Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Hər İşdə Bir Xeyirin Olması

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz. Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman ərzində möminlərə göstərər. Buna görə, möminlərin də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.

Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisə izah edilir. Yusif Peyğəmbərin həyatı bunlardan biridir. Yusif Peyğəmbər kiçik bir uşaq ikən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda günahlandırılaraq zindana atılmışdır. Yusif Peyğəmbərin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi şüura sahib deyilsə, böyük talehsizliklərlə qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki, Yusif Peyğəmbər bütün bu hadisələrin Allah’ın idarəsi altında reallaşdığını və hamısında mütləq bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Belə ki, Allah bir müddət sonra bütün bu “müsibət”lərin arxasındakı xeyiri ona göstərmiş və Yusif Peyğəmbər atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərlərindən birinə çevrilmişdi.

Mindiyi gəmidə kim dənizə atılacaq deyə püşk atılan, püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng bir balıq tərəfindən udulan Yunis Peyğəmbərin vəziyyəti də Yusif Peyğəmbərə bənzəyir. Quranda Yunis Peyğəmbərin Allah’ı təsbih edənlərdən olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:

Əgər o, Allah’a tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.

Saffat surəsi, 143-148

Quran hekayələrində izah edilən bütün bu nümunələr insana əhəmiyyətli bir dərs verir: bir hadisənin müsibət kimi görünməsi, onun həqiqətdə elə olduğu mənasını verməz. Əgər mömin Allah’a güvənsə, Ondan kömək diləyib, Ona sığınsa, onun başına gələcək heç bir hadisə pis deyil. Allah yalnız onu sınamaq, Özünə olan sədaqət və inancını möhkəmləndirmək üçün müxtəlif çətinliklər meydana gətirər, amma bunların hamısının xeyirli bir nəticəsi olar. İnkarçılar üçün isə bu vəziyyət tamamilə əksinədir. Heç bir hadisə onlar üçün xeyirli deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaq. İnkar edənlərin haqsız əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah Quranda bu hökmü verir:

Allah’ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah’a məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.

Ali-İmran surəsi, 180