Quranda “Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir” (Kəhf surəsi, 54) ayəsi ilə nəfsin əhəmiyyətli bir xüsusiyyəti xəbər verilir. Başqa ayələrdə isə bu xüsusiyyətin inkar edənlər üzərindəki təcəllisi belə izah edilir:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər:
“Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır.
İnkarçıların mübahisəyə meyilli olması müxtəlif fikirləri qiymətləndirərək doğrunu tapmaq üçün deyil, sadəcə eqoist qarşı çıxma həvəsindən qaynaqlanır. Cahiliyyənin müzakirələrində heç kim qarşı tərəfin fikrini qiymətləndirib doğrunu tapmağa çalışmaz. Yalnız öz fikrini qalib etməyə və qarşı tərəfi əzməyə çalışar. Təşkil etdikləri bütün müzakirələrin yüksək səs tonunda, qarşılıqlı ifadələrlə keçməsi və hətta bəzən mübahisəyə çevrilməsinin səbəbi budur. Ən ağılsız rəftar isə haqqında heç bir məlumatları olmayan mövzularda müzakirələridir. Son dərəcə cahil olduqları din mövzusunda həmişə ehkam kəsmələri və möminlərlə mübahisə etmək istəmələri bunun ən təəccüblü nümunəsidir.
Bir ayədə mövzuya belə diqqət çəkilir:
Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!