Namaz insanın Allah’a qulluq etdiyinin ən açıq ifadəsi olaraq böyük bir əhəmiyyət daşıyır. İnsanı Allah qarşısında səcdəyə ucaldan bu ibadət müsəlmanlıq əlamətidir.
Belə bir namaz insanın Allah’a olan yaxınlığını və təqvasını artırar. İnsana mənəvi güc verər. Bir ayədə belə buyurulur:
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allah’ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.