Müsəlmanlar gün içərisində qarşılaşdıqları hər hadisəyə “hansı rəftarı göstərsəm Allahın razılığını qazana bilərəm?” düşüncəsiylə yaxınlaşarlar. Danışan insanın sözünü kəsmədən nəzakətlə dinləmək, Allahın razılığını qazandıracağı ümid edilən gözəl davranışlardan biridir. Bu davranış, natiqə və söylədiklərinə edilən hörmətin göstəricisidir. Buna qarşı, Quran əxlaqının yaşanmadığı yerlərdə insanların danışana qulaq asmamaları, bir-birlərinin sözünü dinləməmələri, eyni anda mübahisə edərək və özünü təmizə çıxaracaq söhbətləri vərdiş edilmiş davranışlardır. Xüsusilə televiziya proqramlarında bu mübahisələrə tez-tez rast gəlinir. Hər biri öz ixtisasında mütəxəssisləşmiş kəslər belə bəzən nəzakətdən və hörmətdən tamamilə uzaq üslub sərgiləyərlər. Belə kəslər bir-birlərinin izah etdiklərindən istifadə etmək yerinə qürurlu üslubla öz sözlərini deyib qəbul etdirməyə çalışarlar.
Müsəlmanların isə özlərini ön plana çıxarmaq, önə keçib özünü təmizə çıxarmaq, son sözü söyləmək kimi eqoist məqsədləri yoxdur. Bu səbəblə üslubları təmkinlidir. Quran əxlaqından qaynaqlanan nəzakətli qavrayış olaraq hər vaxt bir-birlərinə üstünlük verər, bir-birlərinin izah etdiklərindən ən yaxşı şəkildə istifadə etməyə çalışar və cahil davranışlar göstərməkdən çəkinərlər.
Quran əxlaqından uzaq yaşayan kəslərin diqqətə çarpan başqa xüsusiyyəti isə səs tonlarıdır. Özlərini haqlı göstərmək, qarşı tərəfi qorxutmaq, razı salmaq və ya susdurub özünü təmizə çıxarmaq üçün qışqıra-qışqıra danışarlar. Halbuki müsəlmanların səs tonu təmkinlidir. Allah Quranda bu mövzunu möminlərə, Loğmanın oğluna verdiyi öyüdü xatırlatmışdır:
Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir.