ŞEYTANDAN Allah’A SIĞINMAQ Quran Allah’ın insanlara yol göstərici olaraq endirdiyi İlahi kəlamdır. Ancaq burada çox əhəmiyyətli bir məqam var. Quran möminlərin hidayətini artırarkən inkarçıların da inkarını meydana çıxarır. Bir ayədə Quranın bu xüsusiyyəti belə açıqlanır: Kitabı sənə nazil edən Odur. O kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər.
Onun yozumunu isə Allah’dan başqa heç kəs bilməz.
Elmdə qüvvətli olanlar isə deyərlər:
“Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
Ayədə də bildirildiyi kimi, möminlər Quran ayələrini oxumaqla imanlarını artırarlar və Allah’a daha da təslim olarlar. Ancaq inkarçılar eyni ayələri oxusalar da, ayələrdəki hikmətləri qavraya bilməzlər. Belə ki, yuxarıdakı ayədə də bildirildiyi kimi, Quranın bəzi ayələrinin ürəklərində şübhə olanların pis düşüncələrini ortaya çıxarmaq xüsusiyyəti də vardır. Bu səbəblə, Allah Quran oxumadan əvvəl şeytanın təsirindən Allah’a sığınmağı əmr edir. Allah ayədə belə əmr edir:
Allah’ın möminlərə əmr etdiyi bu ibadət şeytanın varlığını və fəaliyyətlərini xatırlatması baxımından əhəmiyyətlidir. Həqiqətən də şeytan əsla vəzifəsini tərk etməz və insanlara sağlarından, sollarından, önlərindən və arxalarından yanaşaraq onlara vəsvəsə verməyə çalışar. Allah’ın doğru yolunda duraraq onları bu yoldan azdırmağı hədəfləyər. Şeytanın bu fəaliyyətlərini və taktikalarını Allah bizə Quranda bir çox ayədə bildirir. Cənnətdən qınanaraq və qovularaq endirilən şeytanın hiylələrindən bunları bizə Quran vasitəsilə öyrədən və onlardan qorunma yollarını göstərən Allah’ın yol göstərməsi sayəsində xilas olarıq. “Nəhl” surəsinin 99-cu ayəsində də ifadə edildiyi kimi, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Bunun sirri inanan qulların yol göstərici olaraq Quranı qəbul etməsi və qovulmuş şeytandan Allah’a sığınaraq onu oxumasıdır.