Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Nəticə

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

İstər gənc, istər yaşlı olsun, insanların çoxunun bu dünyadan gözlədiyi, yalnız müvəffəqiyyətli, etibarlı, rahat və lüks həyat deyil; əslində hər kəs bunlara sahib olmaqdan zövq duyar. Lakin hər şeyin üstündə insanlar həyatlarının mənası və məqsədi olmasını istəyərlər. Məhz möminlərlə inkar edənlər bu əhəmiyyətli nöqtədə bir-birlərindən fərqlənirlər. Möminlər üçün bu həyat Allahın razılığını qazana bilmələri üçün tək fürsətləri olduğundan, həyatlarının sonuna qədər özlərinə Allahın razılığını qazanmağı məqsəd bilərlər.

İnkarçılar isə, bu dəyərsiz olan dünyadan mümkün qədər faydalanmaq üçün müxtəlif məqsədlər əldə edərək həyatlarının sonuna qədər dünyanı əldə etmə arzusu yaşayarlar. Buna görə, möminlərin yaşadığı həqiqi xoşbəxtliklə, cahil cəmiyyətin yaşadığı saxta xoşbəxtlik arasında çox böyük fərqlər var. Mömin bu dünyanın həqiqi mahiyyətinin, öz yaradılış məqsədinin, Allahın özünü sınadığının və Ona qulluq etməklə məsul olduğunun şüurundadır. Buna görə, həyatı boyunca həqiqi yurdu olan cənnəti ümid edər və Allahın razılığını qazanıb, Allahın rəhmətinə və mükafatına daha çox layiq olmağa çalışırlar. Xoşbəxtlik isə, Allahın saleh qullarına bu səmimi iman və sədaqətlərinə görə, həm dünyada, həm də cənnətdə verdiyi çox böyük bir nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarına qarşılıq, onların qəlblərinə xoşbəxtlik və hüzuru nemət olaraq hiss etdirir. Möminlərin yaşadığı, şərtlərə bağlı xoşbəxtlik deyil, imanın gətirdiyi mənəvi xoşbəxtlikdir. İnkar edənlər isə, iman etmədikləri müddətcə həmişə bədbəxt olacaqlar. Allah inkarlarına qarşılıq olaraq bu insanların qəlblərini bədbəxt və sıxıntılı edəcəyini bildirmişdir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar; kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.

Ənam surəsi, 125

İnkar edənlər, dünyaya qarşı olan ehtiraslı sevgilərini tərk etmədikləri müddətcə, imanın özlərinə verəcəyi hüzuru və xoşbəxtliyi, əsla yaşaya bilmir və bilməyəcəklər. Allah bu kəslərin axirət günü buna görə duyacaqları peşmanlıqlarını “Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”“ (Mülk surəsi, 10) sözləriylə dilə gətirəcəklərini və iman etməmələrinə səbəb olaraq dünya həyatlarındakı bədbəxtliklərini irəli sürəcəklərini bildirmişdir:

Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər:

“Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.

Muminun surəsi, 105-106

Möminlər isə, Allahın rizasına uyğun həyat sürdükləri üçün, Allah axirət günü onları içində sonsuza qədər qalacaqları, nemətlərlə təchiz edilmiş cənnətlərə sövq edəcək və möminlər cənnət gözətçiləri tərəfindən bu şəkildə qarşılanacaqlar:

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər:

“Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”

Zumər surəsi, 73

Xoşbəxtlikləri daha dünyada başlayan möminlər Cənnətə girmələri ilə birlikdə, xoşbəxtliyin və qurtuluşun ən böyüyünə qovuşacaqlar. Allahın özləri üçün hazırladığı cənnətlərdə, Rəbbimizin razılığını, sevgisini və rəhmətini qazanmağın verdiyi xoşbəxtlik və sevinc ilə sonsuza qədər bənzərsiz nemətlər içində yaşayacaqlar ...