İnsan yaradılışı etibarilə unutqandır. Buna görə də Allah möminlər bir-birlərinə borc verdikləri zaman şahidlər qarşısında borcun yazılmasını əmr etmişdir: Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allah’ın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy, o yazsın, borc alan da yazdırsın, Rəbbi olan Allah’dan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun yaxın adamı ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər (zərər) yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allah’dan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir. (Bəqərə surəsi, 282)
Başqa bir ayədə də bu borcun bağışlanmasının daha xeyirli olacağı belə xəbər verilir:
Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.