənn etmələridir. Ayələri öz batil fikirləriylə şərh edib bunları müsəlmanlara da qəbul etdirə biləcəklərinə inanarlar. Halbuki Allah Quranda insanlar üçün açıq-aşkar ayələr endirmişdir və möminlər də imanlarıyla ayələrdə ifadə edilənləri çox açıq şəkildə anlayarlar. İman edənlər münafiqlərin sözü təhrif edərkən nəyi hədəflədiklərini dərhal fərq edərlər. Bu səbəblə münafiqlərin bu üslublarıyla bir tək bildikləri öz səmimiyyətsizliklərini ələ verməkdir.
Quranda münafiqlərin üslubuna dair çox nümunə verilmişdir. Məhəmməd Peyğəmbər-i müşayiət edən möminləri, inkar edənlərin hücumuna etiraz etməyə dəvət etdiyi zaman, ürəklərində xəstəlik olanlar dərhal dillərini əyərək münafiqanə məntiqlər qarşıya qoymuş, “evimiz açıqda qalıb” və “bu istidə çıxmazlar” kimi bəhanələr qarşıya qoymuşlar. Öz ağılsızlıqlarının şüurunda olmadıqları üçün bu səmimiyyətsiz bəhanələrinin məqbul qarşılanacağını zənn etmişlər. Halbuki şövq və iman sahibi insan üçün nə isti hava, nə də evinin şərtləri Allahın elçisinin dəvətindən daha əhəmiyyətli deyil. Səmimi mömin nə qədər çətin şərtlər altında olursa olsun, heç bir zaman Allahın razılığının olduğu bir işdən qaçmağa və bunun üçün səmimiyyətsiz üslubla dilini əyməyə çalışmaz. Belə üslubun münafiqlərə aid xüsusiyyət olduğunu bilər. Həmişə mütləq Qurana uyğun tərzdə danışar. Möminlər bir mövzuda söz söyləmədən əvvəl, “bu sözümdə hər hansı səmimiyyətsizlik varmı?” yaxud “bu danışmam Quranda izah edilən müsəlman üslubuna uyğundurmu?”, “bu söyləyəcəklərimdə nəfsim adına nə isə varmı?” kimi düşüncələrlə səmimiyyətini nəzərdən keçirərlər. Əgər vicdanlarına uymayan, səmimiyyətsiz gördükləri tək söz belə varsa, bundan dərhal Allaha sığınar və Quran əxlaqına uyğun üslubla danışarlar.