Çünki etibarlı olmaq mömin xüsusiyyətlərindən biridir. Bütün rəsullar qövmlərinə öz etibarlılıqlarını göstərmişlər, dürüst və əxlaqlı insanlar olaraq tanınmışlar. Bu vəziyyətdə, etibarlılığın əhəmiyyətli bir hissəsi olan əhdə vəfa böyük əhəmiyyət daşıyır.
Mömin verdiyi sözləri tutmalı, reallaşdıra bilməyəcəyini düşündüyü vədləri isə heç verməməlidir. Ayədə bu mövzu çox açıq bir şəkildə belə bildirilir:
Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.