İnsan özünü, bütün canlıları və kainatı yaradan Allahı tanıya bilmək, Onun gücünü qavraya bilmək üçün Rəbbimizin yaratdığı hər şey üzərində düşünməli və Onun sonsuz ağlının və sənətinin təcəllilərini görməyə çalışmalıdır. Ancaq bunun sayəsində gördüyü hər şeyin yaradılmış olduğunu, hər şeyin mütləq gücün və ağılın məhsulu olduğunu qavraya bilər. Bunun sayəsində, Allahın ağlını, gücünü və sənətinin müxtəlifliyini anlayaraq Allaha yaxınlaşacaq və Ona iman etməli olduğunu anlayacaq.
Ancaq insanın bütün bunları görüb anlaya bilməsi üçün, “hikmətlə baxan daxili gözə” ehtiyacı vardır. İnsanların ətraflarındakı hər şeyə “hikmətlə” baxmaları, Allahın “Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.” (Qaf surəsi, 8) ayəsiylə bildirdiyi kimi, hər an Allahı zikr etməyə və Onu xatırlamağa gözəl bir vəsilə olacaq. İnsan istədiyi qədər dünya üzərindəki yaradılış dəlillərinə baxsın, bunlar üzərində günlərlə, həftələrlə, illərlə tədqiqatlar apararaq bunların insanı heyrətləndirən xüsusiyyətləri olduğunu görsün, iman gözüylə qiymətləndirmədiyi müddətcə, bütün bunların əslində nə mənaya gəldiyini və bunlarla özünə nə izah edilmək istəndiyini qavraya bilməz.
İnsanların bu mənanı görə bilməmələrinin səbəbi də, bütün bunları qəlb gözüylə qiymətləndirəcək zehni və ruhi rahatlığa sahib olmamalarıdır. İnsan diqqətli ola bilməsi, hər təfərrüatı fərq edə bilməsi və bunları doğru bir şəkildə dəyərləndirməsi üçün zehni rahatlığa da sahib olmalıdır. Məhz cahil cəmiyyətdə yaşayan insanların şüurunda, yuxarıda bəhs edilən səbəblərdən ötrü, daima dünyəvi işlərlə doludur. Qarşılaşdıqları problemləri, çətinlikləri həll etmə narahatlığı içərisindədirlər. Özlərini narahat edən bir vəziyyətdən xilas olub xoşbəxt ola bilmənin yolunu, gündəlik həyatda həmişə öz işlərini düşünməkdə, əldə edəcəkləri qazancları hesablamaqda və dünya həyatından maksimum faydanı əldə edə bilmənin yollarını axtarışda görürlər. Buna görə, bütün diqqətlərini bunlar üçün sərf edər və ətraflarındakı yaradılış dəlillərini görə bilməzlər. Ya da görsələr belə, səthi baxış aspektləri səbəbiylə bunları adi hadisəymiş kimi qarşılayarlar. Bütün bunların nə qədər möcüzəvi təfərrüatlar olduğu özlərinə izah edilsə belə, onları əsl maraqlandıran çatmaq istədikləri mənfəətlər olduğundan, bu izah edilənlər onlar üçün bir məna ifadə etməz. Qısacası, bu insanlar görmək istəmədikləri üçün kor bir insandan daha kor, eşitmək istəmədikləri üçün də, kar bir insandan daha kar hala gəlmişlər. Allah bir ayəsində bu insanları bu şəkildə təsvir etmişdir:
“...Onların qəlbləri vardır, onunla anlamazlar, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər...”
Zehinlərindən əlavə, mənəvi olaraq, yəni ruhi baxımdan da rahat və hüzurlu olmadıqları üçün, Allahın yaradılış dəlillərindəki hikmətləri görə bilməzlər. Allah Quran ayəsində inkar edənlərin ağcaqanaddakı yaradılış dəlillərini görə bilmədikləri üçün verdikləri reaksiyanı belə izah edir:
Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər:
“Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.
İnkar edənlər pessimizm, sıxıntı və stress içində yaşadıqları üçün, hər gün qarşılaşdıqları, gözlərinin önündəki iman həqiqətlərinin üzərində düşünməzlər. Onlar üçün əhəmiyyətli olan, dünyada əldə edə biləcəkləri ən yüksək mənfəəti qazanmaq olduğundan, bunun xaricindəki mövzulara çox əhəmiyyət verməzlər. Allahın gücünü, Onun yaratdığı bütün varlıqlar üzərindəki hakimiyyətini həqiqi mənada görə bilmədikləri üçün də, Allaha imanın gərəyini və əhəmiyyətini qavraya bilməzlər. Bir az olsun qavramış kimi görünsələr də, bu onların vicdanlarını hərəkətə keçirəcək qədər güclü olmadığı üçün qısa müddətdə təsirini itirər.
Allah bu insanların Allahı xatırladan çoxlu dəlillərlə qarşılaşmalarına baxmayaraq, bunlardan heç təsirlənmədiklərini bir ayədə belə bildirir:
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər.
Bədbəxtliklərinə görə mənəvi mənada rahat və hüzurlu ola bilməzlər; bu da onların ətraflarındakı hər şeyə “hikmətlə baxan daxili göz” ilə baxmalarını əngəlləyər və onları Allaha iman etməkdən uzaqlaşdırar. Allaha səmimi şəkildə iman edərək qazanacaqları xoşbəxtliyi, öz ağılsızlıqları üzündən itirib bədbəxt həyat sürərlər.
Möminlər Allaha iman etdikləri, həmişə Onu düşünüb, Onun rizası üçün çalışdıqları üçün xoşbəxtliyi hər zaman hiss edərlər. Allaha daha çox yaxınlaşmaq üçün Allahın yaratdığı hər şey üzərində dərindən düşünər və araşdırarlar.
Məsələn, möminin ucsuz-bucaqsız səmaya baxması Allahın gücünü və sənətini təqdir etməsinə vəsilə olar. Ya da gözəl bir mənzərəylə qarşılaşdığında bunun Allahın özünə göstərdiyi gözəllik olduğunu düşünərək, şükür edər. Möminlərin ətraflarındakı hər şeyi Allahı zikr etmək üçün fürsət olaraq görmələri, onların Allahın razılığını qazanmalarını və xoşbəxtliyi daha möhkəm şəkildə yaşamalarını təmin edər.