Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Müsəlman kimi Danışmağın Xüsusiyyətləri

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

İnsanın müsəlman kimi danışa bilməsi üçün, Allaha səmimiyyətlə təslim olması və doğrunu səhvdən ayıran Qurana tabe olması kifayətdir. Bu vəziyyətdə vicdanı ona doğru yolu göstərəcək və gözəl söz söyləməsinə vəsilə olacaq.

Allah, Quranda müsəlman kimi danışmağın necə olması və iman edənlərin hansı üslublardan çəkinmələrinə dair müxtəlif nümunələr vermişdir. Eyni zamanda Quranda dünya həyatında insanların başlarına gələcək hadisələrdən də nümunələr verilmiş və fərqli xarakterdə olan insanların bu hadisələr qarşısındakı reaksiyaları və danışıqları bizlərə bildirilmişdir. Beləcə inanan bir insan, Qurana tabe olaraq, hansı danışığın müsəlman kimi, hansı danışığın isə Qurana zidd olduğunu görər. Allahın bəyənmədiyi üslubdan çəkinər və yenə Allahın razı olacağı bir danışıq tərzini ən mükəmməl şəkildə tətbiq edə biləcək bir məlumata sahib olar.

Sonrakı səhifələrdə Allahın Quran ayələri ilə bizlərə bildirdiyi müsəlman kimi danışıq üslubu bütün xüsusiyyətləriylə araşdırılacaq və bu üslubun tam olaraq aydın olub həyata keçirilməsi üçün Qurandan və gündəlik həyatdan nümunələr veriləcək.

Allahın qüdrətini (qədrini) təqdir edə bilən üslub ilə danışmaq Səmimi olaraq iman edən insan yaşadığı hər hadisədə Allahın ağlını, elmini, sənətini və gücünü görər və heyranlıqla Allaha boyun əyər. Bu səmimi sevgi, hörmət və təslimiyyət, insanın bütün həyatına olduğu kimi danışıqlarına da əks olunar. İman edən insan, Allahın heç bir şeyə ehtiyacı olmadığını; hər kəsin və hər şeyin, bütün varlıqların hər an Ona möhtac olduqlarını bilər. Allahın qüdrətini və böyüklüyünü qavradığı üçün eyni zamanda öz acizliyinin də fərqindədir. Allah diləmədikcə, özünün tək başına heç bir şey edə bilməyəcəyini bilər. Buna görə, nə qədər mükəmməl xüsusiyyətlərə sahib olursa olsun, bunlardan ötəri qürur yaxud təkəbbür hissinə qapılmaz. Daim acizliyini bilən, boyun əyici və təslim olmuş hal və üslub içərisindədir, qazandığı müvəffəqiyyətdən bəhs edərkən, bunun ancaq Allahın icazəsi ilə və Onun verdiyi qabiliyyətlər sayəsində reallaşdığını bilərək danışar. Eyni şəkildə ona tərif yönəldiyində də, bütün bu təriflərin əslində Allahın üstün sənətinə qarşı edildiyini bilərək təvazökarlıq göstərər.

Allahın qüdrətini lazımı kimi təqdir edə bilən insanın danışıqlarına Onun ağlını, elmini, gücünü və böyüklüyünü tərifləyib ucaldan üslub hakimdir. Belə bir insan həyatının hər anında ürəyi həmişə Allah ilə birlikdədir. Nə etsə, hara baxsa, nə eşitsə hamısında Allahın sənətinin nümunələrini görər və bunlara qarşı bəslədiyi heyranlığı səmimi bir şəkildə dilə gətirər. Quranda iman edənlərin gündəlik həyatın hər anında; istər oturarkən, istər ayaq üstə, istərsə də yatarkən ürəklərinin həmişə Allah ilə birlikdə olduğundan, hər an Allahın qüdrətini düşünüb dilə gətirdiklərindən bəhs edilir.

Allah ayədə belə buyurur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər:

“Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!

Ali İmran surəsi, 191

Müsəlman, yaşadığı hər an, etdiyi hər işdə bu həqiqəti dərk edər. Yediyi qidaları qupquru torpaqdan çıxarıb ən gözəl və ən ləzzətli şəkildə özünə təqdim edənin və dad ala bilməsini təmin edənin Allah olduğunu bilər. Bu səbəblə yeməyi bişirənə təşəkkür edərkən, əsl təşəkkürü Allaha borclu olduğunu bilər və Rəbbimizə şükür edər. Xoşuna gələn bir musiqi dinləyəndə onu ifa edənə deyil, insanlara bu qabiliyyəti və özünə də musiqinin səsindən zövq alma hissini verən Allaha heyran olar.

Çox istədiyi bir şey, heç gözləmədiyi bir anda reallaşdığında, bunun təsadüf olmadığının şüurundadır, dərhal Allaha şükür edər. Gözəl memarlıq yerlərini gəzdiyində, o əsəri tikən, dekorasiyasında rolu olan kəsləri estetik anlayışlarından ötəri təqdir edər, amma həqiqətdə bütün bu gözəllikləri yaradanın Allah olduğunu unutmaz, Allahın böyüklüyünü tərifləyib təqdis edər. Özündə olan xüsusiyyətlərdən ötəri də qürurlanmaz; Allahın aciz qulu olduğunu bilərək, tərifi daim Rəbbimizə yönəldər. Quranda, insanlara tərifin əsl sahibinin Allah olduğu xatırladılmış və Allahı ucaldaraq təqdis etmələri bildirilmişdir:

De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut.

İsra surəsi, 111