Mömin Allah yolunda uzun və çətin bir cəhd edər. Qarşısında çox vaxt özündən daha güclü, daha çox sayda görünən şəxslər var. Ancaq yenə də Allah Quranın yolunu izlədikləri müddət ərzində bu şəxslərə qarşı möminləri üstün edər.
Bu müvəffəqiyyətin sirlərindən biri möminlərin əsla acizlik göstərmədən, şövq və həyəcanla mübarizələrini davam etdirmələridir. İnkarçılar isə belə ola bilməzlər: dünyaya olan bağlılıqları, qorxuları, zəiflikləri, inancsızlıqları səbəbindən bir çətinlik qarşısında əhvalları pozular və acizlik göstərərlər. Möminlər isə Allah’ın ayələrində bildirdiyi kimi, qalib gələcəklərini bilmənin verdiyi şövqlə və Allah’ın qəlblərini möhkəmləndirməsi sayəsində zəiflik göstərməzlər. Quranda iman edənlərin bu xüsusiyyəti belə izah edilir:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir.
Ancaq yuxarıdakı ayədən də aydın olduğu kimi, möminlər də zəiflik göstərməmək, mübarizə əzmini artırmaq üçün Allah’a dua etməlidirlər. Çünki nəfs insanı zəifliyə yönəltməyə çox meyillidir. Şeytan da bir tərəfdən dayanmadan pıçıldadığı vəsvəsələrlə eyni məqsəd üçün çalışır. Mömin birliyinin arasına girən ikiüzlü münafiqlər də uyğun mühit tapdıqları zaman eyni təlqinləri edirlər. Məsələn, döyüş əsnasında Peyğəmbərimizin əshabələrinə: “...Ey Yəsrib əhli! (Burada) sizin üçün duracaq yer yoxdur. Geri qayıdın!..” (Əhzab surəsi, 13) - deyənlər kimi ümidsizlik və təxribat yaratmağa çalışırlar. Allah da bütün bu mənfi amilərə qarşı möminləri xəbərdar edir:
“Sən səbirli ol! Həqiqətən də, Allah’ın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa sövq etməsinlər”.
Mömin Quran ayələrini özünə rəhbər edər, yalnız özündən məsul olduğunu bilər və başqalarının zəif davranması ona təsir etməz. Qarşı tərəfin gücü də onu heç bir şəkildə qorxutmaz. Bütün həyatı Allah üçündür və dolayısilə, sonuna qədər də Allah rizası üçün ibadət etməyi davam edər. Allah ayələrində belə hökm edir:
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.
(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allah’dan umursunuz. Allah biləndir, müdrikdir.