“Müzzəmmil” surəsinin 7-ci ayəsində bildirildiyi kimi, gün ərzində möminlərin uzun-uzadı işləri var. İman edən insan etdiyi iş nə olursa-olsun Allah’la olan əlaqəsini kəsməz. Quranda özünə nəsihət edilən əxlaqı nəzərdən qaçırmaz. Bir ayədə iman edənlərin bu xüsusiyyəti belə izah edilir:
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allah’ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.
Bu xüsusiyyətin əhəmiyyətli bir hissəsi isə Allah’ın ayələrini yadda saxlamaq, Quranın hikmətini əsla unutmamaqdır. Ayədə peyğəmbərin yoldaşlarına verilən “Evlərinizdə oxunan Allah’ın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah lütfkardır, xəbərdardır” (Əhzab surəsi, 34) əmri, şübhəsiz, bütün möminlər üçün yol göstəricidir. Mömin Allah’ın ayələrini düşündüyü müddət ərzində xarici dünyada bunların təcəllilərini görəcək və Allah’a daha çox yaxınlaşacaq.