Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Lağ Etməmək

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Allah Quranda lağlağının çirkin bir əxlaq olduğunu və iman edənlərin bundan çəkinmələrini bildirmişdir. Möminlər arasında lağlağının yeri olmadığını Allah bir ayədə belə bildirir:

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.

Hucurat surəsi, 11

Bu ayənin hökmünə görə iman edənlər hər cür lağlağının şiddətlə çəkinər və Allah’ın bu əmrinə lazımınca əməl edərlər. Bəzi insanlar lağ etməyi qarşısından keçən birinə badalaq atıb yıxmaq və qəhqəhə ilə gülmək kimi düşünə bilərlər. Halbuki, lağ hiyləgər bir gülümsəmə, istehzalı söz atma və ya açıq lağ etməyin mümkün olmadığı yerdə baxışma şəklində də ola bilər.

Belə hərəkətlər cahiliyyə mədəniyyətinə aiddir. Allah Quranda tənə vuranların sonunun Hütəmə olduğunu belə xəbər verir:

Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu sayır və elə güman edir ki, vardövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allah’ın qaladığı oddur. (O od) ki, (qalxıb) ürəklərə çatacaq. Həqiqətən, o (od) onların üzərində qapanacaqdır. (Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar).

Huməzə surəsi, 1-9

“Huməzə” surəsində bildirilən bu açıq hökmə baxmayaraq, iman edən insanın şüurlu şəkildə Qurana uyğun olmayan lağlağı hərəkətlərə yol verməsi söz mövzusu ola olmaz. Ancaq yeganə ehtimal həmin an şəxsin etdiyi çirkinliyin fərqində olmaması və bunu bir əyləncə sanması ola bilər. Belə bir vəziyyətdə isə o şəxs dərhal özünü qınamalı və etdiyi bu hərəkətdən tövbə edərək imtina etməlidir.