Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Diqqətli Olmaq

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu həqiqəti qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq görmə qabiliyyətinə sahib deyillər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır, onunla görməzlər…” (Əraf surəsi, 179). Gözləri ilə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti dərk edəcək ağıl və qavrayışa sahib deyillər.

Mömin isə Allah’ın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və onunla bərabər ağıl inkişaf etdikcə mömin qəbul etdiyi bu böyük həqiqəti qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır. İmanın bu şəkildə inkişafı üç mərhələyə ayrılır: elm əl-yəqin, ayn əl-yəqin, haqq əlyəqin. Bu mərhələləri açıqlamaq üçün yağış nümunəsini misal çəkə bilərik. Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci dərəcədə – yəni elm əl-yəqində bir insan pəncərələri bağlı olan evdə oturduğu halda, bayırdan gələn bir insan ona yağışın yağdığını söyləyər və o da bunun doğruluğuna inanar. İkinci dərəcə - ayn əl-yəqin, yəni gözlə qavramaq dərəcəsidir: bu halda, həmin insan pəncərənin yanına gedər, pərdəni çəkər və yağışın yağdığını gözləri ilə görər. Haqq əl-yəqində isə qapını açar və evdən çıxar: artıq yağışın içindədir. İmanın elm əl-yəqindən ayn əl-yəqinə və daha da irəliləməsi üçün lazım olan feli dualardan biri də diqqətli olmaqdır. Quranda möminlər Allah’ı qavramaq üçün diqqətli olmağa çağırılırlar. Ayələrdə belə buyurulur:

Göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir.

Nur surəsi, 64

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.

Fussilət surəsi, 54

Allah’ın ayələrini hər yerdə görə bilmək üçün bu mövzu üzərində düşünmək və bunun üçün zehini öyrətmək lazımdır. Əks halda, özbaşına buraxılan zehin idarəsiz şəkildə fəaliyyətə başlayar. Bir neçə saniyə içində mövzudan-mövzuya keçib boş işlərlə özünü məşğul edər. Bu, bir növ sərxoşluqdur. Belə olduğu təqdirdə, həm ətrafında baş verən hadisələrin incəliklərini qavraya bilməz (yəni təfəkkür edə bilməz), həm də bu hadisələrə müdaxilə etmək üçün iradəyə sahib ola bilməz.

Halbuki, möminlər Allah’ın izni ilə düşüncələrini istədiyi kimi istiqamətləndirən, ağlını hər zaman Allah’ı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə edən insanlardır. Bu səbəbdən, iman edən birinin ağlına boş düşüncələr gəldikdə bunu dərhal anlayar və Quranda təsvir edildiyi şəkildə zehnini bu boşluqdan xilas edər. Ağılı təmiz saxlamaq cəhdinin ən vacib hissəsi isə diqqətdir.