Bütün hadisələri meydana gətirən Allah’dır. Allah’ın yaratdığı hadisələrin hamısında möminlər üçün mütləq bir xeyir var. Bütün hadisələr mütləq möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və hər şey bu plana görə işləyir.
Möminin güvənəcəyi yeganə dostu Allah’dır. Yeganə vəkil Odur. Möminin üzərinə düşən hadisələr qarşısında yalnız Allah’ın istədiyi reaksiyaları vermək, səbəblərə sarılmaq, nəticəsini isə Allah’dan gözləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə edilir:
(Gözləmə) vaxtı bitdikdə onları müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allah’a və axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allah’dan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
Mömin inkarçılardan gələcək təzyiqlərə qarşı belə deməlidir:
(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allah’a təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül etsinlər.
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allah’a təvəkkül etsinlər!