Quranda bildirildiyinə görə, nəfsin iki fərqli cəhəti olduğunu, bir qisminin həvadan, yəni Allah’ın yolundan saxlayan eqoist istəklərdən meydana gəldiyini bilirik. Nəfsin o biri qismi isə insanı Allah’a və Quran əxlaqına yönəldir, nəfsin içindəki fücurdan çəkinməsini təmin edir. Nəfsin bu qismi vicdandır. “Səcdə” surəsində Allah’ın insana Öz ruhundan üfürdüyü belə xəbər verilir:
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!
İnsanın sahib olduğu bütün xüsusiyyətlər Allah’ın ona üfürdüyü ruhdan qaynaqlanır. İnsan əgər nəfsin istəkləri ilə deyil, vicdanı ilə hərəkət edərsə, Allah’ın bəyəndiyi sifətlərə yiyələnər. Allah sonsuz mərhəmətlidir, bu səbəbdən, Ona təslim olan mömin də mərhəmət sahibidir. Allah sonsuz ağıl sahibidir, bunun üçün Ona qulluq edən mömin də üstün bir ağıla sahib olar. İnsan Allah’a nə qədər yaxınlaşar, Ona nə qədər təslim olarsa, Rəbbimizin əxlaqı ilə daha çox əxlaqlanar və yaradılmışların ən yaxşısı (Beyyinə surəsi, 7) olar.
Daha əvvəl də ifadə etdiyimiz kimi, nəfsin içində insanı daim pisliyə çağıran həvaya qarşı, onu daim yaxşılığa çağıran vicdan da var. Bu səbəbdən, insan içində özünü həmişə doğruya dəvət edən kompasa malikdir.
“Şəms” surəsində xəbər verildiyi kimi, Allah insana nəfsinin fücurundan çəkinməyi ilham edir. Bu ilham vicdandır. Bu səbəbdən, vicdan Allah’ın səsidir. İnsan bu səsə qulaq asdığı və Quranda göstərilən prinsipləri mənimsədiyi təqdirdə, doğru yolda irəliləyəcək. Quranın bütün hökmləri insanın vicdanına uyğun təyin olunmuşdur. “Rum” surəsindəki iki ayədə bu mövzuda belə buyurulur:
Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allah’ın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allah’ın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allah’ın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir.
Ayələrə görə, inkar edənlər nəfslərinin fücuruna, yəni həvalarına tabe olaraq azmışlar. Möminləri isə bunların əksinə, vicdanlarının səsini dinləyərək Allah’ın insanlara vəhy yolu ilə çatdırdığı Quran əxlaqına tabe olmuşlar.
Quranda bildirilən vicdanın gündəlik həyatda tətbiq olunması, ümumiyyətlə, tətbiq olunan vicdan anlayışından olduqca fərqlidir. Bəzi cəmiyyətlərdə vicdan anlayışı yolda rast gəldikləri kasıba sədəqə vermək, ya da heyvanlara sevgi göstərmək kimi son dərəcə səthi nümunələrlə məhdudlaşır. Halbuki, möminin vicdanı Quranın bütün əmrlərinin və tövsiyələrinin yerinə yetirilməsini tələb edir. Hətta Quranda ümumi xəbər verilən bir çox rəftar ağılla tapılır və vicdanla tətbiq olunur.
Məsələn, Allah Quranda möminlərə təvazökar olmalarını əmr edir. Ancaq bu təvazökarlığın necə tətbiq olunacağını, hərəkətlərə necə əks etdiriləcəyini mömin ağlı ilə tapır. Ağlı ilə tapdığı bu rəftarların tətbiqini təmin edən güc isə vicdandır. Mömin gündəlik həyatda bir neçə variant arasında qərar verməli olur. Qarşılaşdığı variantların içində Allah’ın rizasına uyğun olanını seçməklə məsuldur. Bu qərarı verərkən Quranın hökmlərinə uyğun hərəkət etməli və vicdanının səsini dinləməlidir. Qarşı-qarşıya qaldığı variantlar qarşısında vicdanı ilk olaraq dövrəyə girir və hansı variantın Allah’ın rizasına daha uyğun olacağını ona söyləyir. Ancaq ikinci mərhələdə nəfsi də dövrəyə girir və onu digər alternativlərə yönəltməyə çalışır. Nəfs insana bəhanələr pıçıldayır. Quranda nəfsin qarşıya qoyduğu bu bəhanələrə tez-tez diqqət çəkilir. Mömin nəfsinin pıçıldadığı bəhanələrə qulaq asmamalı və vicdanının göstərdiyi ilk doğrunu tətbiq etməlidir. Quranda möminlərin vicdanına dair verilən nümunələr insanı bu mövzuda düşünməyə yönəltməlidir. Bir ayədə Peyğəmbərimiz dövründə döyüşə çıxa bilmədikləri üçün gözlərindən yaşlar süzülən möminlərdən belə bəhs edilir:
Allah’a və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və vuruşmağa vəsait tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah bağışlayandır, rəhmlidir. Miniklə təmin edəsən deyə, sənin yanına gəldikdə:
“Sizin üçün minik tapa bilmirəm” – dediyin zaman xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur).
Peyğəmbərimizin yaşadığı dövrü düşündüyümüz zaman döyüşə çıxmağın zahirən son dərəcə təhlükəli olduğu məlum olur. Ancaq buna baxmayaraq, möminlər Allah yolunda cihad etmək üçün cəhd edirdilər. Əshabələr ölümə, ya da yaralanmağa getdiklərini biləbilə cihad etmək istəyidirlər. Bu ayələrdə xəbər verilən davranışlar Quranda nəzərdə tutulan vicdanın nümunələrindəndir.