Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Səmimi üslubla danışmaq

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

İnsanlar üzərində ən təsirli olan danışıq şəkillərindən biri səmimi danışmaqdır. Çünki hikmətli sözdə olduğu kimi, səmimi danışıqda da birbaşa insanın ürəyinə və vicdanına təsir edən danışmadır. İnsan səmimiyyətdən təsirlənəcək şəkildə yaradılmışdır. Səmimi danışmaq; insanı, inanmadığı, dəstəkləmədiyi və hətta qarşı çıxdığı bir fikrin haqlı istiqamətlərini görməyə və dinlədiklərini obyektiv bir şəkildə qiymətləndirməyə yönəldər. İnsanı səmimi düşünməyə, səmimi qiymətləndirməyə və səmimi danışmağa təşviq edər. Səmimi danışan insanın yanında, süni üslubla bəzəkli danışıqlar edən birinin səmimiyyətsizliyi dərhal aydın olar. Hətta bəzən bu adamın özü belə bu üslubla danışmağın özünü nə qədər hörmətdən saldığını anlayar.

Səmimi danışan insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, danışıqlarına xüsusi bir şəkil vermədən Allaha sığınaraq, səmimi olmağa niyyət edərək danışmasıdır. Səmimi danışmaq, insanın içindəki səmimi duyğularını, danışıqlarına köçürməsidir. İkiüzlü olmaması, inandıqlarını və yaşadıqlarını danışmasıdır. Əgər içində saxladığı bir əksiyi yaxud pis bir xüsusiyyəti varsa bunu dürüstcə söyləməsi də səmimi danışmadır. Səmimi danışan insan özünü olduğu kimi göstərər; pis olduğu halda yaxşı tanıtmağa yaxud yaxşı olduğu halda bunu gizləməyə, ətrafına fərqli bir imic verməyə çalışmaz. Səmimi insan danışdığı kəslərə özünü tanıtmamış olsa belə, istifadə etdiyi səmimi üslub onu ətrafına tanıdar; səs tonu, vurğulamaları, seçdiyi sözlər, məntiqi, hadisələrə olan dürüst və obyektiv yanaşması, sünilikdən təmizlənmiş təbii üslubu, insanların məmnuniyyətini hədəfləməməsi, doğru bildiyi sözü söyləməkdən çəkinməməsi dinləyənlərin onun səmimiyyətinə inanmasını təmin edər.

Səmimi danışmaq həm izah edən, həm də dinləyən kimsə üçün böyük rahatlıqdır; izah edən adam ürəyini Allaha bağladığı üçün heç bir çətinliyə girmədən, içindən gəldiyi kimi danışmağın rahatlığını, dinləyən isə səmimi, yaxşı niyyətli və dürüst bir insana güvənib onun doğru sözüylə hərəkət etmənin rahatlığını yaşayar. Hər nə olursa olsun bu insan pis niyyət bəsləmədiyini, tövsiyələrində yaxud tənqidlərində mütləq dürüst davrandığını bilər.