Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Qədər (Tale)

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Dünyada və bütün kainatda hər şey müəyyən bir məqsədlə reallaşır. Quranda bildirildiyinə görə Allah “...Bütün işləri yoluna qoyar...” (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə “...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur”. (Ənam surəsi, 59)

Baş verən bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin başlanğıc və sonlarını təyin edən Allah’dır. Kainatdakı bütün ulduzların və dünyanın hər bir hərəkətini, yer üzündəki bütün canlıların hər bir vəziyyətini, insanın necə yaşayacağını, nələr söyləyəcəyini, nə ilə qarşılaşacağını təyin edən Allah’dır. Allah Quranda “Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49) hökmünü verir.

Bir başqa ayədə isə belə buyurur:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.

Hədid surəsi, 22

Mömin bu sirdən agah olaraq yaşamalı, inkarçıların cəhalət səviyyəsinə əsla enməməlidir. Əgər həyatın yalnız və yalnız qədəri müşahidə etmək olduğunu anlayarsa, qarşısına çıxan heç bir hadisə onu üzməz və ya qorxutmaz. Mömin insan sığındığı mağaranın qapısına onları öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı dostuna: “Qəm yemə, Allah bizimlədir” (Tövbə surəsi, 40) - deyən Məhəmməd Peyğəmbər kimi hər an əmin, rahat və cəsur olar.