Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Fiziki gözəllik və sağlamlıq qazandırar

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Möminlərlə kafirlər arasında hər mövzuda böyük fərqlər vardır. Ümumiyyətlə, insanların ruh halları və xarici görünüşləri arasında çox möhkəm əlaqə vardır. Əksər hallarda, hərəkət və rəftarlarından necə ruh halı içində olduqları rahat şəkildə aydın ola bilər. Quran əxlaqından uzaq yaşayan insanların çətinliklər qarşısında duyduqları təvəkkülsüzlük, üzlərinə yorğun və ümidsiz ifadə olaraq əks olunar. Qəlbləri, kədərlənəcək və ya sıxılacaq bir şey olmadığı zamanlarda belə həmişə dar və sıxıntılıdır. Yaşadıqları hər şeydən şikayət edər, heç bir şeydən asanlıqla məmnun olmazlar. Ümumiyyətlə əks və tərs davranışlar sərgiləyərlər. Əlbəttə ki, belə ruh halına sahib bir insanın üzünün gülməsi, şən rəftarlar sərgiləməsi və buna bağlı olaraq gözəl, təmiz və etibarlı bir üz ifadəsinə sahib olması da mümkün deyil. Bu səbəblə üzləri qaranlıqdır, sevinc və xoşbəxtliyin verəcəyi aydınlıqdan məhrum olaraq yaşayarlar. Allah iman gətirməyənlərin düşdükləri vəziyyəti bir ayədə bu şəkildə açıqlamışdır:

“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.

Taha surəsi, 124

İman etmədikləri üçün doğru ilə yanlışı, yaxşı ilə pisi bir-birindən ayırd edə biləcək anlayışa sahib deyillər. Bundan ötrü də, düşdükləri vəziyyətin özlərinə nə qədər zərər verdiyini də görə bilməzlər. Narahat olmaları, bu vəziyyətdən xilas olmaq üçün səy göstərmələri lazım ikən, yaşadıqları həyatın doğruluğunu müdafiə etmələri, onların bu vəziyyəti mənimsədikləri açıq şəkildə göstərilir. Şeytan bütün bunları onlara “cazibədar və bəzəkli” göstərərək, içində yaşadıqları bu vəziyyətin zərərini görmələrini əngəlləyir. Özlərinə içində olduqları vəziyyətin zərərləri izah edilib, düzəltmələri üçün nəsihətlə xatırlatma edildiyində isə, Allahın “Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.” (Əla Surəsi, 10-11) ayələriylə bildirdiyi kimi, verilən öyüdnəsihət və tövsiyələrdən üz çevirirlər. Bədbəxt olduqlarının fərqində olmalarına baxmayaraq, bunu etiraf etməkdən çəkinir və bu vəziyyətin müxtəlif səbəbləri olduğunu irəli sürürlər. Bu hallarını doğru göstərməyə çalışaraq özlərini aldadırlar. Əslində irəli sürdükləri bəhanələrin heç biri doğru deyil. Çünki həyatları boyunca kədərlənmələrinə yol açan, onları xoşbəxt edən hər şey əslində Allahın onlar üçün yaratdığı imtahanın bir hissəsidir. Bütün bunların Allahdan hikmət üzərinə özlərinə verildiyinin şüurunda olmadıqları üçün, xoşlarına gəlməyən hadisələr onları üzüb, bədbəxt edir. Bu, həqiqətdən, nə qədər xəbərsiz qalsalar, bədbəxtlikləri də o cür artmağa davam edəcək.

Allah, Özünə iman etməyən, bu səbəbdən ağılla düşünə bilməyən bu insanların üzərinə “ağırlıq” çökdürəcəyini bildirmişdir:

Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.

Yunis surəsi, 100

İnkarçıların ağılla düşünməmələrindən qaynaqlanan pis halları onları çirkinləşdirdiyi kimi ruh və bədən sağlamlıqlarına da mənfi istiqamətdə təsir edir. Sabit ruh halına sahib ola bilməzlər. Yaşadıqları stress və sıxıntı bu insanların psixologiyalarının ayrılmaz hissəsi halına gəlmişdir. Nə zaman qəzəblənəcəkləri, nə zaman güləcəklərini anlaya bilmək, nəyə, necə bir reaksiya verəcəklərini əvvəldən bilmək mümkün olmaz. Bu qaranlıq ruh halı hər fürsətdə özünü müəyyən edər. Rahatlığı və hüzuru, həmişə özlərinə narahatlıq və bədbəxtlik verəcək şeylərdə axtararlar. Qarşılaşdıqları problemi aşmaq üçün, Allaha dua edəcəkləri, səbir edib Ondan kömək diləyəcəklərinin əvəzinə, bunu öz ağılları ilə həll etməyə çalışırlar. Ancaq problemlərini həll edə bilmədikləri kimi, bu səbəbdən duyduqları sıxıntı və stresslə bədbəxtlikləri daha da artar. Az da olsun rahatlamaları üçün, özlərinə daha çox zərər verəcək müxtəlif üsullara üz tutarlar. Bunlardan ən məşhur olanları isə içki, siqaret və narkotikdir. Yaşadıqları pis psixologiya o qədər ağır və dərindir ki, bədənlərinə və orqanlarına zərər verən bu maddələri belə istifadə etməkdən heç çəkinməzlər. Həyatları boyunca yaşadıqları daimi bədbəxtlik səbəbiylə, bir növ ağıllarının itməsi və ya şüursuzluq yaşadıqlarından, bütün bunların düşdükləri vəziyyəti daha da ağırlaşdıracağının fərqinə vara bilməzlər. Həmişə bu psixologiya ilə yaşayan insanın sağlam və dözümlü olması isə mümkün deyil. Bədəni normaldan çox daha qısa zamanda yaşlanacaq və müxtəlif şəkillərdə bunun siqnallarını verəcək. Daimi baş ağrısı, erkən yaşlarda saçların tökülməsi və iştahsızlıqla başlayan narahatlıqlar, daha sonralar baş qaldıracaq olan daha ağır və ciddi xəstəliklərin xəbərçisi olacaq.

Duyduqları sıxıntı, həyatlarını davam etdirə bilmələri üçün ehtiyac duyduqları ən əhəmiyyətli nemətlərdən biri olan sağlamlıqlarını təhlükəyə salar. Xoşbəxt olmaq, sıxıntıdan bir az olsun xilas olub rahatlamaq üçün, daha böyük problemləri və bunların gətirəcəyi çətinlikləri dəvət etdiklərinin fərqində belə deyillər.

Möminlər isə, hər zaman Allaha səmimi bir şəkildə iman etməyin, yalnız Onu dost və vəli qəbul etməyin hüzurunu yaşayarlar. Heç bir şəkildə sağlamlıqlarını təhlükəyə atacaq şəkildə hərəkət etməz, bunu Allahın özlərinə verdiyi nemət olaraq görərlər. Bundan ötrü də özlərinə mümkün olduğu qədər yaxşı baxar və beləcə sağlam və dözümlü olarlar. Sağlam olmağın nə cür əhəmiyyətli və gözəl bir şey olduğunu bilir və bunun qarşılığında həmişə Allaha şükür edərlər. İnkarçılar kimi, qarşılaşdıqları problemi görməzlikdən gəlməz, dərhal bununla maraqlanaraq, irəlidə yarana biləcək daha əhəmiyyətli problemlər üçün tədbir almış olarlar.

Allah, möminlərin göstərmiş olduğu bu gözəl əxlaqa və Özünə olan dərin bağlılıqlarına qarşılıq, onları dünyada da gözəl həyat ilə müjdələmişdir. Təbii ki, bu gözəl həyat, həm maddi, həm də mənəvi mənadadır. Duyduqları mənəvi xoşbəxtlik, onların sağlam və gözəl görünmələrinin ən əhəmiyyətli və ən böyük mənbəyidir. Möminlərin sahib olduğu gözəllik, Allahın onlara vermiş olduğu nurudur. Bu nur sayəsində möminlərin üzləri həmişə aydın və təmizdir. Allah, möminlərə vermiş olduğu nuruyla, onları inkarçılardan fərqli və üstün etmiş və onlara təsiredici mənəvi gözəllik və imani heybət vermişdir. Bütün möminlər Allahın lütfü olaraq təmiz və təsiredici görünüşə sahibdirlər. Allah, “...Əlamətləri isə üzlərində olan səcdə izidir...” (Fəth surəsi, 29) ayəsiylə, möminlərin üzlərindəki imanlı ifadənin, cəmiyyətdə onları fərq etdirəcək bir xüsusiyyət olduğunu buyurmuşdur.

İnkar edənlər ilə möminlər arasındakı bu fərq dünyada olduğu kimi axirət günündə də ortaya çıxacaq. Allah bu vəziyyəti bu ayələrlə xəbər verir:

O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır. O gün neçə-neçə üzlər də tutulub qaralacaq, və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.

Qiyamət surəsi, 22-25

O gün neçə-neçə üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlar kafirlər, günahkarlardır!

Əbəsə surəsi 38-42