Quran əxlaqından uzaq insanların danışıqlarında diqqət çəkən xüsusiyyətlərdən biri də, həmişə son sözü söyləməyə və haqlı çıxmağa çalışmalarıdır. Qarşı tərəfin nə dediyini anlayıb bunlardan istifadə etməkdənsə, öz fikirlərini dilə gətirməyə və qəbul etdirməyə çalışarlar. Halbuki bilgi səviyyəsi nə olursa olsun, insanın qarşı tərəfdən öyrənəcəyi bir şeylər ola bilər. Qarşı tərəf daha az bilgili olsa belə, həmişə mövzuya fərqli bucaqdan baxa bilməsi, obyektiv qiymətləndirmələr etməsi, faydalı fikirlər verməsi mümkündür. Eşitdiyi hər səsi Allahın yaratdığını bilən insan, dinləsə istifadə edə biləcəyi hikmətlər ola biləcəyini düşünər və bunları təsbit etməyə çalışar. Çox yaxşı bildiyi bir mövzuda belə əksik və ya yanlış düşünə biləcəyinin fərqindədir. Quranın “Hər biləndən üstün bir bilən də vardır!” (Yusif surəsi, 76) hökmü, bir mövzuda nə qədər bilgili olursa olsun, başqasının daha da bilgili ola biləcəyini, daha məqsədəuyğun qərar verə biləcəyini göz önündə saxlayaraq qarşı tərəfin təsbit və təkliflərinə hörmət bəsləyər. Hətta belə vəziyyət yarananda, kimsə bir şey söyləmədən, ağılına, vicdanına və səmimiyyətinə güvəndiyi kəslərə özü məsləhətləşər; onlarla müşavirə edər, yəni fikir alar. İşləri müşavirə etmənin möminlərin əhəmiyyətli xüsusiyyətlərindən biri olduğunu bilər. Ayədə belə buyurulur:
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.
Məhəmməd Peyğəmbər də, “Kim bir işə girişmək istər də, o barədə müsəlman biri ilə müşavirə etsə Allah onu işlərin ən doğrusunda müvəffəq edər.” sözləriylə iman edənlərə bu mövzunun əhəmiyyətini xatırlatmışdır. Bundan başqa möminlərin danışıqlarında iddia etmə üslubunun da yeri yoxdur. Əhəmiyyətli olan öz fikirlərini qarşı tərəfə qəbul etdirmələri deyil, ən doğru olanı tapa bilmələridir. Bu mövzudakı ortaq ölçüləri də, Qurandır. Danışıqlarında özlərinə Quranı rəhbər etdikləri üçün, Qurana əsaslanan hər həll yoluna tabe olarlar. Bir ayədə möminlərin belə xüsusiyyətinə bu sözlərlə diqqət çəkilir:
Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.