Müsəlman kimi danışmaq: Təvazökar tərzdə danışmaq
Mündəricat
- Giriş
- Müsəlman kimi Danışmağın Əhəmiyyəti
- Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
- Allahı çox zikr etmək
- Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
- Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
- Allahı tərifləyib ucaldaraq danışmaq
- Allaha qarşı acizliyini bilən üslubla danışmaq
- Danışıqlarda Quranı rəhbər etmək
- Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
- Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
- İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
- Hikmətli danışmaq
- Səmimi üslubla danışmaq
- Doğru danışmaq
- Ağıllı və məntiqli danışmaq
- Müjdəli və sevinc verici söhbətlər etmək
- Şövq və həyəcan yaradan üslubla danışmaq
- Sözün ən gözəlini söyləmək
- Nəfsin istəklərindən danışmamaq
- Təvazökar tərzdə danışmaq
- Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
- Müşavirə etmək
- “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
- Ana-ataya gözəl söz söyləmək
- Arxadan danışmamaq, dedi-qodu etməmək
- Lağ edici üslubla danışmamaq
- Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
- Boş və faydasız söhbətlər etməmək
- Söz kəsməmək və etidallı səslə danışmaq
- Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
- Münafiqanə üslubdan çəkinmək
- Pisliyə yönəldən söhbətlərdən çəkinmək
- Ağız əyməmək
- Gizli söhbətlər etməmək
- Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
- Nəticə

Möminlərin danışıqlarına təvazökar üslub hakimdir. Quranda möminlərin bu əxlaqına “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər.” (Furqan surəsi, 63) ayəsiylə diqqət çəkilir. İmanlı insanlar bir çox gözəl xüsusiyyətə sahib olsalar da, bütün bunların Allahın onlara bir lütfü olduğunu və dilədiyində geri ala biləcəyini bilmənin təvazökarlığı yaşayarlar.

Allah bu mövzunu möminlərə “Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.” (İsra surəsi, 37) sözləriylə xəbər verir. Həqiqətən də insan Allahın sonsuz gücü yanında çox böyük acizlik içindədir. Allahın elmi hər şeyi əhatə etmişdir; hər şeyin Yaradıcısı və sahibi Odur. Bu səbəblə möminlər, sahibi olmadıqları bir şeyin qüruruna qapılmanın insanı Allah Qatında və axirət günündə nə qədər hörmətdən salacağını bilərək hərəkət edərlər. Ən mükəmməl olduqları mövzularda belə öz nəfslərini qınayaraq, qüsurlarını görərək və acizliklərini bilərək danışarlar. Müsəlmanlar, qarşılarındakı insanlar özlərinin sahib olduqları xüsusiyyətlərdən məhrum olsalar da, heç bir zaman onlara qarşı qürurlu və lovğa üslub göstərməzlər. Çünki Allah, “İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.” (Loğman surəsi, 18) ayəsiylə lovğalanan kəsləri sevmədiyini bildirir.

Müsəlmanlar bir mövzudan bəhs edərkən özlərini müstağni görərək danışmazlar. “Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.” (Ələq surəsi, 6-7) ayələriylə xatırladıldığı kimi, insanın özünü bəyənib qürurlanacağı halda, yaxşı olan xüsusiyyətlərini də itirə biləcəklərini və böyük səhvlər edə biləcəklərini bilərək hərəkət edərlər. Yaxşı bildikləri bir mövzunu dilə gətirərkən qürurlanıb özlərini ön plana çıxarmağa çalışmazlar. Əksinə mütləq nitqi verib danışdıranın, hər şeyin elminin ən yaxşı bilənin yalnız Allah olduğunu dərk edərlər.

Allah bir ayəsində, “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.” (Nisa surəsi, 36) hökmü ilə insanlara qarşı lovğalanmamağı və gözəlliklə davranmağı xatırlatmışdır. Allah, ana ataya, yaxın qohuma, yaxın və ya uzaq qonşuya, yetimə, yoxsula, ehtiyac içində olana təvazökarlıq göstərməyi əmr etmişdir. Yoxsa insanın öz ağlına görə məqbul gördüyü kəslərə təvazökar, kiçik hesab etdiyi insanlara qarşı da qürurlu rəftar göstərməsi Quran əxlaqına uyğun deyil. İnsan bu əxlaqı həyatının hər anında göstərməklə məsuldur. Mömin “qarşı tərəf də qürurludur” deyərək eqoist insana qarşı lovğa üslub istifadə etmənin də doğru olmadığını bilər. Müsəlman kimi danışmaq, hər an hər yerdə deyilən hər sözə Allahın şahid olduğunu bilərək danışmağı tələb edir ki, bu da ancaq Quran əxlaqının yaşanması ilə mümkündür.