Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Şükür

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Allah hər şeyi bir məqsəd və hikmətlə yaratdığı kimi, insana verdiyi nemətləri də bir məqsədlə yaratmışdır. İnsana verilən hər şey həyat, iman, ruzilər, sağlamlıq, göz, qulaq insanın Allah’a şükür etməsi üçün bir nemətdir. Əgər insan cahiliyyə cəmiyyətinin qəflət pərdəsini qaldırsa, xoşuna gələn hər bir şeyin Allah’dan gələn bir nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, tənəffüs etdiyi təmiz hava, ətrafındakı gözəlliklər, bütün bunları görməsini təmin edən gözü, hər şey və tamamilə hər şey Allah’dan bir nemətdir. Belə ki, bu nemətlər saysız-hesabsızdır. Bu həqiqət Quranda belə bildirilir:

Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!

Nəhl surəsi, 18

Əlbəttə ki, bütün bu nemətlər nə talan edilmək üçün, nə nəfslərinin istədiyi kimi istifadə edilmək üçün, nə də məsuliyyətsiz və vicdansız şəkildə istehlak edilmək üçün yaradılmamışlar. Əksinə, nemətin bəxş edilməsindəki məqsəd, o nemətdən istifadə edən adamı Allah’a yönəltməkdir. Çünki verilən hər şeyin əvəzində şükür tələb edilir. Ən böyük və ən gözəl nemətləri daim insanlara verən Allah’a səmimi bir şəkildə şükür etmək lazımdır.

Şükür həm böyük bir ibadət, həm də insanı azğınlaşmaqdan qoruyur. Çünki insanın nəfsində zənginlik və ya güc əldə etdikdə zalımlaşmağa, zorbalaşmağa, vicdansızlaşmağa doğru bir meyil vardır.

Şükür azğınlaşmağın qarşısını birmənalı şəkildə alan əhəmiyyətli amildir.

Şükür edən insan bilir ki, əlinə keçən hər neməti ona verən Allah’dır. Böyük mövqe, böyük mülk və hakimiyyət verilən Davud Peyğəmbər, Süleyman Peyğəmbər kimi peyğəmbərlərin təvazökar, səmimi və yüksək mədəniyyət sahibi olmalarının açarı məhz budur. Ona verilən mal-mülk səbəbi ilə azğınlaşan Qarunun da əsl problemi şükür etməyi bilməməsi idi. Əgər bir insan ona verilən nemətlərə görə Allah’a şükür etsə, Allah ona daha çox nemət verər. Allah’ın Quranda bildirdiyi “...Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7) hökmü bunu ifadə edir. Şükür yalnız Allah’a söz ilə həmd etməklə deyil, Rəbbimizin verdiyi nemətləri haqq yolunda istifadə etməklə olur. Mömin ona verilən hər şeyi Allah’ın dininə xidmət üçün istifadə etməklə mükəlləfdir. Məsələn, Allah’ın ona verdiyi bədəni Onun rizası üçün istifadə edəcək. Quranda Allah’ın nemətlərinə şükür etməyin Onun nemətlərini başqalarına izah etməklə, yəni dini təbliğ etməklə olacağı belə ifadə edilir:

Şübhəsiz ki, Rəbbin sənə bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətini dayanmadan anlat.

Duha surəsi, 5-11