İman edənlər danışıqlarıyla həm özləri Quran əxlaqını ən gözəl şəkildə yaşamağa çalışar, həm də başqalarını bu əxlaqı yaşamağa təşviq edərlər. Çünki Quranda möminlərin insanları xeyirə çağırmaq, onlara yaxşılığı izah etmək və pislikdən çəkindirməklə məsul olduqları bildirilir:
Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.
Bu ayənin hökmü olaraq, müsəlmanlar həm bir-birlərini, həm də digər insanları Allahın bəyənəcəyi əxlaqa yönəltməyə çalışarlar. Quranda möminlərə “sözün ən gözəlini” söyləmələri əmr edilir. Bu səbəblə iman edənlər ağıllarını və vicdanlarını ən gözəl şəkildə istifadə edərək danışar, qarşılarındakı insanlara ən faydalı olacaq sözü söyləməyə çalışarlar. Bu kəslərin əksik yaxud səhv istiqamətlərinin, Quran əxlaqından uzaq olmalarından, məlumatsızlıq və ya cahil olmalarından qaynaqlana biləcəyini bilərək onlara şəfqət və mərhəmət dolu üslubla yaxınlaşarlar. Özlərinin də Quran əxlaqını öyrənmədən əvvəl səhv rəftar göstərdiklərini və ancaq Allahın rəhməti sayəsində gözəl əxlaqa sahib ola bildiklərini unutmazlar.
Ayrıca din əxlaqını izah edərkən heç bir zaman qarşı tərəfi məcburedici üslub istifadə etməzlər. Quranın “Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən.” (Ğaşiyə surəsi, 21-22) ayələriylə xatırladıldığı kimi, müsəlmanların məsuliyyətinin yalnız gözəl sözlə öyüd vermək olduğunu, hidayəti verəcək olanın isə Allah olduğunu bilərək danışarlar. Bir ayədə “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüdnəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. ...” (Nəhl surəsi, 125) sözləriylə bildirildiyi şəkildə “ən gözəl üslubda” danışmağa çalışarlar.
Bir başqa ayədə isə “…onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!” (Nisa surəsi, 63) şəklində bildirildiyi kimi, müsəlmanlar səhvə yol verən insanların nəfslərinə istiqamətli təsir edici sözlər söyləyərək birbaşa qarşı tərəfin vicdanına xitab edərlər. Ancaq heç bir zaman qürurlanaraq, özlərini üstün görərək danışmazlar. Çox hörmətli və etidallı üslub istifadə edər, qarşı tərəfə müsbət və faydalı niyyətlə yaxınlaşarlar. Bu kəslərlə ağıla və səmimiyyətə sövq edəcək söhbətlər edərlər. Allahın hər sözü dinlədiyini, hər rəftarı gördüyünü xatırladaraq onları Allahdan qorxub çəkinməyə dəvət edərlər. Möminlər bu mövzuda çox səmimi bir səy göstərirlər; ancaq göstərdikləri bütün səmimi səyə baxmayaraq qarşı tərəf izah edilənləri anlamaya bilər və ya tam olaraq qəbul etməyə bilər. Buna görə ümidsizliyə və kədərə qapılmazlar. Onların məsuliyyəti Allahın ibadət olaraq bildirdiyi təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirməkdir; verilən nəsihətlərə uyub-uymadığının məsuliyyəti isə yalnız izah edilən insanın özünə aiddir. Əgər bu insan izah edilənləri qəbul etmirsə, möminlər bunda xeyir olduğunu bilərlər. Quranda “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır.” (Qəsas surəsi, 56) şəklində bildirildiyi kimi, hidayəti vermənin Allahın təqdiri olduğunu unutmazlar.