Quranın “Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!” (Ənkəbut surəsi, 61) ayəsiylə, bəzi insanların özlərini yaradanın və hər an nemət verənin Allah olduğunu bilmələrinə baxmayaraq, bu həqiqətən uzaq bir həyat sürdüklərinə diqqət çəkilir. Həqiqətən iman etmiş olan möminlərin isə ən əhəmiyyətli xüsusiyyətlərindən biri, həyatlarının hər anında, hər yerdə, sərgilədikləri hər rəftar və etdikləri hər söhbətdə Allaha olan səmimi imanlarını və bağlılıqlarını ortaya qoymalarıdır. Allahı dünyadakı hər kəsdən və hər şeydən daha çox sevərlər. Allahın qüdrətinə, ağılına, elminə, sənətinə və üstün əxlaqına qarşı dərin heyranlıq duyarlar. Dünyada Allah ilə dost olmaq, Allahın sevgisini qazanmaq istəyərlər. Gəlmiş keçmiş bütün insanlar arasında Allaha ən yaxın insan, Onun ən sevdiyi qulu olmağa çalışarlar.
Bu cür dərin sevgi, bu kəslərin danışıqlarına da əks olunar. Hər sözləri Allahın adını xatırlayıb ucaltmağa, Onun razılığını qazanmağa istiqamətlidir. Allaha olan sevgilərinin, insanlara bəslədikləri sevgidən daha çox olduğu, insanları Allahın bir təcəllisi olaraq sevdikləri bütün danışıqlarından açıq şəkildə aydın olar. Bütün insanları yaradanın, özlərinə dünya həyatının gözəlliklərini təqdim edənin Allah olduğunu bilərlər. Bu səbəblə gördükləri hər gözəllik, onlara gələn hər yaxşılıq və ya hər sevgi yenə Allahdan onlara gələn nemətlərdir. Bütün bunlar Allahın qullarına olan sevgisinin, mərhəmətinin və lütfünün bir təcəllisidir. Elə isə, insan ona gələn hər nemətin şükürünü Allaha etməli, minnətdarlığını əsas Allaha yönəltməlidir. İman edənlər bu həqiqəti qavradıqları üçün, Allahın hər şeyin və hər kəsin üzərində olduğunu bilən bir üslub istifadə edərlər. Quranda, möminlərin Allaha olan bu sevgiləri və bağlılıqları belə ifadə edilir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür...
Bu həqiqəti qavramayan insanlar isə, ayədə diqqət çəkildiyi kimi Allaha ortaq qoşduqları bəzi varlıqları Allahı sevər kimi sevərlər. Bu insanların söhbətlərində Allahı haqqı ilə təqdir edə bilmədiklərinə və başqa varlıqları Ondan üstün tutduqlarına dair ifadələrə tez-tez rast gəlinir. Bəziləri pul, mal-mülk yaxud etibar kimi dünya həyatının bəzəklərini, bəziləri də sevdikləri insanları Allaha ortaq qoşan bir üslub içərisindədirlər. Bəziləri Allaha iman etdiklərini söyləyər amma, dostlarını Allahdan daha üstün tutan bir danışıq üslubu istifadə edərlər. Allahdan qafil bir şəkildə danışan birini gördüklərində bu vəziyyətdən narahat olmaz və qarşılarındakını xəbərdar etməzlər. Ancaq sevdikləri insanlardan hər hansı birinə səhv bir söz deyildiyində bu vəziyyətə dərhal qarşı çıxarlar. Sevdiklərinin əleyhində əsla bir söz dedirtməz və haqsızlıq etdirməzlər. Bütün bu səhv rəftarlar, Allaha iman etdiyini söyləyən, amma ürəkdən bu inancı yaşamayan insanların səmimiyyətsizliyini ortaya qoyar. Saleh möminlər isə ən çox Allahı sevər, sözləriylə ən çox Onu ucaldar və Onu hər şeydən üstün tutarlar. Allaha və ya dinə üsyan edən üslubla danışan birinin söhbətinə əsla qatılmazlar. Əgər ona doğrunu izah edə bilirlərsə izah edərlər; əgər bu kimsə izah edilənlərdən öyüd almamaqda qərarlıdırsa, bu vəziyyətdə onun inkar dolu sözlərini dinləməzlər.
Bir filmdə yaxud bir mahnıda belə olsa, Allahın hökmlərinə açıq şəkildə qarşı gələn bir sözün olduğu hissələri dinləməz və izləməzlər. Şərtlər nə olursa olsun Allahın razı olmayacağı bir söz deyilməsini qəbul etməzlər. Belə bir məclisdə iştirak etməzlər. Çünki Allah Quranda bu mövzuda müsəlmanları bu cür xəbərdar edir:
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.
Bu şüurla hərəkət edən müsəlmanlar həyatlarının sonuna qədər hər an hər yerdə İslam əxlaqını sahiblənər, müdafiə edər və dəstəkləyərlər. Allaha olan sədaqətlərini və Onu hər şeydən üstün tutduqlarını hər sözləriylə, hər rəftarlarıyla ortaya qoyarlar.