Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Danışıqlarda Quranı rəhbər etmək

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

Allah bir ayəsində “...Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.” (İbrahim surəsi, 1) sözləriylə Quranın endirilmə hikmətlərindən birinin “insanları nura çıxarmaq” olduğunu açıqlayır.

Quran, endirildiyi gündən bu yana Allahın qoruması altındadır və heç bir nöqsana uğramamışdır. İnsanlara bir öyüd və xəbərdarlıq olaraq endirilmişdir; iman edənlər üçün şəfa, hidayət və rəhmət qaynağıdır. Sözlərin ən gözəlidir, doğrunu səhvdən ayırar və onunla əməl edənləri doğruya yönəldər.

Quranın bu hikmətini qavrayan bir insan onu (bu İlahi Kitabı) özünə rəhbər edər. Quran ayələrini ürəkdən mənimsədiyi üçün, bütün danışıqları Quran əxlaqını əks etdirər xüsusiyyətdə olar. Həyatının hər mərhələsində söz söyləyərkən, qərar alarkən, şərh edərkən rəhbəri həmişə Qurandır. Bu səbəblə də hər sözü, hər qərarı, hər tövsiyəsi Quran ayələrinə uyğundur. Çünki Quran, Allah sözüdür və insanlara hər mövzunun ən doğrusunu Allah Qatından bildirir. Özünə Quranı ölçü alaraq danışan insan, hər danışığında mütləq üstün və qalib gəlir. Çünki Quran ayələri hər cür cahil məntiqi çürüdüb yox edər, haqqı ortaya çıxarar. Allah bu vəziyyəti bir ayəsində “Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz...” (Ənbiya surəsi, 18) sözləriylə açıqlayır.

Quran əxlaqına uyğun danışan bir kimsənin sözləri səmimi insanlar üçün şəfa və rəhmətdir. Öyüd almaq, faydalanmaq yaxud hikmətlərini anlamaq niyyəti ilə dinləyən insanlar, bu danışıqlar sayəsində Allahın icazəsiylə doğru yolu taparlar. Ayrıca Quranın rəhbərliyində danışan bir kimsənin hər danışığı hikmətli olar. Verdiyi hər nümunə, diqqət çəkdiyi hər nöqtə, vurğuladığı hər detal çox təsirli və düşündürücüdür. Qarşı tərəfi dürüst və səmimi düşünməyə, vicdanına uymağa təşviq edər. Səmimi, içdən gələn və haqqı müdafiə edən üslub istifadə etdiyi üçün təsir etmə gücü də çox yüksəkdir. Dinlədiklərini vicdanlarıyla qiymətləndirən insanlar bu cür danışıqların doğruluğunu da qəti olaraq təsdiq edərlər.

Səmimiyyətsiz və qarşı çıxma niyyətiylə dinləyən kəslər isə iman edənlərin danışıqlarındakı hikməti və təsir ediciliyi görmək istəməz və bunları müxtəlif böhtanlarla örtməyə çalışarlar. İnsanın danışıqlarına bu üstünlüyü qazandıranın Quran ayələrindəki hikmət olduğunu qavraya bilmədikləri üçün altında mütləq bir fövqəladəlik axtarışına çıxarlar. Halbuki bunlar Qurana uyan və onu özünə rəhbər edən hər insanın asanlıqla qazana biləcəyi imani xüsusiyyətlərdir. Ancaq iman etməyənlər bu vəziyyəti anlaya bilməzlər.

Bu vəziyyətə Quranda da bir çox nümunə verilmişdir. Məsələn, Məhəmməd Peyğəmbər-in təsirli və hikmətli danışıqları qarşısında inkar edənlər və müşriklər heyrətə qapılmışlar. Geniş kütlələrin, qısa müddət içərisində Peyğəmbərimizin danışıqlarından təsirlənib ona tabe olmaları bu insanları böyük heyrətə salmışdır. Məhəmməd Peyğəmbər dediklərini təsirli və hikmətli edənin Quran ayələri olduğunu qavraya bilmədikləri yaxud da bu vəziyyəti qəbul edə bilmədikləri üçün Peyğəmbərimiz-i cadugərlik, şairlik kimi uydurma böhtanlarla ittiham etməyə cəhd etmişlər. Halbuki bütün insanlara olduğu kimi peyğəmbərlərə də nitqi verib danışdıran Allahdır. Allah ayələrində belə buyurmuşdur:

Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.

Nəcm surəsi, 2-4

Ayələrdə də görüldüyü kimi Peyğəmbərimiz, Allahın sözü olan Quran ilə danışdığı üçün bütün sözləri çox təsirli və hikmətli olmuşdur. Onun sözlərini dinləyərək iman edən insanların ürəklərinə imanı və təsirlənmə gücünü verən Allahdır. Allahın böyüklüyünü təqdir edə bilməyən insanlar isə təsiri və hikməti başqa yerlərdə axtarmaqla böyük qəflətə düşmüşlər.