Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Münafiqanə üslubdan çəkinmək

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Quranda özlərini mömin olaraq tanıdan, amma əslində ürəkdən inanmamış kəslər “münafiq” olaraq adlandırılmışdır. İmana dəvət edildikləri halda dünya həyatına bağlı qalmaları və Quran əxlaqının yaşanmadığı həyata maraq göstərmələri münafiqləri səmimiyyətsiz üsluba yönəldər. Çünki üzləriylə möminlərə göstərməyə çalışdıqları arasında dərin fərq vardır.

Münafiqlər Quranı təhrif olunmuş formada yozurlar. Bu təhrif etmə məntiqi danışıqlarına da əks olunar. Quran ayələrini öz istək və ehtiraslarına görə yozarlar, “dillərini əyərək” danışarlar. Ancaq bu üslublarıyla özlərini ələ verərlər. Quranın “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.” (Məhəmməd surəsi, 30) ayəsiylə diqqət çəkilən bu vəziyyət Allahın möminlərə olan köməyidir. Möminlər bu şəkildə aralarında yer almağa çalışan səmimiyyətsiz kəsləri tanıma imkanı tapırlar. Münafiqlər bəzən bu səmimiyyətsiz danışıqlarını bəzəyərək məqbul hala gətirməyə çalışarlar. Amma diqqətlə baxıldığında bu üslubun insanları səmimiyyətsizliyə təşviq edən şeytanı danışma tərzi olduğu görülər:

Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səsküyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!

Münafiqun surəsi, 4

Müsəlmanlar, səmimiyyətsiz insanların üslubunu dərhal yoxlayar və buna bənzər tərzdə danışmaqdan çəkinərlər.

Ancaq bu nöqtədə diqqətlə qiymətləndirilməli mövzu da budur; bir insanın münafiqanə davranış göstərməsi, onun qəti olaraq münafiq olduğunu göstərməz. İnsan həyatının sonuna qədər təhsil prosesindədir. Bu müddətdə çox səhv edə bilər, səhv davranışlar göstərə bilər; bunlar arasında münafiqanə olanlar da ola bilər. Ancaq əhəmiyyətli olan insanın bu səhvini görüb tövbə edə bilməsi və eyni səhvi təkrarlamayacaq əxlaqa sahib ola bilməsidir. İnsanın səmimi peşmanlığı, davranışını Qurana uyğun şəkildə dəyişdirməsi, onun niyyətini dəyişdirib ixlasla hərəkət etdiyini göstərər. Münafiqanə davranışlarda və danışıqlarda israrlı olmaq isə, əlbəttə ki, bu vəziyyətdən çox fərqlidir. Hər kəsin diqqət yetirməsi çox əhəmiyyətli mövzu da budur: İnsan Quranın bütün ayələrindən tək başına məsul olduğunu və bu ayələrdən hər birini düşünmək və tətbiq etməklə məsul olduğunu unutmamalıdır. Daha yaxşıya sahib ola bilmək və Allahın razılığını qazana bilmək üçün özünü heç vaxt kafi görməməlidir. “Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.” (Ələq surəsi, 6-7) ayələrini düşünərək, bu ayələrin mövqeyinə girməkdən çəkinməlidir. Özünü ayələrdə bildirilən səhvlərdən qəti olaraq təmizləmək üçün həmişə səy göstərməli, ehtiyacsız üslubla danışmaqdan çəkinməlidir.

Şübhə yaradan tərzdə danışmamaq

Möminlərin çəkindikləri danışma üslublarından biri də, münafiqlərə xas şübhə dolu və şübhə verən üslub istifadə etməkdir. Münafiqlər Allahın varlığından, axirətdən və Allahın vədlərindən ciddi şübhə içərisində olduqları üçün danışıqları da şübhə və tərəddüd doludur. Quran əxlaqını heç vaxt möminlərin təbliğ etdiyi kimi açıq, qəti və qərarlı üslubla izah edə bilməzlər. Ürəklərindən danışıqlarına əks olunan bu şübhə, onları dinləyənlərin ürəklərinə də şübhə salmağı məqsəd qoyar. Ancaq açıq şüur və qəti bilgiylə iman edən möminlər bu üslubdan təsirlənməzlər. Çünki Allahın sözünün həqiqət olduğundan əmindirlər. Şübhə dolu üslubla danışan biri varsa, bunun tamamilə insanın öz səmimiyyətsizliyindən və əyri düşüncə tərzindən qaynaqlandığını bilərlər. Müsəlmanların üslubunda isə əsla belə şeyə rast gəlinməz; ürəklərində şübhə olmadığı üçün sözləri açıq və dəqiqdir. Buna baxmayaraq iman edənlər dinləyənlərdə səhv anlamağa imkan yaradacaq tərzdə danışmamağa da diqqət göstərərlər. Çünki bəzən arxaarxaya deyilən bir neçə cümlə yaxud ard-arda açılan iki fərqli mövzu yaxşı niyyətlə gündəmə gətirilmiş olsa belə, açıqlama verəcək vəziyyət ala bilər.

Bu üslub istəmədən də olsa dinləyənlərdə tərəddüd meydana gəlməsinə səbəb ola bilər. Məhz müsəlman kimi danışmaq, bütün bunları sözün hara gedə biləcəyini, danışıqlarından hansı mənalar çıxa biləcəyini, o sırada eyni mühitdə olan kəslərin vəziyyətlərini tək-tək düşünərək, tərəddüdə gətirib çıxarmayacaq üslub istifadə etməni tələb edir. Əksinə, münafiqlərin “gizli vəsvəsəçi” xarakterlərinin bir xüsusiyyətidir. Bu səbəblə istəmədən də olsa bu üslubu xatırladacaq danışıqlar etməməyə diqqət göstərmək imanın və ağılın vacibiyyətidir.

Bunun kimi, hər hansı hadisə haqqında “kaş ki, belə olmasaydı”, “itirdik”, “təəssüf oldu” növündən Allahın təqdirinə uyğun olmayan ifadələrlə danışmaq da yenə münafiqə xas üslubdur. Münafiqlərin möminlər arasında “xəbərçilik” edərək onların cəsarətlərini qırmağa çalışdıqları Quranda belə bildirilir:

De: “Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!”

Nas surəsi, 1-6

Allah insanları belə əxlaqa qarşı xəbərdar edir, onlara “xənnas”, yəni “insanların ürəklərinə şübhə və vəsvəsə verən kəslərdən olmaqdan çəkinmələrini bildirir. Münafiqlər, möminlərin arasındakı “xənnas” vəzifəsini boynuna götürmüş kəslərdir; hiyləgər, gizli və pis məqsədli üslub ilə şeytanın elçiliyini edərək insanların ürəklərinə vəsvəsə verməyə çalışarlar. Möminlər isə bu əxlaqı xatırlada biləcək üslubdan şiddətlə uzaq olar, vəsvəsə verən tərzdə danışmaqdan Allaha sığınarlar.

Ağzını yoxlayan hiyləgər üslub istifadə etməmək

Müsəlmanların çəkindikləri başqa mövzu da, danışarkən “ağız yoxlayan, hiyləgər üslub” istifadə etməkdir. Səmimiyyətin və dürüstlüyün müsəlmanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri olduğuna və bu üslubun danışıqlarına da əks olunduğuna əvvəlki hissələrdə toxunmuşduq. Deyilmək istənənləri, eyhamların arxasına gizləmədən birbaşa dilə gətirmək, səmimiyyətin və dürüstlüyün vacibiyyətidir. Bir müsəlmanın danışmasından niyyətinin nə olduğu, sözü hansı məqsəddə söylədiyi və hara çatdırmaq istədiyi asanlıqla aydın ola bilər.

Quran əxlaqını yaşamayan bəzi insanlar isə ümumiyyətlə söyləmək istədiklərini birbaşa söyləməzlər. Bunun səbəbi isə pis niyyətli bəzi hesablar arxasında olmalarıdır. Bir şeyi öyrənmək istədiklərində, bunu açıq şəkildə soruşmaq yerinə dolayı yollardan getməyi seçərlər. Məlumat almaq istədikləri mövzuda, fərq etdirməməyə çalışaraq qarşı tərəfin ağzını yoxlayaraq, hiyləgər taktikalarla danışmaya çalışarlar. Özlərinə görə bu hiylələrinin qarşılarındakı insanlar tərəfindən fərq edilmədiyini zənn edərlər. Halbuki ağız yoxlayan, hiyləgər üslub səmimiyyətsizliyi ilə dərhal özünü müəyyən edər.

Bu rəftar Quran əxlaqına uzaq olanların və münafiqlərin rəftarıdır. Hər şeyə Quran gözüylə baxan müsəlmanlar, onların üslublarındakı şeytanı havanı dərhal anlayar və buna heç bir şəkildə uyğunlaşmazlar.