Quran əxlaqı: Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
Mündəricat
- Giriş
- Allah’ı Haqqı ilə Təqdir Etmək
- Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
- Qədər (Tale)
- Təvəkkül
- Təfəkkür
- Diqqətli Olmaq
- Hər İşdə Bir Xeyirin Olması
- Yanımızdakı Ölüm
- Şeytanın Fəaliyyəti
- Daim Pisliyi Əmr Edən Nəfs
- Seçilmiş Olmaq
- Dua və Onun Edilmə Şəkli
- Bağışlanma və Tövbə
- Ölənə Qədər Səbir
- Allah’ın Möminlərə Dəstəyi
- Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
- Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
- Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
- Dünya Həyatının Müvəqqəti Olması
- Mülkün Əsl Sahibi
- Şükür
- Hər An Davam Edən İmtahan
- Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
- İnkarçılara Sevgi Göstərməmək
- Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
- Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
- Namazda Huşu
- Allah ’I Çox Zikr Etmək
- Bir Dəstə ilə Qarşılaşanda
- Ayələri və Hikməti Yadda Saxlamaq
- Boş və Faydasız İşlərdən Üz Çevirmək
- Orta Yolda Olmaq
- İnsanın Mələk Şahidləri
- Verilən Borcun Yazılması
- Etməyəcəyi Şeyi Söyləməmək
- Vicdan və Ruh
- Qardaşlıq və Birlik
- Mübahisə Etməmək
- Quran Oxunarkən
- İncə Düşüncəli Olmaq
- Cahillərdən Üz Çevirmək
- Bilmədiyi Mövzuda Mübahisə Etməmək
- Lağ Etməmək
- Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
- Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
- Qərarlılıq

Möminin həyatının məqsədi Allah’a qulluq etməkdən başqa bir şey deyil. İnsan öz həvəslərinə görə yaşamaq, həvəslərinin arxasınca qaçmaq, ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allah’a qulluq etmək üçün yaradılmışdır.
Allah’a qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Möminin əsas məqsədi var gücü ilə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır. Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn, bir ayədə “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et…” (Nəhl surəsi, 125) əmri verilir. Bu ayədəki hikmətin və gözəl öyüd-nəsihətin nə olduğunu mömin həm Quranın ümumi məntiq və üslubuna baxaraq, həm də öz ağıl və anlayışı ilə müəyyən etməlidir.
Möminin ağlını və anlayışını işlətməyini tələb edən daha bir neçə səbəb var. Məsələn, Allah Quranda möminin qarşılaşacağı insan tiplərini və cəmiyyət modellərini təsvir edir və həmçinin bunlara qarşı istifadə olunan davranış formalarını da bildirir. Çox vaxt müxtəlif insan tiplərinə və onların məntiqinə qarşı deyiləcək sözlər “De” ilə başlayan ayələrdə xəbər verilir.
Möminə qarşılaşacağı vəziyyətlərlə bağlı məlumat və əmr verən belə ayələr Quranda çox açıq şəkildə bildirilir. Ancaq bunların gündəlik həyatda tətbiq edilməsi, əvvəlcə, Quranda vurğulanan vəziyyətlərin gündəlik həyatda araşdırılmasını tələb edir ki, bu halda, mömin ağıl və anlayışından çox istifadə etməlidir.

Mömin bu həqiqəti anladıqca həm Allah’ı daha yaxşı tanıyar və həm də Ona daha çox yaxınlaşar və Onun hökmlərinə daha həssas şəkildə itaət edər. Həyatın hər incə məqamının, əslində, Quranda göstərilən bir ayə olduğunu qavradıqca, gündəlik həyat dediyimiz anın hər mərhələsində Qurana görə düşünər və Quranın hökmlərini tətbiq edər.
Hər bir proses Allah’ın yaratdığı qədərə uyğun olaraq formalaşır, buna görə də hər şeyin səbəbi və hikməti var. Möminin vəzifəsi isə qarşılaşdığı hər hadisəni Qurana görə şərh etmək və Quranda bildirilən reaksiyaları verməkdir. Əgər boş, mənasız bir şeylə qarşılaşarsa, Quranın hökmünə görə ondan üz çevirməlidir.
Qarşılaşdığı hər hadisəni Quran ayələrinə görə şərh etməsi möminin hər şeydən əvvəl Qurana əsaslanan mədəniyyət və xarakter formalaşdırmağından asılıdır. Bunun üçün də cahiliyyə cəmiyyətinin ona verdiyi bütün mədəniyyəti və xarakterik xüsusiyyətləri dəf etməlidir. Bir hadisə qarşısında nə edəcəyinə cahiliyyə cəmiyyətində mövcud olan meyarlara görə deyil, Qurana görə qərar verməlidir. Quranda isə qarşılaşdığı hər vəziyyətdən bir çıxış yolu vardır. Çünki o, hər şey üçün bir izah (Nəhl surəsi, 89) olaraq insanlara göndərilmişdir.