Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Müsəlman kimi danışmaq: Müsəlman kimi Danışmağın Əhəmiyyəti

Mündəricat
  1. Giriş
  2. Müsəlman kimi Danışmağın Əhəmiyyəti
  3. Müsəlman kimi Danışmağın Xüsusiyyətləri
  4. Allahı çox zikr etmək
  5. Hər an Allah ilə bərabər olduğunu bilərək danışmaq
  6. Allaha heç bir şeyi ortaq qoşmadan danışmaq
  7. Allahı tərifləyib ucaldaraq danışmaq
  8. Allaha qarşı acizliyini bilən üslubla danışmaq
  9. Danışıqlarda Quranı rəhbər etmək
  10. Qədərin mükəmməlliyini və hər şeydə xeyir olduğunu bilərək danışmaq
  11. Dünya həyatının keçiciliyinin fərqində olan üslubla danışmaq
  12. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək
  13. Hikmətli danışmaq
  14. Səmimi üslubla danışmaq
  15. Doğru danışmaq
  16. Ağıllı və məntiqli danışmaq
  17. Müjdəli və sevinc verici söhbətlər etmək
  18. Şövq və həyəcan yaradan üslubla danışmaq
  19. Sözün ən gözəlini söyləmək
  20. Nəfsin istəklərindən danışmamaq
  21. Təvazökar tərzdə danışmaq
  22. Xoş rəftar və bağışlayıcı üslubdan istifadə etmək
  23. Müşavirə etmək
  24. “MaşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək danışmaq
  25. Ana-ataya gözəl söz söyləmək
  26. Arxadan danışmamaq, dedi-qodu etməmək
  27. Lağ edici üslubla danışmamaq
  28. Həsəd və qısqanclıq olan üslubdan uzaq olmaq
  29. Boş və faydasız söhbətlər etməmək
  30. Söz kəsməmək və etidallı səslə danışmaq
  31. Söhbət əsnasında mədəniyyət səviyyəsinə uyğun üslubdan istifadə etmək
  32. Münafiqanə üslubdan çəkinmək
  33. Pisliyə yönəldən söhbətlərdən çəkinmək
  34. Ağız əyməmək
  35. Gizli söhbətlər etməmək
  36. Peyğəmbərimiz-i müdafiə edib, ona dəstək olan üslubla danışmaq
  37. Nəticə

İnsanları tanımaqda ən əhəmiyyətli rolu oynayan mövzulardan biri insanların danışıqlarıdır. Həyata baxış, inanclar, fikir və düşüncələr sözlərlə ifadə edilər. İnsan ürəyində hiss etdiklərini, zehnində saxladığı düşüncələrini, istəklərini, ideallarını yaxud qorxularını, istər-istəməz danışıqlarına əks etdirər. Bu səbəbdən bir insanın ruh halının tarazlığı, necə bir ağla və vicdana sahib olduğu sərf etdiyi sözlərdən məlum olar. Dürüst, səmimi, etibarlı və doğru sözlü, yoxsa saxtakar, pis niyyətli və yalan danışan bir kimsə olduğu da danışığından aydın olar.

Danışıq üslubunun insanları tanıdıcı bir istiqaməti olduğu xalq arasında da bilinən bir həqiqətdir. Bir çox mövzuda, bir insan haqqında qərar verilərkən, əvvəlcə o insanın danışıqlarından əldə edilən vicdanının necə olduğu əsas alınar. Bunun bir nümunəsini, iş görüşmələrində edilən müsahibələrdə görərik. İşə götürənlər, işə müraciət edənlərin yazılı olaraq verdikləri məlumatları kafi görmədiklərinə görə, bu kəslərlə bir neçə dəfə üz-üzə görüşüb, fərqli mövzular haqqında onlardan şifahi olaraq məlumat alarlar. Bu danışıqlar nəticəsində əlaqədar insanın xarakterinə dair təəssürat əldə edərlər. Danışmağın, insanların xarakterlərini ortaya qoyan əhəmiyyətli xüsusiyyətlərdən biri olduğu, hər mövzuda insanlara ən doğru məlumatı verən Quran ilə bizlərə bildirilmişdir. Allah, “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.” (Məhəmməd surəsi, 30) ayəsiylə, danışıq üslubunun, səmimiyyətsiz kəsləri tanıdan əhəmiyyətli bir xüsusiyyət olduğunu ifadə etmişdir. Danışıq, pis xasiyyətli, pis niyyətli və ya ikiüzlü insanları müəyyən etdiyi kimi, gözəl əxlaqlı, yaxşı xasiyyətli, inanclı insanların tanınmasında da əhəmiyyətli ölçüdür. Ürəyində xalis imanı yaşayan bir insan təbii olaraq, yalnız möminlərə xas olan üslubla, yəni “müsəlman kimi” danışar. “Müsəlman kimi danışmaq” insanın səmimiyyətini, Allaha olan sevgisini, bağlılığını, hörmət dolu qorxusunu ortaya qoyan əhəmiyyətli mömin əlamətlərindəndir. Bu səbəbdən bu üslub fərqi inananlarla, inkar edənləri bir-birlərindən ayıran ən fundamental xüsusiyyətlərdən biridir. Allah, səmimiyyətlərinə qarşılıq möminlərə ən gözəl, ən doğru və ən hikmətli şəkildə danışdırar. Bu həqiqəti bilən mömin bu mövzuda çox təslimiyyətli və rahatdır. İmanı tam olaraq yaşamayan kəslər isə, ürəklərində gizlədikləri pisliyin danışıqlarıyla birlikdə ortaya çıxmasından narahat olarlar. Ancaq nə qədər qayğı göstərsələr göstərsinlər, danışıqlarının özlərini ələ verməsinə maneə ola bilməzlər. Çünki müsəlman kimi danışmaq texniki bir iş yaxud diqqət nəticəsində deyil, ancaq səmimi iman ilə qazanılan xüsusiyyətdir. Bu, Allahın qanunu və möminlərə verdiyi asanlıqdır.

Müsəlman kimi danışmağın inananlar üçün başqa əhəmiyyəti isə budur; Allah möminləri, yaşadıqları haqq dini və gözəl əxlaqı başqalarına da izah etməklə məsul etmişdir. Bu səbəblə insanlara Allahın varlığını, birliyini və ucalığını izah edərək, onları Quran əxlaqına çağırmaqla vəzifəli olan möminlər üçün danışmaq böyük ibadətdir. Din əxlaqını yaşayan və Allahın böyüklüyünü qavrayan kəslərin, din əxlaqından uzaq yaşayan məlumatsız insanlara hiss etdiklərini və düşündüklərini səmimi şəkildə ifadə edə bilmələri, bir çox insanın İslama yönəlməsinə və ürəklərində Allah qorxusunun yaranmasına vəsilə ola bilər. Bu isə, Allah Qatında çox xeyirli olduğu ümid edilən əməldir. Bu səbəblə iman edənlər Allahdan həmişə ağıl, hikmət və xeyir olan söhbətlər etməyi istəyərlər. Danışıqlarında Allahı zikr edər, insanlara gözəl söz söyləyər, onlara din əxlaqını təbliğ edər, yaxşılığı əmr edər, pislikdən çəkindirərlər. Bu səbəbdən, danışmaq möminlər üçün həyatlarının sonuna qədər savab qazana biləcəkləri bir ibadətə çevrilər. Peyğəmbərimiz-də gözəl sözün əhəmiyyətinə belə diqqət çəkmişdir:

Quranda, “İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət surəsi, 33) ayəsiylə bildirildiyi kimi, dünyada ən gözəl sözlə danışan insan, Quranda nəsihət edilən əxlaqı yaşamağa çağıran, yəni “müsəlman kimi danışan” kimsədir. Möminlər Allahın razı olacağını ümid etdikləri bu danışıq üslubunu istifadə edərək Onun rəhmətinə və cənnətinə qovuşmağı ümid edərlər. Bu səbəblə səmimi ürəklə Rəbbimizə yönələn hər mömin, bu məlumatlar işığında düşünərək müsəlman kimi danışmağın bütün tələblərini ən gözəl şəkildə həyata keçirməli və ömrünün sonuna qədər bu mövzuda qərarlılıq göstərməlidir.